Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd olunub
Siyasət
Oxunub: 561
28 Ara 2018 | 12:38
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd olunubNaxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar tədbir keçirilib. Bu barədə AZƏRTAC-a nümayəndəlikdən məlumat verilib.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə çıxış edərək bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük bayramıdır. Bu gün Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçün isə, ilk növbədə, dünyanın müxtəlif ölkələrində, tarixi vətənlərindən uzaqlarda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsədin, birliyin, bərabərliyin möhkəmləndirilməsi son dərəcə zəruri olan məsələlərdəndir. Məhz buna görə də əvəzsiz şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyev fəaliyyəti dövründə bütün məqsədyönlü işlərlə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqələrin qurulmasına, onların milli həmrəyliyinin təmin olunmasına yaxından diqqət yetirib, səfərdə olduğu xarici ölkələrdə yaşayan soydaşlarımızla görüşüb, onlarla səmimi müzakirələr aparıb, bir sözlə, bu istiqamətdə real ardıcıl tədbirlər həyata keçirib. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Ümummilli Liderimizin səyi nəticəsində istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ide¬ologiya və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsinə nail olunub, dünyada yaşayan azərbaycanlıların malik olduqları potensialın ümummilli maraqlara, problemlərin həllinə yönəldilməsi işi uğurla təmin edilib. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci ildə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib, həmin günün hər il bütün ölkədə dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırıb. Həmin qərara əsasən, 1991-ci ilin son günü –dekabrın 31-də Həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunub.

Bildirilib ki, dövlət müstəqilliyinin qorunub saxlanılmasının ən vacib şərtlərindən biri məhz xalqın milli birliyə və həmrəyliyə malik olmasıdır. Ümummilli həmrəylik xalqın və onun qurduğu dövlətin güclənməsinə, qüdrətlənməsinə o zaman səbəb olur ki, o, özünü təkcə hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Bu mənada ulu öndər Heydər Əliyevin aşağıdakı müdrik fikirləri milli həmrəyliyə və milli birliyə ən müdrik çağırış hesab olunur: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq – bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir. Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır”. Ulu Öndərin dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur, bu siyasi xətt dahi şəxsiyyətin ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən işlərdən, uğurlu nəticələrdən bəhs edən Bəxtiyar Əsgərov deyib: “Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunub, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. Müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda abadlıq-quruculuq işlərinin əhatə dairəsinin genişləndirilməsi muxtar respublikanın daha da müasir görkəmə qovuşmasına zəmin yaradıb. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri bu qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoyub. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzinə çevrilib. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz azərbaycançılıq amalı, Heydər Əliyev ideyaları ətrafında milli birlik və həmrəylik nümayiş etdirərək, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edir. Bu gün müstəqil Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların yeganə istinadgahıdır, ümid yeridir. Vətənimizin bütövlüyü, onun suverenliyinin bərpası, üçrəngli bayrağımızın tezliklə işğal altında olan bütün torpaqlarımızda, doğma Qarabağda dalğalanması üçün həmrəyliyimizin daimi olması əsas hədəfdirsə, müstəqil dövlətimizin qorunması, onun siyasi-iqtisadi təməlinin daha da möhkəmləndirilməsi də hər bir azərbaycanlının ümdə vəzifəsidir.
28-12-2018, 12:39
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Madriddə də qeyd edilib
24-12-2018, 13:37
Lökbatan qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər təqdim edilib
27-12-2018, 13:24
Gələn il üçün qeyri-iş günləri açıqlandı - Tam siyahı
2-12-2018, 12:16
Daşkənddəki Diplomatiya Məktəbində təşkil edilən tədbirdə ölkəmiz də təmsil olunub
26-12-2018, 13:52
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı