Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.Fonddan AZƏRTAC-a bildiriblər ki, gündəlikdə olan məsələ barədə məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərliyə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən müsabiqənin 2018-ci il noyabrın 8-dən dekabrın 14-dək "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirildiyini bildirib.
Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 112 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
X X X
Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalib jurnalistlər iştirak ediblər.
Fondun icraçı direktoru Vuqar Səfərli tədbiri giriş sözü ilə açaraq Azərbaycan mediasının daim dövlətimizin başçısının xüsusi diqqət və qayğısını hiss etdiyini bildirib. Bu qayğıkeş münasibətə görə ölkə jurnalistləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü ifadə edən V.Səfərli dövlətimizin başçısını doğum günü münasibətilə təbrik edib, xalq və dövlət naminə yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.
Vüqar Səfərli il ərzində dövlət və cəmiyyət həyatında prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə, jurnalistlərin peşəkarlığının artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması və yaradıcı əməyinin stimullaşdırılması məsələlərinə xüsusi diqqət ayrıldığını bildirib.
İcraçı direktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2018-ci ildə 33 qəzetə maliyyə dəstəyini davam etdirib. V.Səfərli həmin qəzetlərdə Azərbaycan Respublikasında KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə 6 mindən çox yazı dərc edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Fond 2018-ci il ərzində 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələri təşkil edib. Bundan əlavə, il ərzində Fond Müəllif Hüquqları Agentliyi, Suraxanı və Qaradağ rayon icra hakimiyyətləri, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə 7 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2018-ci ildə keçirilmiş 10 müsabiqədə 818 nəfər iştirak edib, onlardan 420 nəfəri qalib olaraq mükafatlandırılıb.
İcraçı direktor, həmçinin bildirib ki, Fond il ərzində "Azərbaycan media məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkarlığının artırılması" mövzusunda layihələrin jurnalist təşkilatları tərəfindən həyata keçirilməsini maliyyələşdirib.
İcraçı direktor Fondun ötən illərdə əsası qoyulmuş ənənəni davam etdirərək son 1 ildə fərdi yazı müsabiqələrində I yerə layiq görülmüş 55 nəfər jurnalistin yazılarını "Sözün zirvəsində" adlı kitabın II cildində nəşr etdirdiyini diqqətə çatdırıb. Bundan əlavə, Fond 2018-ci ildə Dağlıq Qarabağda erməni separatizminin 30 illiyi ilə əlaqədar “Dağlıq Qarabağda erməni separatizminin 30 ili: qlobal təhlükə" adlı kitab nəşr etdirib. Kitabda Fondun maliyyə yardımı ilə 2017-2018-ci illərdə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti üzrə layihə icra etmiş 5 qəzetdə - "Palitra", "Bakı-xəbər", "Yeni Müsavat", "Xalq Cəbhəsi" və "Azərnews" qəzetlərində dərc olunmuş yazılar toplanıb. İcraçı direktor qeyd edib ki, kitabda separatizmi dəstəkləyən Ermənistan dövlətinin xüsusilə də son 30 ildə Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi işğalçılıq, soyqırımı, terror və deportasiya siyasəti konkret faktlar əsasında ifşa edilir, bu məkrli siyasətin qlobal planda sülh və sabitlik üçün təhdid olduğu vurğulanır.
Vüqar Səfərli 2018-ci ilin "Azərbaycanda Xalq Cümhuriyyəti İli" elan edilməsi ilə əlaqədar oktyabr ayında aparıcı media nümayəndələrindən ibarət nümayəndə heyətinin Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinə, noyabrda isə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərinə səfərlərinin təşkil edildiyini xatırladıb.
İcraçı direktor Vüqar Səfərli internet media resurslarının sürətlə inkişaf etdiyi hazırkı dönəmdə çap mediasının müəyyən problemlərlə üzləşdiyini təəssüflə vurğulayıb. Vüqar Səfərli bildirib ki, qəzetlərin fəaliyyətində əsaslı dönüşə nail olunması üçün hazırda Fondun maliyyə yardımı müsabiqəsinin şərtlərində əsaslı dəyişikliklərin edilməsi, tələblərin sərtləşdirilməsi, habelə internet media resurslarının da maliyyələşdirilməsi məsələləri nəzərdən keçirilir.
O, həmçinin fərdi jurnalist yazıları müsabiqələri üçün mövcud şərt və meyarlarda da yeni dövrün tələblərinə uyğun mütərəqqi yeniliklərin ediləcəyini, şəffaflığın təmini üçün əməkdaşlardan elektron əmək müqaviləsi bildirişlərinin tələb olunacağını vurğulayıb.
İcraçı direktor Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə noyabrın 8-dən dekabrın 14-dək KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 64 kütləvi informasiya vasitəsindən 160 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib.
V.Səfərli Fondun Müşahidə Şurasının ekspertlərin yekun balları əsasında 112 nəfər jurnalistin qalib kimi təsdiqləndiyini vurğulayıb. İcraçı direktor müsabiqənin şərtlərinə əsasən, I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib.
Fondun ekspertlərindən - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, habelə Fondun Müşahidə Şurasının üzvü Bəhruz Quliyev çıxış edərək keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər. Ekspertlər çıxışlarında yazılarda peşəkarlıq və məsuliyyətin artdığını bildirməklə yanaşı, qüsurların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflərini bildiriblər.
Sonra 19 istiqamətin hər biri üzrə müsabiqə qaliblərinin adları açıqlanıb.
28-12-2018, 12:39
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Madriddə də qeyd edilib
29-12-2018, 13:24
Müdafiə Nazirliyinin hərbi hissələrində “Açıq qapı günü” keçirilir
29-12-2018, 13:23
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində səfərdədir
9-12-2018, 13:56
Mahnı Teatrında “Rəqs Kaleydoskopu” adlı beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılacaq
5-12-2018, 15:52
“Müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı