“Müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Fond Birjası, “YARAT” Müasir İncəsənət Məkanı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “İnvest-Az” İnvestisiya Şirkətinin birgə dəstəyi və təşkilatçılığı ilə reallaşan “Müasir Azərbaycan” mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsi qaliblərinin dekabrın 4-də mükafatlandırma mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək layihə barədə məlumat verib. Diqqətə çatdırdı ki, rəsm müsabiqəsinə cari ilin sentyabrında start verilib. Layihənin gənclərin kreativ düşüncəsini reallaşdırmaq baxımından böyük fürsət olduğunu bildirən Aynur Sofiyeva deyib: “Artıq üçüncü ildir ki, layihənin həyata keçirilməsinə dəstək veririk. Azərbaycan istedadlar diyarıdır. Ölkəmizdə dövlət tərəfindən gənclərin hərtərəfli inkişafına dəstək göstərilir. Bu kimi tədbirlər dövlətimizin gənclər siyasətinə vacib töhfədir. Həyatımızın bütün sahələrində olduğu kimi zəngin milli mədəniyyətimizin uğurlarında, yaradıcı insanların həyatında, milli-mənəvi, əxlaqi dəyərlərimizin qorunmasında, dilimizin inkişafında, Azərbaycanın mədəni imicinin formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu və xidmətləri olub. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyev bu gün istedadlı gənclərin inkişafına xüsusi önəm verir. Layihədə həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların əsərlərinin də yer alması çox təqdirəlayiqdir”.
Diqqətə çatdırılıb ki, müsabiqəyə Bakı şəhəri də daxil olmaqla 11 rayondan 130-a yaxın iş təqdim olunub. Rəsm əsərləri peşəkar rəssamlar və sənətşünaslar tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşib.
Bakı Fond Birjasının direktoru Vüqar Namazov bildirib ki, layihəyə ilk dəfə 2016-cı ildə start verilib. On rəsm əsəri ilə başlanan bu iş qısa vaxtda geniş coğrafiyanı əhatə edib. Məhz bunun nəticəsidir ki, hazırda müsabiqədə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən gənclərin 130-dən çox əsəri yer alıb.
“Nümayiş olunan əsərlərin maksimum sayda insanlara çatdırılması və sərginin auditoriyasının genişləndirilməsi məqsədilə bu gün bura toplaşmışıq. Sərginin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların gələcək fəaliyyətlərinin motivasiyası, eləcə də ölkəmizdə gənc istedadların üzə çıxarılmasından ibarətdir. Bakı Fond Birjası sosial müdafiə sahəsində növbəti layihələri keçirməyi planlaşdırır. Bu sahədə fəaliyyəti genişləndirmək niyyətindəyik. Ölkə başçısının təhsilə və mədəniyyətə göstərdiyi qayğı və diqqət gənclərimizin parlaq gələcəyindən xəbər verir. Sevindirici haldır ki, bu il müsabiqədə iştirak edən ən kiçik iştirakçının 4, ən böyüyünün isə 22 yaşı var. Müsabiqədə 30 xüsusi qayğıya ehtiyacı olan iştirakçının əsərləri yer alıb”, - deyə Vüqar Namazov bildirib.
“Müasir Azərbaycan” layihəsini dəstəkləməkdən məmnunluğunu ifadə edən “YARAT” Müasir İncəsənət Məkanının bədii rəhbəri Suad Qarayeva-Maleki qeyd edib ki, məqsəd istedadlı gənclərin və yeniyetmələrin aşkarlanması, eləcə də, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasından ibarətdir. “YARAT” Müasir İncəsənət Məkanı hər zaman yaradıcı gənclərə dəstək verir.
Bildirilib ki, müsabiqənin münsiflər heyətində Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevil Kərimova, AQUPDK-nın nümayəndəsi Aydın Rəcəbli, Azərbaycan Rəssamlar İttifaqının üzvü Kəmalə Əliyeva yer alıblar.
Birinci, ikinci və üçüncü yerin sahiblərinə sertifikat və pul mükafatları təqdim edilib.
Tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblər də mükafatlandırılıb.
1-12-2018, 13:13
“Qadına qarşı şiddətə son” şüarı ilə sosial aksiya keçirilib
18-11-2018, 13:24
Qara Qarayev adına İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əlaqələr genişlənir
5-12-2018, 15:50
Yasamal Rayon Mərkəzi Kitabxanası ulu öndər Heydər Əliyevə həsr edilmiş inşa müsabiqəsinə start verib
2-12-2018, 12:10
Azərbaycanda kişilərin beş faizi partnyoru olmayan qadına təcavüz edib
5-12-2018, 15:51
AŞPA-nın komitə iclasında Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülən işlərdən danışılıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı