Adil Əliyev: Minalanmış sahələrin xəritəsinin verilməməsi Ermənistanın növbəti müharibə cinayətidir
Siyasət
Oxunub: 298
5 Haz 2021 | 19:42
Adil Əliyev: Minalanmış sahələrin xəritəsinin verilməməsi Ermənistanın növbəti müharibə cinayətidirİyunun 5-də Milli Məclis sədrinin müavini Adil Əliyev Vətən müharibəsinin iştirakçısı, habelə müharibədə iştirak edən həkim, arxa cəbhədə fəallıq göstərmiş jurnalistlər və gənclər ilə görüşüb.
Adil Əliyev şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsindən söhbət açaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdiyini, bununla da ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, insanların uzun müddət həsrət qaldıqları dədə-baba torpaqlarına qovuşduğunu bildirib. Vurğulayıb ki, istər döyüş meydanında, istərsə də danışıqlar masasında qazanılmış uğurlar düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Ermənistanın müharibədəki ağır məğlubiyyətini həzm edə, müharibədən sonrakı dövrdə ölkədə baş verən xaosu tənzimləyə bilməməsi onun dövlət olaraq tənəzzülünün əsasını təşkil edir.
Adil Əliyev, eyni zamanda, iyunun 4-də Kəlbəcər rayonunda baş verən, peşə vəzifələrini icra edərkən 2-si media nümayəndəsi olmaqla, 3 nəfərin minaya düşərək həlak olmasını Ermənistanın törətdiyi növbəti müharibə cinayət olduğunu bildirib. Habelə görüşdə iştirak edən media nümayəndələrinə Ermənistanın törətdiyi müharibə cinayətlərinin işıqlandırılmasını davam etdirmələrini tövsiyə edib. Deyib ki, dövlətimizin başçısının Ermənistanın beynəlxalq hüququn tələblərini pozduğunu, minalanmış ərazilərin xəritəsinin verilməsindən imtina etdiyini dəfələrlə beynəlxalq ictimaiyyətə çatdırsa da, bu günədək Ermənistanın bu təcavüzkar siyasətinin qarşısı alınmayıb.
“Beynəlxalq təşkilatların münaqişə ilə bağlı 30 il səssiz qalmasından sonra ölkəmiz öz suveren hüquqlarını bərpa etdi, bununla da dövlətimizin qüdrətini dünyaya bir daha göstərdi. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, “Xarıbülbül” musiqi festivalının keçirilməsi ölkəmizin hərbi sahə ilə yanaşı, iqtisadi və digər sahələrdəki qüdrətini də dünyaya bir daha göstərir”, - deyən Milli Məclis sədrinin müavini Vətən müharibəsindən sonrada şəhid və qazi ailələrinin dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, onların problemlərinin həlli məqsədilə dövlətimizin başçısının Sərəncamına əsasən “YAŞAT” Fondunun yaradıldığını, Fond tərəfindən bu sahədə genişmiqyaslı işlər aparıldığı, eyni zamanda, hər bir azərbaycanlının bu işdə daha fəal iştirakının arzuedilən olduğunu diqqətə çatdırıb.
Görüş iştirakçıları səmimi qəbula görə təşəkkürlərini bildiriblər. Vətən müharibəsi iştirakçıları, habelə arxa cəbhədə fəallıq göstərənlər tarixi Zəfərdə kiçik də olsa xidmətlərinin olmasından qürur duyduqlarını bildirib, müharibədən sonra da həkimlərimiz tərəfindən qazi və şəhid ailələrinin müalicəsi və müayinəsinin aparılmasının xalqımızın böyüklüyünün təcəssümü olduğunu qeyd ediblər. Habelə media nümayəndələri ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının, Ermənistanın müharibə cinayətlərinin geniş işıqlandırılmasının prioritet istiqamət olaraq qalacağını bildirib.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində və arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.
Adil Əliyev: Minalanmış sahələrin xəritəsinin verilməməsi Ermənistanın növbəti müharibə cinayətidir
17-05-2021, 16:23
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi”
24-05-2021, 16:04
Milli Məclis Sədrinin müaviniAdil Əliyev: “Ermənistan rəhbərliyinin apardığı təcavüz siyasəti bu dövlətin tənəzzülünə səbəb oldu”
30-04-2021, 11:23
Milli Məclisdə gənclərlə görüş keçirilib
22-02-2021, 10:04
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı olan gənclərlə görüş keçirilib
18-03-2021, 16:55
Milli Məclisdə görüş
6-11-2020, 10:56
Milli Məclis Sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı