Milli Məclis Sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb
Siyasət
Oxunub: 391
6 Kas 2020 | 10:56
Milli Məclis Sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb Noyabrın 5-də Milli Məclis Sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb.
Görüşdə Adil Əliyev Qazaxıstanla Azərbaycan arasında münasibətlərin tarixi köklərindən danışıb, bu əlaqələrinin hazırda da yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Vitse-spiker münasibətlərimizin inkişafında ümummilli lider Heydər Əliyevin və Qazaxıstanın ilk Prezidenti-Elbası Nursultan Nazarbayevin rolunu xüsusi vurğulayıb. Dostluq və əməkdaşlıq ənənələrinin hazırda hər iki ölkənin rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Adil Əliyev ali qanunvericilik orqanları arasında xoş münasibətlərin qurulmasında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin önəmli yer tutduğunu diqqətə çatdırıb və Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq görülən işlərdən, qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri barədə fikirlərini bildirib. Vitse-spiker ikitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan dostluq münasibətlərimizlə yanaşı, digər nüfuzlu parlament təşkilatları çərçivəsində uğurlu əməkdaşlığımızdan söhbət açıb.
Görüşdə Sədr müavini Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatlar barədə də səfirə geniş məlumat verib. Erməni silahlı qüvvələrinin döyüş meydanında müzəffər ordumuzla bacara bilmədiyini gördükdə, Azərbaycanın mülki əhalisini hədəfə almasını, 27 sentyabrdan başlayan hücumların nəticəsində bu günə qədər 91 nəfər mülki vətəndaşımızın həlak olduğunu, 400-dən çox vətəndaşımızın xəsarət aldığını diqqətə çatdırıb. Dağıdılan infrastruktur, yandırılan mülki obyektlər və fərdi yaşayış evləri, ölkəmizin flora və faunasına dəyən külli miqdarda ziyan barədə danışıb. Adil Əliyev ölən və yaralananların içərisində çoxlu sayda uşaq, qoca və qadınların olmasına, raket zərbələrinin cəbhə xəttindən kilometrlərlə kənarda yerləşən yaşayış məntəqələrinə tuşlanmasına xüsusilə diqqət çəkib. Qeyd edilib ki, hücumlar zamanı Ermənistan qadağan olunmuş silahlardan istifadə edir və bununla Çenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur.
Səmimi görüş üçün minnətdarlığını bildirən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov iki qardaş ölkə arasında uzun illərdi davam edən dostluq münasibətlərinin hər keçən gün daha da dərinləşməsini bildirib. Bu dostluq və strateji tərəfdaşlıq münasibətlərimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmli yeri olduğunu deyib. Qonaq Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin həllində dost və qardaş Azərbaycanın mövqeyini müdafiə etdiyini, ölkəmizin ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan edib. Səfir bu yaxınlarda Bərdə şəhərinə etdiyi səfər zamanı Ermənistanın mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi gözləri ilə gördüyünü, bundan bərk təsirləndiyini, dinc əhaliyə qarşı bu münasibətin qəbul edilməz olduğunu ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
11-06-2020, 11:36
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
6-11-2020, 10:58
Milli Məclisin Sədri Sahibə Qafarova Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb
10-07-2020, 13:14
Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib
15-06-2020, 17:34
Milli Məclisin Gənclər və idman komitəsi “15 iyun Milli Qurtuluş Günü” ilə əlaqədar gənclərlə onlayn konfrans keçirib
4-06-2020, 22:09
Milli Məclisdə görüş
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı