Ermənistan cəmiyyəti Xocalı soyqırımını törədənləri ədalətə təslim etmədiyi müddətdə, bu cinayətin ağır yükünü çəkməyə davam edəcək - Səfir
Siyasət
Oxunub: 366
24 Şub 2021 | 10:56
Ermənistan cəmiyyəti Xocalı soyqırımını törədənləri ədalətə təslim etmədiyi müddətdə, bu cinayətin ağır yükünü çəkməyə davam edəcək - Səfir Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzeti Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş geniş məqalə çap edib. Fevral ayının 24-də dərc edilmiş məqalə “Xocalı: Azərbaycan xalqının fəryadı” başlığı ilə təqdim olunub.
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən verilən məlumata görə, məqalədə 1988-ci ildən etibarən qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha sonra zorakılıq aksiyaları ilə müşayiət olunduğu bildirilərək, öz doğma vətənlərində azərbaycanlılara qarşı ermənilər tərəfindən ciddi təzyiq göstərildiyi, onları öz dədə-baba torpaqlarından didərgin salmaq üçün hər cür təxribata əl atıldığı, mülki vətəndaşların ən sadə məişət imkanlarından belə şüurlu şəkildə məhrum edildiyi nəzərə çatdırılıb. Bu sistemli təzyiqin ən şiddətli qəddarlıq mərhələsi kimi, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıya soxularaq qanlı əməliyyat keçirdiyi, çox sayda insanın qətlə yetirildiyi və əsir götürüldüyü, qaçaraq canlarını qurtarmağa çalışan qadın və uşaqların isə dondurucu soyuq nəticəsində tələf olduğu vurğulanıb.
Məqalədə soyqırımdan sonrakı növbəti günlərdə yerli və xarici mətbuat işçilərinin, o cümlədən mərhum jurnalist Çingiz Mustafayevin qətliamın törədildiyi ərazilərə baş çəkdikləri, onların gördükləri mənzərədən dəhşətə gəldikləri qeyd olunub. Dünya ictimaiyyətinin Xocalıda törədilən cinayət barədə məlumatlı olduğu bildirilərək, bu prosesdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının önəmli rol oynadığı, görülən işlər nəticəsində bu günə qədər 120 min insanın və 115 təşkilatın bu maarifləndirmə işinə cəlb olunduğu yazılıb.
Məqalədə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin fikirlərinə də yer verilib. Səfir deyib: “Ermənistan cəmiyyəti Xocalı soyqırımını törədənləri ədalətə təslim etmədiyi müddətdə, təkcə insanlıq əleyhinə olan bu cinayətin ağır yükünü çəkməyə davam etməyəcək, eyni zamanda özünü etibarlı qonşu statusundan məhrum edəcəkdir. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixə qarışıb. Regionumuzun əməkdaşlıq potensialında yeni və ümidverici səhifə açılıb. Hesab edirəm ki, Ermənistan cəmiyyəti fəal şəkildə yeni prosesə qoşulmaq, həmçinin sülh və əməkdaşlığa töhfə vermək üçün təcili olaraq öz keçmişindən Xocalı soyqırımında törədilmiş ləkəni təmizləməlidir”.
Qeyd etmək lazımdır ki, 1939-cu ildən nəşr olunan “Utusan Malaysia” Malayziyanın ilk malaydilli qəzeti olmaqla yanaşı, ən yüksək tirajla gündəlik dərc olunur.
23-02-2021, 11:30
Deputat azad edilmiş yerlərdə Xocalı soyqırımı ilə bağlı abidə qoyulmasını təklif edib
19-02-2021, 13:19
Floridanın Hollondeyl Biç şəhər meri Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalayıb
15-07-2020, 13:40
“Los Angeles Times”da Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc edilib
3-11-2020, 12:49
Xocalı soyqırımının ən fəal iştirakçısı olan erməni polkovnik vuruldu
22-02-2021, 10:17
CİBUTİ DEPUTATLARI XOCALI SOYQIRIMINI YAD EDİBLƏR
6-05-2020, 08:50
Səfir Məmməd Əhmədzadə italyan jurnalistin Dağlıq Qarabağla bağlı qərəzli yazısına cavab verib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı