Səfir Məmməd Əhmədzadə italyan jurnalistin Dağlıq Qarabağla bağlı qərəzli yazısına cavab verib
Siyasət
Oxunub: 458
6 May 2020 | 08:50
Səfir Məmməd Əhmədzadə italyan jurnalistin Dağlıq Qarabağla bağlı qərəzli yazısına cavab verib İtaliyanın "Opinione Pubblica” onlayn qəzetində jurnalist Emanuele Vignanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər”, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə təhrif olunmuş və qərəzli məlumatları əks etdirən məqaləsinə cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin qəzetin redaksiyasına ünvanladığı cavab məktubu dərc olunub.
Səfir məktubunda müəllifin tarixi faktları və regiondakı mövcud vəziyyətin kökündə dayanan həqiqətləri görməzdən gəldiyini qeyd edərək Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin Qarabağa sonradan köçürüldüyünü sübut edən tarixi faktlar, eləcə də münaqişənin kökləri ilə bağlı məlumat verib.
Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı Dağlıq Qarabağın ilhaqı ilə bağlı ərazi iddiaları irəli sürməsi ilə eyni zamanda 250 min azərbaycanlını Ermənistandakı tarixi torpaqlarından deportasiya etməsi, bunun ardınca Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başlaması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini - Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etməsi, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizlənmə həyata keçirdiyi və 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın düşməsi, həmin ərazidəki Azərbaycanın maddi-tarixi irsinin dağıdılması ilə nəticələndiyini qeyd edib. Ermənistanın beynəlxalq humanitar hüququ ciddi şəkildə pozduğunu və çoxsaylı müharibə cinayətləri, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi Xocalı soyqırımını - münaqişənin ən faciəvi hadisəsini törətdiyini vurğulayıb. Çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını və qaçqın və məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılmasını tələb edən dörd qətnaməsinə Ermənistan tərəfindən məhəl qoyulmadığını qeyd edib.
Diplomat müəllif tərəfindən məqalədə "Dağlıq Qarabağ respublikası" və ya "Artsax respublikası" kimi təqdim olunan qondarma rejimin işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrini ört-basdır etmək üçün qanunsuz olaraq yaratdığını, irqi ayrı-seçkiliyin nəticəsindən başqa bir şey olmayan bu rejimin dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan tərəfindən belə tanınmadığını bildirib. Azərbaycanın işğal olunmuş ərazilərində qondarma qanunsuz "seçkilər"in keçirilməsinin isə Ermənistanın status-kvonu saxlamaq və işğal olunmuş ərazilərdə vəziyyəti baş vermiş fakt (fait accompli) kimi qəbul etdirmək üçün növbəti cəhdi olduğunu deyib. Diplomat işğal olunmuş ərazilərdə digər hallarda olduğu kimi ,sonuncu qondarma "seçkilər"i də beynəlxalq ictimaiyyət, o cümlədən İtaliya da daxil olmaqla çoxsaylı dövlətlər və beynəlxalq qurumlar tərəfindən qanunsuz sayıldığını, qınandığını və rədd edildiyini bildirib.
Müəllifin öz məqaləsində bütün bu faktları görməzdən gəlməsinin onun işğal olunmuş ərazilərimizdə Ermənistanın status-kvonu saxlamaq, vəziyyəti baş vermiş fakt (fait accompli) kimi təqdim etmək cəhdlərini və hərbi təcavüzün nəticələrini dəstəkləmək anlamına gəldiyini deyən diplomat Dağlıq Qarabağın Azərbaycan bölgəsində seçkilərin yalnız azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına geri qayıtmasından və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılmasından sonra bölgənin bütün əhalisinin iştirakı ilə Azərbaycan Respublikasının konstitusiyası çərçivəsində mümkün olacağını bildirib.
Məktubunda öz müqəddəratını təyinetmə hüququna da toxunan diplomat bu hüququn bir xalqa aid olduğunu və erməni xalqının artıq Ermənistan dövlətini yaratmaqla bu hüquqdan istifadə etdiyini vurğulayıb, münaqişədən əvvəl Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının yaşadığını və münaqişə vaxtı bölgədən azərbaycanlıların Ermənistan ordusu tərəfindən tamamilə qovulduğunu bildirib. Diplomat əlavə edib ki, yalnız azərbaycanlıların bu bölgəyə qaytarılmasından sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu bölgə üçün muxtariyyət məsələsi nəzərdən keçirilə bilər ki, bu da iki icmanın sülh və ləyaqətlə birgə yaşamaq modelini təmin edə bilər. Münaqişənin belə bir formada nizamlanmasının beynəlxalq hüquqa, beynəlxalq təşkilatların çoxsaylı sənədlərinə, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına uyğun yeganə məqbul həll yolu olduğunu vurğulayan diplomat Ermənistan ordusunun işğal edilmiş ərazilərimizdə mövcudluğunun nizamlanma üçün əsas maneə olduğunu qeyd edib və ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini bildirib.
Diplomat işğal olunmuş ərazilərimizdən qovulmuş azərbaycanlıların 30 ildən çoxdur ki, nəinki öz doğma torpaqlarında baş verən tədbirlərdə iştirak etmək hüququndan, hətta öz evlərinə qayıtmaq və ailə üzvlərinin məzarlarını ziyarət etmək imkanından belə məhrum olduğunu bildirib və məsələnin həssaslığını nəzərə alaraq, münaqişənin qurbanlarına və onların keçirdiyi hisslərə hörmət əlaməti olaraq da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yazılarda qərəzsizlik və obyektivlik nümayiş etdirilməsinə çağırıb.
Məqaləyə keçid aşağıdakı link vasitəsilə mümkündür:
http://www.opinione-pubblica.com/nagorno-karabakh-la-replica-dellambasciatore-ahmadzada/.
1-01-2019, 11:56
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdə qalırıq
18-01-2019, 16:14
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
2-12-2018, 12:16
Daşkənddəki Diplomatiya Məktəbində təşkil edilən tədbirdə ölkəmiz də təmsil olunub
5-01-2019, 12:21
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Gate to Heaven” filminin prodüserlərinə etiraz məktubu ünvanlayıb
27-12-2018, 13:36
Zaxarova Qarabağdan danışdı: Təəssüflər olsun ki, çox uzanır
9-01-2019, 13:50
Niderland radiosunda Azərbaycan həqiqətlərindən danışılıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı