Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisininvideokonfrans formatında 56-cı plenar iclası keçirilib
Siyasət
Oxunub: 268
25 Kas 2020 | 14:01
Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisininvideokonfrans formatında 56-cı plenar iclası keçirilib
Noyabrın 24-də Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisininvideokonfrans formatında 56-cı plenar iclası keçirilib. Tədbirə Milli Məclisin deputatı, QDİƏTPM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyev, nümayəndə heyətinin üzvləri - deputatlar Musa Quliyev, Ramin Məmmədov və Elşad Mirbəşiroğlu qatılıblar.
İclası açan Parlament Məclisinin sədri, Yunanıstan parlamentinin spikeriKonstantinTassulas görüləcək işlərdən danışıb, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.
Əvvəlcə iclasın gündəliyi və Baş Məclisin 55-ci plenar iclasının protokolu təsdiqlənib, qurumun fəaliyyətiinə dair hesabat dinlənilib, bir sıra təşkilati məsələlərə baxılıb.
Sonra İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri, Hüquqi və siyasi məsələlər və Mədəniyyət, təhsil və sosial məsələlər komitələrinin iclasları keçirilib. Hər üç komitədə “Pandemiya ilə mübarizədə parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.
QDİƏTPM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyevin sədrliyi ilə keçirilənHüquqi və siyasi məsələlər komitəsinin iclasında pandemiya ilə mübarizədə parlamentlərin rolunun hüquqi və siyasi aspektləri müzakirə olunub. Məruzə layihəsi səsə qoyularaq qəbul edilib.
Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında isə məruzə ilə çıxış edən QDİƏPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev pandemiya ilə mübarizədə parlamentlərin rolunun sosial aspektləri barədə danışıb. Bildirib ki, COVİD-19-la bağlı Qara Dəniz İqtisadi Əməkdaşlığı regionu ölkələrinin göstəriciləri dünyadakı vəziyyətin fonunda ümid verir ki, hazırda region ölkələri tərəfindən pandemiyaya operativ reaksiya verilməsi nəticəsində pis vəziyyətlə üzləşməkdən qaçmaq mümkün olmuşdur. Amma ehtiyatı əldən vermək olmaz və daim sanitar-epidemioloji davranış mədəniyyətini yüksəltmək lazımdır.
Musa Quliyev diqqətə çatdırıb ki, COVİD-19-un səhiyyə və sosial müdafiə sahəsində yaratdığı böhranın və onun nəticələrinin öhdəsindən gəlmək və bərpa prosesi üçün pandemiya başa çatdıqdan sonra region ölkələri üçün yeni səhifə açıla bilər. Pandemiya bir daha göstərdi ki, müasir dünyada qlobal fəlakət qarşısında heç kəs tək davam gətirə bilməz. Dünya ictimaiyyətinin pandemiyaya qarşı mübarizədə öz səylərini birləşdirməsi və onun nəticələrini aradan qaldırması üçün kifayət qədər resursu var. Yalnız dünya ictimaiyyətinin vahid gücü ilə gələcəkdə qarşıya çıxacaq təhlükələrə qalib gəlmək mümkündür.
Sonra məruzə layihəsi ətrafında müzakirələr aparılıb, qeyd və təkliflər səsləndirilib. Layihə səsə qoyularaq təsdiqlənib.
İclasda bir sıra maliyyə məsələlərinə də baxılıb, rotasiya qaydasında təşkilata sədrlik Moldovaya təhvil verilib.
Bununla da QDİƏTPM-in 56-cı plenar sessiyası başa çatıb.
8-10-2020, 16:34
QDİƏT PM MƏDƏNİYYƏT, TƏHSİL və SOSİAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN 55-ci İCLASINDA
9-10-2020, 11:00
QDİƏT PM-in HÜQUQİ VƏ SİYASİ MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
17-09-2020, 12:20
Sentyabrın 16-da NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik Komitəsinin videokonfrans formatında iclası keçirildi
18-12-2018, 13:40
Milli Məclisin növbəti plenar iclası keçirilir
18-12-2018, 12:27
Milli Məclisin növbəti plenar iclası keçirilir
17-06-2020, 11:54
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı