QDİƏT PM MƏDƏNİYYƏT, TƏHSİL və SOSİAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN 55-ci İCLASINDA
Siyasət
Oxunub: 257
8 Ekm 2020 | 16:34
QDİƏT PM  MƏDƏNİYYƏT, TƏHSİL və SOSİAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN 55-ci İCLASINDA Oktyabrın 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin 55-ci iclası videokonfrans formatında keçirilib. Videokonfransda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvlərindən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə deputat Ramin Məmmədov, digər üzv ölkələrin – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya və Ermənistanın nümayəndələri iştirak ediblər. SİA-nın məlumatına görə, videokonfransı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev açaraq nümayəndə heyətlərini salamlayıb.
Sonra gündəlik qəbul olunub, QDİƏT PM Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin bu ilin iyulunda keçirilmiş 54-cü iclasının protokolu təsdiqlənib. "Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər" mövzusuna həsr olunmuş 55-ci iclasda hesabat məruzəsini Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev təqdim edib. Bildirib ki, hazırkı məruzə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna milli nümayəndə heyətlərinin təqdim etdikləri informasiyalar əsasında hazırlanıb.
Məruzəçi vurğulayıb ki, Azərbaycan dünya miqyasında koronavirusla mübarizəyə böyük dəstək verib, pandemiya başlanandan etibarən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib. Məruzə ətrafında çıxışlarda öncə Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin sədri Metin Gündoğdu 2020-ci ildə dünyanı cənginə alan COVİD-19-la bağlı yaranmış vəziyyətdən söz açıb. Türkiyədə koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Gürcüstan nümayəndə heyətinin üzvü Zaza Qabuniya ölkəsində bu istiqamətdə görülmüş işlərdən söz açıb. Daha sonra Ermənistan nümayəndə heyətinin üzvü Anuş Beqloyanın mövzudan yan keçərək Dağlıq Qarabağ problemi və cəbhə xəttindəki vəziyyətlə bağlı reallıqdan uzaq, qeyri-obyektiv fikirlərinə Azərbaycan nümayəndə heyətinin üzvləri dərhal cavab veriblər.
Tədbirdə Bolqarıstanın nümayəndəsi Petar Kınevin çıxışından sonra məruzə ətrafında diskussiyalar yekunlaşıb. İclasda "Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər" mövzusunda hesabatın layihəsi təsdiqlənib və sənədin Baş Assambleyada təqdim olunması üçün müəllif Musa Quliyev məruzəçi təyin olunub. Komitə üzvləri yekdil səslə tövsiyə layihəsini də təsdiqləyiblər.
Videokonfransda QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev iqlim dəyişiklikləri ilə əlaqədar qurumun təkliflərini diqqətə çatdırıb. İclasda QDİƏT-in nümayəndəsi Sergey Qonçarenko Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti haqqında danışıb, 2021-ci ilə dair iş planı barədə məlumat verib.
Həmin gün Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin də 55-ci iclası keçirilib. Onlayn toplantıda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri, deputatlar - Eldar İbrahimov və Elşad Mirbəşiroğlu iştirak ediblər. Gündəliyin qəbulundan sonra komitənin 7 iyul 2020-ci il tarixində videokonfrans formatında keçirilmiş 54-cü iclasının protokolu təsdiq edilib. Mövzu ilə bağlı hesabat məruzəsini qurumun Rumıniyadan olan nümayəndəsi Katalin Zamfira təqdim edib.
Qeyd olunub ki, məruzə nümayəndə heyətlərinin təqdim etdikləri hesabatlar əsasında hazırlanıb. Katalin Zamfira koronavirusla mübarizədə QDİƏT ölkələri arasında möhkəm əməkdaşlıq və intensiv dost yardımlarının mövcudluğundan məmnun olduğunu bildirib. Bildirilib ki, virusun yayılmağa başladığı andan etibarən bütün ölkələr Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib, vaxtaşırı bir-birlərinə kömək əli uzadıblar. Məruzəçi pandemiyanın quruma üzv ölkələrin iqtisadiyyatına, xüsusən turizm sektoruna vurduğu zərərlərdən geniş söhbət açıb.
Məruzə ətrafında çıxış edən qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri, TBMM üzvü Camal Öztürk qardaş ölkədə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə danışıb. Sonra Bolqarıstan nümayəndəsi Krasimir Velçev öz ölkəsində pandemiya ilə mübarizə istiqamətində görülən işlər haqqında məlumat verib.
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu onlayn konfransda çıxış edərək Ermənistan nümayəndə heyətinin üzvü Vahe Enfiajyanın Dağlıq Qarabağ problemi və cəbhə xəttində vəziyyətlə əlaqədar qərəzli fikirlərinə cavab verib. Deputat son günlərdə Azərbaycanın cəbhəboyu ərazilərdən tam kənarda yerləşən Gəncə, Şəmkir, Beyləqan, Ağcabədi, Mingəçevir kimi şəhər və rayonlarının erməni silahlı qüvvələrinin ağır artilleriya, top və raket qurğularından durmadan atəşə tutulduğunu, həlak olan və yaralanan xeyli sayda mülki əhali arasında azyaşlıların, qadın və qocaların olduunu, hətta ölənlər arasında iki məktəblinin olduğu faktlarını diqqətə çatdırıb.
Sonra mövzu ətrafında müzakirələr davam etdirilib. "Pandemiya ilə mübarizədə parlamentlərin rolu: iqtisadi aspektlər" mövzusunda hesabat layihəsi təsdiqlənib və sənədin Baş Assambleyada təqdim olunması üçün Katalin Zamfira məruzəçi təyin olunub. Videokonfransın sonunda təşkilati məsələlərə baxılıb.
17-09-2020, 12:20
Sentyabrın 16-da NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik Komitəsinin videokonfrans formatında iclası keçirildi
9-09-2020, 11:39
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək
10-09-2020, 11:45
NATO Parlament Assambleyasının Təhlükəsizliyin Milli Ölçüsü Komitəsinin videokonfrans formatında iclası keçirildi
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
8-06-2020, 11:04
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏK
16-06-2020, 14:50
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı