NÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDI
Siyasət
Oxunub: 321
7 Ağu 2020 | 14:30
NÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDI Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq diqqətə çatdırdı ki, gündəliyə üçüncü oxunuşda 6 məsələ daxil edilib. Deputatlar gündəlikdəki məsələləri təsdiq etdilər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a verilən məlumata görə sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” sənədi üçüncü oxunuşda təqdim etdi.
Bildirildi ki, koronavirus infeksiyası (COVİD-19) qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Həm dünyada, həm də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Pandemiya iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərib.
Tahir Mirkişili qeyd etdi ki, yuxarıda göstərilənləri nəzərə alaraq, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsinə, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb, dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.
Deputat Soltan Məmmədov çıxış edərək COVİD-19 pandemiyasının insanların həyatına təsiri, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlər barədə fikirlərini açıqladı.
Sənəd üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.
Sonra Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) dair məlumat verdi. Bildirildi ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.
Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Daha sonra iclasda “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna təklif olunan dəyişikliklər üçüncü oxunuşda müzakirə edildi. Komitə sədri Tahir Mirkişili bildirdi ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif olunur. Bu isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli dərəcədə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq. Qeyd olundu ki, həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir.
Sənəd üçüncü oxunuşda qəbul edildi.
Gündəliyin növbəti məsələsi - “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev şərh etdi. Komitə sədri sənədin əhəmiyyəti barədə danışdı, layihənin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı millət vəkilləri tərəfindən səsləndirilən təkliflərin nəzərə alındığını bildirdi. Qeyd edildi ki, təkliflər əsasən texniki və redaktə xarakterli olub.
Deputat Razi Nurullayev layihə ilə bağlı fikirlərini açıqladı.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq təsdiqləndi.
Sonra “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklər barədə (üçüncü oxunuş) məlumat verildi. Komitə sədri Musa Quliyev bildirdi ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir.
Qeyd olundu ki, sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək və bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmamalıdır. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək.
Bildirildi ki, layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanıb. Komitədə və Milli Məclisdə aparılan müzakirələr zamanı deputatlar və mütəxəssislər tərəfindən verilən təkliflər nəzərə alınıb.
Komitə sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Tahir Kərimli, Rəşad Mahmudov, Vüqar Bayramov öz çıxışlarında dəyişikliklərin zəruriliyi barədə fikirlərini söylədilər, suallarını səsləndirdilər.
Komitə sədri Musa Quliyev deputatların toxunduğu məqamlara aydınlıq gətirdi.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim etdi. Milli Məclisin əvvəlki iclaslarında sənəd barədə geniş məlumat verildiyini qeyd edən birinci vitse-spiker Məcəllənin müvafiq maddəsindən çıxarılmış “yerli idarəetmə orqanı” sözünün qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə bərpa edildiyini bir daha diqqətə çatdırdı.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edildi.
İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov 2020-ci il dövlət büdcəsinə və büdcə zərfinə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlı parlamentdə aparılan səmərəli müzakirələrə görə Milli Məclisin rəhbərliyinə və deputatlara öz təşəkkürünü ifadə etdi.
İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan etdi.
Dövlət himni səsləndirildi və Parlamentin növbədənkənar sessiyası öz işini başa çatdırdı.
NÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDINÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDINÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDINÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDI
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
17-06-2020, 11:54
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
2-06-2020, 17:25
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi
1-06-2020, 14:38
MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ
24-04-2020, 17:03
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
16-06-2020, 14:50
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı