MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İLK İCLASI KEÇİRİLDİ
İyunun 1-də Milli Məclisin 2020-ci il növbədənkənar sessiyasının ilk iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Dövlət himni səsləndirildi.Gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələləri müzakirə etdilər. Milli Məclisin komitə sədrləri Zahid Oruc, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Hicran Hüseynova, Siyavuş Novruzov, deputatlardan Nurlan Həsənov, Ceyhun Məmmədov, Erkin Qədirli, AzərBadamov, Elman Nəsirov, Anar İsgəndərov, Rauf Əliyev, İsa Həbibbəyli, Azay Quliyev, Razi Nurullayev, Sahib Alıyev, Aqil Abbas, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Azər Kərimli, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı ölkə gündəmində baş verən önəmli məsələlərdən söz açdılar. Çıxışlarda dövlət qurumlarında ictimai şuraların yaradılması, sosial mediada tanınmış şəxslərə qarşı aqressiv və cinayət hüququna zidd şəkildə aparılan müzakirələrin qarşısının alınması üçün belə şəbəkə operatorlarına müəyyən öhdəliklərinqoyulması, qəzalı evlərin bərpasına diqqətin artırılması, QHT-lərin maliyyə mənbələrinin şaxələndirilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi, bəzi rayon və kəndlərdə onlayn dərslərin daha da aktiv hal alması üçün internet ötürücüləriningücləndirilməsi kimi təkliflər səsləndirildi.
Sonra gündəliyə daxil edilən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (2-ci oxunuş) müzakirəsinə başlanıldı. Spiker Sahibə Qafarova bildirdi ki, buməsələ Milli Məclisin mayın 31-də keçirilən iclasında 1-ci oxunuşda qəbul edilib.
Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirdi ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti “Karantin rejimində tənəffüs yollarının qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələrimüəyyənləşdirir.
Dəyişikliyə əsasən, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Fəzail Ağamalı deputat həmkarlarına pandemiya ilə əlaqədar ölkədə yaranmış vəziyyətə görə belə bir vacib sənədin hazırlanmasına dəstək verdiklərinə görə təşəkkür etdi. O, sənədin dünən aparılan birinci oxunuşda müzakirələri zamanı millət vəkilləri tərəfindən verilən təkliflərin əhəmiyyətlilərininlayihədə işçi qrupu tərəfindən dəyərləndirildiyinivurğuladı.
Sonra qanun layihəsi ətrafında müzakirələr aparıldı. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, AzərBadamov, Razi Nurullayev, Əli Məsimli, Cavid Osmanov, Musa Qasımlı, Naqif Həmzəyevhazırkı dövr üçün olduqca mühüm əhəmiyyətə malik olan sənədi dəstəklədilər, təkliflərini bildirdilər.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.
Milli Məclisin Mətbuat və
İctimaiyyətlə əlaqələr şöbəsi
2-06-2020, 17:25
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi
12-06-2020, 13:59
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi
13-07-2020, 16:29
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi
16-06-2020, 14:50
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
5-05-2020, 12:33
Milli Məclisin Mətbuat xidmətinin məlumatları
24-04-2020, 17:03
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı