Milli Məclis Sədrinin müavini Adil Əliyev: "Milli Qurtuluş Günü müasir Azərbaycanın ən şanlı və parlaq səhifəsidir”

Şübhəsiz ki, bütün xalqların tarixində öz müqəddəratını həll etdiyi müqəddəs bir gün var, hansı ki, həmin gün xalqın özünütəsdiq günüdür, xalqın gələcəkdə var olması həmin gün müəyyən olunur. Xalqımız üçün bu böyük gün 15 iyundur. Biz həmin günü Qurtuluş Günü adlandırırıq, ona görə ki, həmin gün həqiqətən də Azərbaycan xalqı bütün bəlalardan qurtardı və dövlətimiz məhv olmaq, dövlətçilik ənənələrimiz yox olmaq təhlükəsindən qurtardı. Eyni zamanda Qurtuluş Günü məhz Azərbaycan xalqının özünü təsdiq etdiyi tarixi bir gündür.
Qurtuluşumuz əbədiyaşar liderimiz Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Xalqın xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında böyük bir addım atdı, xalqının səsini eşitdi, yenidən hakimiyyətə qayıtmaqla müstəqil dövlətimizi dünya xəritəsində silinmək təhlükəsindən birdəfəlik xilas etdi. Heydər Əliyevin böyük əməyi nəticəsində Azərbaycan çox qısa bir zamanda regionun liderinə çevirdi.
Həmin günləri xatırlayarkən, Ulu Öndərin necə ağır bir dövrdə hakimiyyətə qayıtdığının şahidi oluruq. Həmin dövrdə ölkəmizin durumunu hamımız yaxşı xatırlayırıq. 1992-ci ildə qeyri demokratik şəraitdə və zoraki vasitələrlə hakimiyyətə gələn AXC-Müsavat tandeminin yaratdığı hərcmərcliyin ölkəni uçuruma sürükləməsinin nəticəsində sözün əsl mənasında ölkəmiz məhv olmaq, parçalanmaq ərəfəsindəydi.
Dövlət müstəqilliyimiz qazanıldığı gündən 1993-cü ilin iyunun 15-nə qədərki müddəti ölkəmizdə dövlət çevrilişləri, böhranlar, xaos və çaxnaşmalarla, Xocalı, Şuşa kimi böyük faciələrlə və ərazimizin işğalı ilə xarakterizə edə bilərik. Bu dövlətin çörəyini yeyib və sonradan ona sadiq olmayan şəxslər öz maraqları naminə Azərbaycanı parçalamağa çalışırdı. Vahid dövlətçilik ənənəsi olan ölkəmizdə, bütün xalqların dostluq və qardaşlıq şəraitində birgə yaşamasına baxmayaraq, “Talış-Muğan Respublikası” elan edildi. Bu xaosun davamı olaraq Xalq Cəbhəsinin digər nümayəndəsi Surət Hüseynov və onun kimilər Vətən övladları iki cəbhəyə bölünmüş. Ərazimiz Ermənistan tərəfindən işğal edilən bir ərəfədə vətəndaşlar əldə silah üz-üzə dayanmış, qardaş qırğını başlamamışdır.
Ölkəmizdə hökm sürən siyasi intriqalar, bölücülük fəaliyyəti, heç bir idarəçilik təcrübəsi olmayanların hakimiyyətə yiyələnmələri, dövlət çevrilişlərinə cəhd, vəzifədən sui-istifadə edərək qaçaqmalçılıq, terror, adam oğurluğu və özbaşınalıq gündən-günə artır. Dövləti düşdüyü bu cətin şəraitdən xilas etmək isə böyük bir problemə çevrilmişdi.
Bu hadisələrin fonunda 1993-cü ilin iyunundakı Gəncə üsyanı ilə nəticələndi. Mövcud siyasi-iqtisadi və sosial böhran nəticəsində hakimiyyətin fəaliyyətini tamamilə sıradan çıxmışdır.
Həmin vaxt hamının ümidi böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevdə idi və xalqın bütün kəsimləri başa düşürdü ki, onları bu bəladan yalnız Ulu Öndərin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas oluna bilər. Heydər Əliyev son ümidlərin yeganə ünvanı idi və buna görə də ölkənin və xalqın bu bəladan qurtulması, dövlətin xilas edilməsi məsələsində oynayacağı rolu da, onun gücünü hamı aydın dərk edirdi.
Məhv olma təhlükəsi qarşısında qalan Azərbaycan dövlətçiliyi dəhşətli, təhlükəli vəziyyətdən Ümummilli liderimiz Heydər Əliyevin hadisələrə qətiyyətli və fəal müdaxiləsi nəticəsində çıxdı. Belə vəziyyətdə Azərbaycanın əsl xilaskara böyük ehtiyacı vardı və xilaskar hakimiyyətə qayıtdı. Xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir, sürətlə genişlənir, sadə xalq öz xilaskarı böyük siyasətçisi Heydər Əliyevin ətrafına toplaşırdı.
1993-cü il iyunun 4-də Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda AXC-Müsavat cütlüyü xalqın əsaslı tələbini, özlərinin yaratdıqları xaosu nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib xilaskarlıq missiyasını öz üzərinə götürərək geri qayıtdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi tələb deyildi, bu dövrün ictimai tələbatına çevrilmişdi.
1993-cü il iyunun 15-də Parlamentin iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Nəticədə müstəqil Azərbaycan tarixində ən önəmli hadisə olan Qurtuluş Günü elan olundu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ulu Öndər dərhal Gəncə hadisələrini yatırdı və bütün ölkədə olan hərc-mərcliyin, anarxiyanın qarşısını almaq istiqamətində işlərə başladı və nəticədə də çox qısa bir müddətdə buna nail oldu. Millət və dövlət çətinliklərdən xilas oldu. Xalqın istəyi, arzusu reallaşdı. Azərbaycan tarixinin şanlı səhifələri yazıldı.
Ulu Öndər Heydər Əliyevin qayıdışı ölkəni vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi. Xalqı yenidən vahid məfkurə ətrafında birləşdirdi. Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirdi. Beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı. Ölkəmiz dünyada özünə layiqli yer qazandı.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci və ən vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Məhz 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı və dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu. Xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu. Əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı. Xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu Öndərin Azərbaycan xalqına olan böyük sevgisi idi ki, o, xalqın israrlı tələbi ilə hakimiyyətə qayıtdı. Böyük şəxsiyyət öz həyatını xalqa həsr etdi və daim deyirdi, “Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur.”
Böyük Öndərin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən milli ideologiyanın əsası qoyuldu. Bütün sahələrdə ölkəmizin inkişaf prespektivlərini hazırlandı, reallaşdırıldı və onun ideologiyasının, siyasi kursunun davamı olaraq parçalanmaq təhlükəsində olan Azərbaycan bugün dünyanın ən qabaqcıl ölkələrdən biridir. Bütün sahələrdə inkişaf təkcə bizi Qoşulmama Hərəkatı kimi böyük bir təşkilatın sədridir, BMT-nin qeyri daimi üzvü olmuşdur.
Prezident İlham Əliyevin sözləri ilə desək – “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.
Bugün biz, bütöv Azərbaycan xalqı və dünya azərbaycanlıları varlığımızı, müstəqilliyimizi, azadlığımızı Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinə borcluyuq. Azərbaycan xalqı bu xidmətləri heç zaman unutmayacaqdır.
20-12-2018, 18:17
Kəbirə Məmmədova:Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında inkişaf edir
28-12-2018, 12:38
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd olunub
13-06-2020, 19:27
Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib
12-06-2020, 13:59
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi
13-06-2020, 11:13
Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol olan ulu öndər Heydər Əliyevdir
21-11-2018, 13:21
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı