Bəhram Bağırzadənin vəziyyətində yaxşılaşma var - AÇIQLAMA
"Bəhram Bağırzadənin EKMO cihazına bağlandıqdan sonra son 24 saat içərisində dinamikasında az da olsa stabillik, hətta müsbət gedişat olduğunu deyə bilərəm”.Bunu COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, ağciyər xaricindəki digər orqanların funksiyalarının normala dönməsi, laboratoriya analizlərində mənfiləşmənin olmaması, eləcə də ağciyər aldığı zədədən ötrü funksiyasını göstərə bilmədiyi halda EKMO sayəsində hazırda bədənin oksigenləşməsi ilə əlaqədar hər hansı bir problemin olmaması ümidverici hadisədir: "Bundan sonra bir az uzun ola biləcək bu yolda zaman içərisində ağciyərdəki zədənin geri qayıtma ehtimalına ümid edirik. Bu olarsa və digər orqanlarda da hər hansı problem yaranmasa şəxsi düşüncəm və komandamızın inamı şansımızın hələ də davam etməsi yönündədir. Təbii ki, günlük olaraq hər an bütün məsələlər üzərində yerli və xarici ekspertlərlə müzakirələr aparılır. Dünya üçün yeni olan bu sahə üzrə müalicələrdə ola biləcək bütün imkanlar ortaya qoyulur. Bilirsiz ki, həm səhiyyəmizin, həm xəstəxananın imkanları, həm də ən əsası Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın şəxsən ilk dəqiqədən etibarən hadisəni nəzarətə alması, hər mərhələdə ehtiyacımız olan bütün dərman preparatlarının, eləcə də texniki imkanların ortaya qoyulması üçün bütün səylər göstərilir.. Ümidvarıq ki, bu mübarizədə Azərbaycan səhiyyəsi, dövləti hər bir vətəndaşın üzərində olduğu kimi, Bəhram Bağırzadənin də həyatının geri qaytarılması üçün bütün imkanları ortaya qoyur və qoyacaq. Dünya üçün problem olan və bütün dünya səhiyyəsinin aciz qaldığı xəstəlik qarşısında uğur qazanacağımız ümidindəyəm. Mən şəxsən buna çox inanıram, komanda olaraq da inanırıq. Bizim COVİD-19-la da olmasa, quş qripinə bağlı eyni şəkildə ARDS (kəskin tənəffüs çatışmazlığı sindromu - red.) əmələ gəlmiş bir xəstə üzərində olan təcrübəmiz və onun vermiş olduğu nəticə bizdə ümid yaradır ki, bu yolda da uğur qazanacağıq. Əlbəttə ki, zamana ehtiyac var, ən başda da xalqın, onu sevənlərin duasına ehtiyac var. Xəstəxana, reanimatoloq, xəstəxananın bütün ekspertləri olaraq əlimizdən gələni eləməyə davam edəcəyik. Mən bu yolda bir daha Bəhram müəllimə və ölkəmizdə, dünyada COVİD-19-dan əziyyət çəkən ağırlaşmış bütün xəstələrə şəfa diləyirəm. Ümid edirəm ki, insanlıq bu məsələdə sonunda qalib olar”.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.
10-05-2020, 21:41
Alim koronavirusun gizli tərəflərini İFŞA ETDİ: “Ən təhlükəli xüsusiyyətidir”
29-04-2020, 13:59
Dibalanın dördüncü koronavirus testi də müsbət çıxdı
23-01-2019, 15:15
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlanıb
29-11-2018, 12:48
DAHA ÇOX ƏSGƏR YOXSA DAHA ÇOX SƏRVƏT...!?
1-06-2020, 16:13
Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı
4-06-2020, 16:31
Əməkdar artist: “Elə bildim, nəfəsim geri qayıtmayacaq”
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı