Ev var, sənədi yoxdur: illərin “kupça” problemindən çıxış yoluna doğru - NƏ ETMƏLİ?

Dövlət başçısının müxtəlif növ qəzalardan sonra dövlət vəsaiti hesabına tikilmiş evlərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı verdiyi sərəncamla bir çox vətəndaşlarımızın mənzil problemlərinin həlli gözlənilir. Hər halda, ekspert dairələri buna əmindirlər.
Xatırladaq ki, aprelin əvvəlində Prezident İlham Əliyev mənzil hüququnun olmaması probleminin həlli ilə bağlı növbəti bir sənəd imzalayıb. Sərəncam belə adlanır: “Təbii fəlakətlər, texnogen qəzalar və hərbi əməliyyatlar nəticəsində dövlət vəsaiti hesabına tikilmiş çoxmənzilli yaşayış binalarında yaşayış binalarına və mənzillərə hüquqların dövlət qeydiyyatına alınması, habelə onların istifadə olunduğu torpaq sahələrinə dair məsələlərin tənzimlənməsi haqqında.”
“Bütün bunlar təbii ki, mənzillə bağlı hüquqların rəsmiləşdirilməsi prosedurunu asanlaşdıracaq”. Daşınmaz əmlak üzrə mütəxəssis Ramil Qasımzadə AYNA-ya belə deyib.
Onun sözlərinə görə, sənəd müxtəlif təbii fəlakətlər - daşqın və zəlzələ nətciəsində dağılmış mənzillərin əvəzinə yenidən tikilərək insanların ixtiyarına verilmiş yaşayış binalarını əhatə edir. Söhbət əsasən Şamaxı və İsmayıllı rayonlarında tikilən mənzil fondundan gedir. Bundan əlavə, Qarabağ Müharibəsi illərində cəbhəboyu zonada - Tərtər, Füzuli və digər rayonlarda çoxlu sayda evlər dağıdılıb və qəzalı vəziyyətə düşüb, onların sahiblərinə yeni yaşayış əraziləri verilib.
“İndi onların qeydiyyata alınması lazımdır və sahibləri mülkiyyət hüququnu almalıdırlar. Müvafiq olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti belə bir mənzil fondunu sənədləşdirməyə çağırılır”, - Qasımzadə izah edib.
“Eyni zamanda, vətəndaşlar tərəfindən mülkiyyət hüquqlarının qeydiyyatı haqqında şəhadətnamələrin alınması ilə bağlı bütün proses dövlət büdcəsi hesabına maliyyələşdiriləcək”, - ekspert vurğulayıb.
Aprel ayında verilən digər Fərmandan sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 439 nömrəli Fərmana da bəzi dəyişikliklər edilib.
Sənədin özündə qeyd edildiyi kimi və analitiklərin fikrincə, dəyişikliklər mənzil sənədlərinin verilməsi prosedurlarının sadələşdirilməsinə yönəlib.
“Bundan əvvəl çoxları kənd yerlərində və münasib ərazidə evlərin dövlət qeydiyyatına alınması üçün müraciət etməkdə çətinlik çəkirdi, sovet dövründə belə ev sahiblərinə verilən sənədləşmədə problemlər var idi. Bu problemlər qanunvericilikdəki boşluqlarla birlikdə aradan qaldırılır”, - deyə Qasımzadə bildirib.
Onun sözlərinə görə, hər iki sənəd bu cür boşluqların aradan qaldırılmasına və mənzil hüquqlarının qeydiyyatı ilə bağlı uzun müddətdir davam edən problemin həllinə yönəlib. Dia.az-ın məlumatına görə, əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev AYNA-ya şərhində qeyd edib ki, qeyd olunan səbəblərdən paytaxt və Abşeronda yerləşən yüz minə yaxın fərdi ev və çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillər dövlət qeydiyyatından keçməyib. O, bu evlərin çoxunun hələ sovet dövründə tikildiyini, bəzilərinin isə ötən əsrin 90-cı illərdən başlayaraq yenidən tikildiyini bildirib. Və evlər bu qədər uzun müddət istifadə edilsə də hələ də sənədləşdirilməyib, sahiblərində Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış yoxdur.
Ekspert deyir: “Bundan təkcə vətəndaşlar əziyyət çəkmir. Bu gün respublikamızda bir çox əməliyyatlar daşınmaz əmlakın alqı-satqısı ilə bağlıdır ki, bu da dövlət büdcəsinə ödənilməli olan vergi ayırmalarının əhəmiyyətli hissəsinin daxil olmaması deməkdir. Bütün bunlar paytaxtın ətrafı, Bakı kəndləri və Abşeronda cəmləşən evlər, Masazır, Xırdalan və s. üçün aktualdır. Orada lazımi qeydiyyatdan keçməyən fərdi yaşayış evləri tikilib və aktiv şəkildə tikilir”.
Eyni zamanda, belə evlərin sahiblərinin çətinlikləri ilkin olaraq başqa təyinatlı tikinti üçün ayrılan torpaq sahələrinin istifadəsində olur. Üstəlik, bu şəkildə bir-iki ev deyil, bütöv qəsəbələr tikilir.
Ona görə də, Fərzəliyev hesab edir ki, bu cür ərazilərin nəzərdə tutulan təyinatını dəyişmək, daha doğrusu, mümkün olan yerdə uyğunlaşdırmaq lazımdır: “Əgər bu mümkün deyilsə, yəni ərazilər tikinti üçün yararsızdırsa, o zaman insanlar köçməli, hökumət kompensasiya haqqında düşünməlidir. Düşünürəm ki, bu sahəfə biz tezliklə müsbət irəliləyişləri görəcəyik.
20-09-2021, 19:30
Evlərin sənədləşdirilməsi sahəsində problemlər açıqlanıb
1-06-2021, 09:49
Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə növbəti satışı olacaq
30-03-2022, 20:27
MİDA bugünkü mənzil satışı ilə bağlı statistika AÇIQLAYIB
8-04-2022, 15:23
Prezident mühüm Fərman imzaladı
26-01-2022, 19:13
“Kupçasız” evlər məsələsi aktuallaşır: - Hökumət özünün tanıdığı əmlaka da sənəd vermir
6-08-2021, 13:03
Şəhid ailələri və qazilər evlərinə KUPÇA İSTƏYİR... - Deputat danışır...
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı