Evlərin sənədləşdirilməsi sahəsində problemlər açıqlanıb
Gündəm / Siyasət / Hadisə
Oxunub: 356
20 Eyl 2021 | 19:30
Evlərin sənədləşdirilməsi sahəsində problemlər açıqlanıb

capar.info : - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti evlərin sənədləşdirilməsi sahəsində problemləri açıqlayıb.

Komitədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsi ümumilikdə bir çox amillərə bağlı problemlərdən ibarətdir. Ölkədə müstəqilliyin ilk illərində ağır müharibə şəraiti, 1 milyondan artıq soydaşımızın qısa müddət ərzində öz ata baba yurdlarından qaçqın düşməsi, sovet hüquq sisteminin müasir liberal iqtisadi sistemə uyğun olmaması kimi amillər bir çox sahədə olduğu kimi, yaşayış fondunun inkişafı və sənədləşdirilməsində də ciddi çatışmazlıqlara səbəb olub.

Dünya təcrübəsi nəzərə alındıqda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tədbirləri aşağıdakı kimi təsnifatlaşdırmaq mümkündür: “Bunlardan biri sənədsiz evlərin artmasının qarşısının alınması məqsədi ilə vətəndaşların sənədli ev sahibi olmaları imkanlarının təkmilləşdirilməsidir. Bu istiqamətdə ipoteka imkanlarının yaradılması və əhatə dairəsinin genişləndirilməsi, İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə dövlət vəsaiti hesabına sosial ipoteka imkanlarının yaradılması, kirayə mənzillərin müəyyən müddət sonra mülkiyyətə verilməsi ilə bağlı mexanizmin yaradılması, dövlət tərəfindən sosial yönümlü yaşayış binalarının MİDA vasitəsilə tikilib mənzillərin vətəndaşlara təqdim edilməsi, şəhid ailələri, qazilər, məcburi köçkünlərin dövlət vəsaiti ilə mənzillərlə təmin edilməsi bu istiqamətdə son illərdə görülmüş işlərə aid edilə bilər. Eyni zamanda evlərin qanuni əsaslarla əldə edildikdən sonra qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin yaradılması, vətəndaş məmur ünsiyyətinin azaldılması istiqamətində mütəmadi işlərin aparılması qeyd olunmalıdır.

Digəri sənədsiz evlərin şəhər infrastrukturuna maneə yaratmayan və ciddi pozuntular olmayan qisminin sənədləşdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsidir. Sovet İttifaqı dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət orqanları tərəfindən vətəndaşların həyətyanı torpaq sahələrinə və evlərinə qanunvericiliklə tənzimlənməmiş olan müxtəlif səpkili sənədlər verilib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən, həmin sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil etmədiyi üçün xeyli sayda fərdi yaşayış evinin sənədləşdirilməsi mümkün olmurdu. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə əvvəllər qeydiyyat hüququ verməyən sənədlər artıq Qanunun əhatə dairəsinə əlavə edilmiş və nəticədə on minlərlə vətəndaşın evlərinin sənədləşdirilməsi təmin edilmiş və bir çox tam sənədsiz yaşayış massivi dövlət qeydiyyatına alınıb.

Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 24 fevral 2015-ci il tarixində edilmiş dəyişikliklə Qanunun 8-ci maddəsinə 8.0.9.1.2-ci hissə əlavə edilib. Bu əlavə ilə 1 yanvar 2013-cü il tarixinə qədər tikilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyətdədirsə və təyinatı yaşayış evinin tikilməsinə yol verirsə, fərdi evin qeydiyyatı üçün heç bir sənəd tələb edilmədən sənədsiz evlərin qeydiyyatı təmin edilir”.

Məlumatda o bildirilir ki, ƏMDX tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanın icrası ilə bağlı əvvəlki illərdə tikilmiş bəzi çoxmənzilli binalar üzrə 100 minə yaxın mənzilin dövlət qeydiyyatına alınması təmin edilib.
3-11-2020, 09:55
İzmirdə zəlzələ nəticəsində dağılan evlərin inşaatçıları həbs olunub
11-10-2020, 10:32
FHN: Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində dağılan evlərin dağıntıları altından 17 yaralı və 8 cəsəd çıxarılıb
10-01-2019, 12:52
Ulduz futbolçunun evlərinə həbs qoyuldu
10-06-2020, 13:32
Evlərin damında domino oynayan karantin kişiləri
23-12-2020, 10:53
İşğaldan azad olunan ərazilərin bərpası ilə bağlı əsas istiqamətlər açıqlandı
6-05-2021, 13:44
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı