Putin Paşinyana hədə-qorxu gəlib… - Telefon danışığında mövzu nə olub?

İrəvanın məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.
Putinlə Paşinyan Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib və 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış sazişlərin icrasına toxunublar.
Ətraflı
Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan hökuməti Azərbaycanın sülh müqaviləsi bağlamaq üçün təqdim etdiyi 5 təklifinə cavab olaraq 5 təkliflə çıxış edib. Hansı ki, İrəvanın bu təklifləri sırasında sülh danışıqları prosesinə ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin cəlb etməsi də yer alır. Ermənistan danışıqlarda özünə daha əlverişli mövqe əldə etmək üçün prosesə Minsk qrupunu da qoşmağa çalışır.
Amma görünür, İrəvanın bu istəyi Moskvada heç də yaxşı qarşılanmayıb. Belə ki, Ukraynaya hücumu fonunda Rusiya Qərbin ciddi sanksiyaları ilə üz-üzədir. Bu prosesdə isə ATƏT-in Minsk qrupu həmsədr ölkələrindən olan ABŞ-la Fransa əsas rol oynayır. Həmin ölkələrin Ukrayna məsələsində Rusiyaya qarşı çıxdıqları bir zamanda, Moskva çətin ki, digər məsələlərdə, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olmasında Qərblə əməkdaşlığa, birgə fəaliyyətə razılıq versin. Bütün digər cəbhələrdə ciddi şəkildə toqquşduqları ölkələrin, ayrıca olaraq hansısa bir məsələdə ümumi mövqedən çıxış edəcəkləri elə də gözlənilən deyil. Moskva həmin məsələdə Qərbə yaşıl işıq yandırmaqla əslində bölgədə onun da möhkəmlənməsinə imkan vermiş olar ki, indiki həssas məqamda Kreml heç bir halda buna yol verməz.
Bu mənada, böyük ehtimalla Putin İrəvanın Minsk qrupu ölkələrinə müraciətini müzakirə etməklə, əslində, Paşinyana həmin təşəbbüsündən vaz keçməsi üçün təzyiqlər edib.
Putinlə Paşinyanın Ukrayna ətrafında cərəyan edənləri müzakirə etməsinə gəldikdə, ola bilsin, Kreml rəhbəri ermənilərin bu müharibədə Rusiyaya canlı qüvvə sarıdan yardım etmələrinə görə təşəkkür edib. Qeyd edək ki, bir sıra mətbu orqanlarda erməni silahlılarının Ukraynada rus qoşunları tərəfindən vuruşduqları barədə məlumatlar yer alıb. Həmçinin, Putin telefon danışığında, ola bilsin, Qərbə meyilli Paşinyanı Ukrayna nümunəsini misal gətirməklə onu bu mövqeyindən geri çəkilməyə çağırıb. //qaynarinfo.az//
0
23-12-2020, 10:59
Rusiya və Fransa prezidentləri Qarabağı müzakirə etdilər
23-11-2021, 09:36
Putin Nikola zəng etdi, amma Əliyevə yox: Niyə? - NƏ BAŞ VERİR?
1-10-2020, 11:06
Putin və Makron Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər
8-11-2020, 15:20
Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər
25-09-2021, 13:26
Status CƏHƏNNƏMƏ GEDİB: Bəs nazirlər NƏDƏN DANIŞIB? - HƏQİQƏTƏN DƏ...
28-10-2020, 16:59
Putin bunu Paşinyana mütləq deməlidir, əks halda... - Ərdoğandan sərt mesaj
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı