Putin Nikola zəng etdi, amma Əliyevə yox: Niyə? - NƏ BAŞ VERİR?
capar.info : - Bəri başdan deyək ki, Brüsseldə prinsipial məsələlər həll edilməyəcək, hər hansı sənəd imzalanmayacaq. Sadəcə olaraq tərəflər sülh müqaviləsinə, sərhədlərin demarkasiyası və delimitasiyasına, eləcə də Zəngəzur dəhlizinin açılmasına dair ilkin fikir mübadiləsi aparacaqlar. Əsas müzakirələr, sənədlərin imzalanması, danışıqların həlledici mərhələsi isə Moskvaya qalır.
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə gözlənilən görüşünü şərh edərkən deyib.
“Məlumdur ki, Paşinyan danışıqlar prosesində ABŞ və Fransanın iştirakını təmin etmək istəyir. Həmçinin Brüssel görüşündən də istifadə edib, müzakirələrə Avropa ölkələrini, xüsusilə ATƏT-in Minsk Qrupunu qoşmağa çalışır. Minsk Qrupunun əsas niyyəti Qarabağın dağlıq hissəsində yaşayan erməni separatçılarının “statusu” məsələsini gündəmə gətirməkdir. Ancaq Azərbaycan qəti şəkildə bunun əleyhinədir. Böyük ehtimalla, Azərbaycan tərəfi bunun reallaşmasına imkan verməyəcək”, - politoloq bildirib.
Q.Hüseynlinin sözlərinə görə, Qərb dövlətləri, xüsusən Fransa və ABŞ çalışır ki, Ermənistanın vasitəsilə regiona cəlb olunsunlar:
“Amma Rusiya onları yaxın buraxmır. Valday klubunda çıxışı zamanı Putin söyləmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirməsini üç dövlət bir yerdə, Rusiyanın moderatorluğu ilə həyata keçirəcək. Başqa bir dövlətin iştirakına ehtiyac yoxdur. Bu, Qərblə Rusiya arasında rəqabət olduğunu aydın surətdə üzə çıxartdı. İndi isə AB Şurasının Prezidenti Şarl Mişel fürsətdən istifadə etdi. Onsuz da Paşinyan onların quludur. Əliyev Brüsseldə görüşə razılıq verdi. Çünki biz danışıqlardan qaçmırıq. Amma onu da unutmuruq ki, bu danışıqlarda moderatorluq Qərblə Rusiya arasında rəqabətə çevrilib”.
Politoloq qeyd edib ki, noyabrın əvvəlində təyin olunmuş üçtərəfli görüşü Paşinyan boykot etdi:
“Çünki keçmiş Dağlıq Qarabağın “status” məsələsinin görüşün gündəliyində olmayacağını bilirdi. Digər tərəfdən, Paşinyan sərhədlərin müəyyənləşməsinə hazır deyildi. Ancaq sərhəddən baş verən son insident və Ordumuzun təxribatın qarşısını sərt şəkildə almasından sonra başqa yolu qalmadı".
Q.Hüseynli Brüsseldə görüş xəbəri yayıldıqdan sonra Putinlə Paşinyan arasında baş tutan telefon danışığını belə şərh edib:
“Putinin Paşinyanla danışmasının səbəbi ona xəbərdarlıq etmək idi. Paşinyana izah edildi ki, Qərbi bölgəyə gətirməyə çalışmasın. Putin nə üçün Əliyevə zəng etmədi? Çünki Bakının mövqeyi tam, aydın və şəffafdır, fitnə-fəsadı quran Paşinyandır. Axırıncı telefon danışığından sonra Paşinyan tam fərqli açıqlama verdi. Görünür, Putin ona mövqeyini yaxşıca izah edə bilib”.
4-11-2021, 11:10
Minsk qrupu "oyun"a yenidən daxil olmaq istəyir - Paşinyanın niyyəti baş tutacaqmı?
7-10-2021, 11:17
Mina xəritələri əvəzinə diversantlar, delimitasiya və... - Əliyev-Paşinyan görüşündən gözləntilər
19-10-2020, 10:53
Əliyev şərtini açıq dedi, Paşinyan isə... - Moskalenko
18-10-2021, 09:16
“Bakı hər şeyə hazırdır, amma İrəvan müxtəlif istiqamətlərə çırpınır” – MİXAYLOV
14-08-2020, 13:38
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
8-12-2018, 14:26
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı