“Tovuzun icra başçısı dedi ki, kiminsə torpağını alın verin buna...” - Şəhid atası...
Gündəm / Siyasət
Oxunub: 286
17 Ara 2021 | 21:21
“Tovuzun icra başçısı dedi ki, kiminsə torpağını alın verin buna...” - Şəhid atası... “Ailədə iki oğlum var, Sənan və Kənan. Mən özüm də birinci Qarabağ döyüşlərinin iştirakçısıyam, veteranam. Həyat yoldaşım isə Füzuli rayonundan məcburi köçkündür. Sənanda buna görə hərbiyə maraq oyandı. 2015-ci ildə əsgər getdi, 2016-cı il Şanlı aprel döyüşlərində iştirak etdi. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirdi”
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində şəhid olan kəşfiyyatçı Sənan Ələsgərovun atası Əkram Ələsgərov deyib. Şəhid atası Sənanın Bəyləqanda xidmət etdiyini bildirib:
“Sənan Beyləqanda xidmət edirdi. Vətən müharibəsi zamanı isə sentyabrın 29-da Füzuli uğrunda gedən döyüşlərdə şəhid oldu. Sənandan sonra yaxşı heç nə yoxdur. Övlad itirmək çox çətindir. Bu dərdi çəkməyə artıq gücümüz qalmayıb. Bircə onunla təsəlli tapırıq ki, Sənan vətən uğrunda şəhid olub”.
Şəhid atası Tovuz rayon İcra Hakimiyyətindən də narazılıq edib:
“O qədər problemimiz var ki. Onlardan biri bizim ailənin torpaqla təmin olunmamasıdır. Mən özüm Qarabağ savaşının iştirakçısıyam heç torpaqla təmin edilməmişəm. İndi də oğluma görə bizim ailəni torpaqla təmin etmirlər. Biz səkkiz sot torpaqla təmin olunmalıydıq ki, dövlət tərəfindən orda ev tikilsin. Bununla bağlı cənab Prezidentin sərəncamı var. Bir neçə gün öncə bununla bağlı Dövlət Sosial Müdafiə Fondundan mənimlə əlaqə saxladılar. Soruşdular ki, ev tikmək üçün torpaq sahəniz varmı? Dedim ki, yoxumuzdur. Tovuz rayon İcra Hakimiyyətindən də bizə deyirlər ki, sizə veriləcək torpağımız yoxdur. İcra başçısı Məmməd Məmmədovla bir neçə dəfə görüşmüşəm və bu problemi deyəndə deyib ki, “gedin kiminsə torpağını alın verin buna”.
Daha sonra Dövlət Məşğulluq Mərkəzindən bizə gəldilər. Ailəmizi işlə təmin etmək üçün avtoyuma avadanlıqları verilməli idi. Bununla bağlı beş gün kursa da getdim. O avadanlıqları alıb bir yerdə qoyub işlədəcəkdim. Onunla həm mən, həm də orda işləyən adamın ailəsi evinə çörək aparacaqdı. Amma hələ ki, o avadanlığı da vermədilər”.
Qeyd edək şəhid Sənan Ələsgərov 1996-cı ildə Tovuzun Alakol kəndində anadan olub. Vətən müharibəsində şəhid olduqdan sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
3-02-2021, 15:55
Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb
16-12-2020, 11:29
Lənkəranda şəhid və qazi ailələri üçün təsərrüfatlar yaradılıb
6-11-2020, 10:29
Oğlanları ilə birgə döyüşüb şəhid olan ata...
26-04-2021, 10:29
Şəhid hərbi qulluqçumuz son mənzilə yola salınır
30-12-2020, 12:14
Bu şəhid anaları Azərbaycan vətəndaşlığını qəbul etdilər
21-10-2021, 10:10
“Çox istərdim ki, qardaşımın adı məktəbə və küçəyə verilib əbədiləşdirilsin” - Şəhid bacısı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı