“Çox istərdim ki, qardaşımın adı məktəbə və küçəyə verilib əbədiləşdirilsin” - Şəhid bacısı
capar.info : - “Nazim 2001-ci ildə iyunun 25-də dünyaya göz açıb. Çox yaxşı övlad idi, böyüklə-böyük, kiçiklə kiçik idi. O həm mənə dost idi, həm övlad, həm də qardaş. Vətənə olan sevgisi bir başqa idi, hər zaman elə vətən, vətən deyirdi. Hələ uşaq idi, deyirdi ki, Qarabağ qalıb düşmən tapdağı altında, biz nə edəcəyik? Deyirdim ki, Nazim, elə danışma, yaxşı olar. Mənə deyirdi ki, vətən də mənim anamdır, səni necə istəyirəmsə vətəni də elə istəyirəm”
Bunu Moderator.az-a açıqlamasında şəhid Nazim Zahirovun anası Samirə Zahirova deyib. O daha sonra əlavə edib.
“Şəhid xəbəri eşidəndə əsəbləşirdi. Əsgərlik vaxtı çatanda Nazim sevinə-sevinə hərbi xidmətə yollandı. Ona zəng gələndə ki, hərbi xidmətə filan yerə düşmüsən, məni sevinə-sevinə elə gəlib qucaqladı ki. Sevindiyindən bilmirdi neyləsin?! Hərbi xidmətdə də özünə yaxşı hörmət qazanmışdı, manqa komandiri idi. Müharibə başlayanda Nazim 1 il 6 ayın əsgəri idi. Bir neçə gün sonra evə zəng etdi, atası ilə danışdı. Daha sonra isə atasına deyib ki, telefonu verin anama. Atasına demişdi ki, ola bilər ki, bu mənim sonuncu zəngim olsun. Məni ağlamaq tutdu, dedi ki, ana niyə ağlayırsan, torpaqlarımızı qoruyuruq da! Bir il ərzində mən onun səsini elə narahat, həyəcanlı eşitməmişdim. Son sözü bu oldu ki, narahat olmayın, oktyabr ayında görüşərik. Elə oktyabrın 1-də Suqovuşanda şəhidliyə ucaldı. Nazim həmişə şəhidliyi arzulayırdı, dosta-tanışa da bu haqda deyirdi. Deyirdi ki, ay ana, şəhidlik bilirsən necə gözəl zirvədir?! Bilirəm ki, o ən uca zirvədədir! Balamla fəxr edirəm, bütün şəhid analarına Allah səbr versin” deyə şəhidin anası bildirib.
Şəhidimizin bacısı Aygün Zahirova deyir ki, Nazim onunla həm də sirdaş olub. Nazimin gedişi ilə təkcə qardaş yox, həm də həyatdakı ən böyük dayağını itirib.
“Çox gözəl qardaş, bundan da savayı sirdaş idi. Həlim təbiətli, hər kəslə yola gedən xüsusiyyəti var idi. Hərbi xidmətə getməzdən öncə evdə şəhid mahnıları dinləyərdi, sosial şəbəkələrində vətən haqqında videolar paylaşardı. Biz o zaman bunları o qədər də dərk etmirdik. Qardaşım vətən müharibəsi başlayanda könüllü kəşfiyyat qrupuna qoşulub, öndə gedir. Nazimlə hər zaman danışanda “özünüzdən muğayat olun” deyirdi, amma sonuncu zəngi zamanı o qədər həyəcanlı idi ki, bu sözü deyə bilmədi, unutdu. Qardaşım hərbi xidmətə 3-4 ay olardı ki, getmişdi. Bir dəfə ona zəng etdim ki, necəsən, xidmətin necə gedir? Dedi ki, yaxşıyam, amma hələ şəhid olmamışam. Nazim oktyabrın 1-də şəhid olub, amma 58 gün biz onun nəşini axtarmışıq. Nəşi tapandan sonra noyabrın 29-da dəfn etmişik. Biz Bakıxanov qəsəbəsində yaşayırıq, Nazim də 310 saylı məktəbdə təhsil alıb. Çox istərdim ki, qardaşımın adı əbədiləşdirilsin, hər hansısa küçəyə yaxud məktəbə onun adı verilsin” deyə şəhidimizin bacısı bildirib.
Qeyd edək ki, Nazim Zahirov ölümündən sonra “vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “cəsur döyüşçü” medalları ilə təltif olunub. İllər keçəcək, təqvim dəyişəcək, amma tarix qalacaq! O tarixdə hər zaman Nazim də xatırlanacaq - cəsurluğu, mərdliyi ilə, vətən torpağına-cənnətinə qovuşmaq üçün gün sayan qəhrəman kimi!
16-12-2020, 12:13
Elman nişanlı idi, təəssüf ki, toyunu görmək bizə qismət olmadı - Şəhid qardaşı
2-09-2021, 09:59
Vətən Müharibəsi Qəhrəmanının adı niyə oxuduğu məktəbə verilmir? - GİLEY
29-09-2021, 11:56
Qarabağ döyüşçüsü İNSAF GÖZLƏYİR... - 11 nəfərlik ailənin yükü tək onun üzərindədir
16-12-2020, 11:29
Lənkəranda şəhid və qazi ailələri üçün təsərrüfatlar yaradılıb
14-10-2020, 19:24
Bakılı rus şəhid Denis Qarabağa niyə getmişdi: “Generalın qisasını alacam”... - REPORTAJ
26-04-2021, 10:29
Şəhid hərbi qulluqçumuz son mənzilə yola salınır
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı