500 manatlığımızın üzərindəki Xudafərin körpüsü İranı niyə QICIQLANDIRIB?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 248
15 Kas 2021 | 13:37
500 manatlığımızın üzərindəki Xudafərin körpüsü İranı niyə QICIQLANDIRIB?

capar.info : - Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə çapdan çıxan və üzərində Xudafərin körpüsünün şəklinin yer aldığı yeni 500 manatlıq əskinas İranı qıcıqlandırıb. Qonşu ölkənin əksər mətbuat orqanında yer alan iddiaya görə guya Xudafərin körpüsü İranın Milli Sərvətləri siyahısına salınıb və bu onlara qarşı hörmətsizlikdir.

Maraqlıdır ki, erməni terror qruplaşmasının bir vaxtlar Qarabağda Xudafərin körpüsünün dizaynı ilə əskinasları çap etməsi İran üçün heç bir problem yaratmasa da, Azərbaycanın qanuni əskinaslarda öz milli tarixi və mədəni irsini çap etdirməsi İranı niyə qəzəbləndirib?

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında sözügedən iddianın fərdi qaydada ortaya atıldığını və aranı qarışdırmaq üçün düşünülən bir addım olduğunu hesab edir:

“Hazırda İranla münasibətlərimizdə problem yoxdur və çalışırıq ki, normal olsun. İnanmıram ki, İran hökumətindən belə bir mövqe bildirilsin.

Ola bilsin ki, müstəqil jurnalsit və ya hansısa məmur bu məsələni gündəmə gətirib. Amma səfeh bir iddiadır.

Biz Xudafərin körpüsünü çiynimizə alıb, harasa daşımamışıq ki? Körpü yerində durur.

Bizim də milli sərvətimiz və dəyərimizdir. Sərvətimizi də əskinasımızın üzərində həkk etmişik, burada nə var ki?

İslam 50-dən artıq ölkənin mənəvi dəyəridir. İndi kimsə İslam simvolundan istifadə etsə, İran qıcıqlanmalıdır ki, biz İran İslam Respublikasıyıq, niyə İslamın adını götürmüsünüz, məndən icazə almalısız? Belə bir axmaqlıq və səviyyəsiz yanaşma olar? Xudafərin körpüsü İranın da dəyəridirsə olsun, lap yaxşı...Qoy İran da körpünü pulunun üzərinə həkk etsin. Biz niyə etiraz etməliyik? Söhbət xəritədən və ya ərazidən gedirsə, onda etiraz etsinlər ki, bizim ərazimizi hansısa yerdə göstərmisiz”.

Deputatın fikrincə, bu məsələdə ümumi milli sərvətdən söhbət gedir, bunun ərazi iddiası və siyasi tələbə heç bir aidiyyəti yoxdur:

“Bu, nəyə təsir edən bir məsələdir ki? Atəşgahı pulun üzərində əks etmişik. İndi Hindistandan zərdüştlüləri qalxsın ki, bizim simvolumuzu niyə pulun üzərində əks edirsiz? Azərbaycanın mənəvi abidələrini, məsələn Ərk qalasının şəklini pulumuzun üzərində verməyək ki, İran inciyəcək? Onda şerlərdən, şadlıq evlərindən Xudafərin sözünü yığışdıraq ki, İranın xoşuna gəlmir? Yaxud bizdə Təbriz küçəsi var, yığışdıraq? Həmin iddianı məntiqsiz, mənasız və savadsız yanaşma hesab edirəm”.

Məlumat üçün bildirək ki, Xudafərin körpüsü XI əsrə aid olan Azərbaycanın milli-mədəni dəyərlərini göstərən ən mühüm tarixi və unikal abidələrindən biridir. 15 aşırımlı Xudafərin körpüsü 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa etdirilib. 11 aşrımlı körpü isə XIII əsrdə Elxanilərin Azərbaycanda hakimiyyəti dövründə inşa və yaxud bərpa edilib.

Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunan Xudafərin körpüsü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılmış və sonradan bərpa edilib.

Təbii qayalar üzərində inşa edilən Xudafərin körpüsünün bir hissəsi dövrümüzədək gəlib çatıb. Tarixə şahidlik edən bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.
19-10-2020, 11:09
Ali Baş Komandan DSX-nin rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib
5-09-2020, 11:24
"Xudafərin" və "Qız qalası"na dəymiş ziyan hesablandı
8-05-2020, 20:50
MILLI MƏCLİS SƏDRİNİN BİRİNCİ MÜAVİNİ ƏLİ HÜSEYNLİNİN MÜSAHİBƏSİ
18-01-2020, 13:00
Trampdan gözlənilməz çağırış: “İranı yenidən nəhəngə çevirək!”
18-12-2020, 10:57
Araz çayı üzərində tikilməkdə olan iki layihə üzrə Texniki Komissiyaların iclasları keçirilib
21-09-2021, 10:15
Tehranın narahatlığının əlamətlərini təzə görməyə başlamışıq... - hələ yolun başlanğıcındayıq...
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı