MILLI MƏCLİS SƏDRİNİN BİRİNCİ MÜAVİNİ ƏLİ HÜSEYNLİNİN MÜSAHİBƏSİ
Müsahibə
Oxunub: 483
8 May 2020 | 20:50
MILLI MƏCLİS SƏDRİNİN BİRİNCİ MÜAVİNİ ƏLİ HÜSEYNLİNİN MÜSAHİBƏSİ Əli HÜSEYNLİ: ““Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi məsələsi ən yüksək səviyyədə tənzimlənir, bu barədə Azərbaycan və İran arasında beynəlxalq sənəd imzalanıb…”
–Son günlərdə yerli mətbuatda Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında müzakirələryaranıb. Bildirilir ki, bu məsələ ilə bağlı Azərbaycan və İran Hökumətləri arasında Saziş də imzalanıb. Sazişdə nə deyilir?
-Birincisi, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi məsələsi ən yüksək səviyyədə tənzimlənir, bu barədə Azərbaycan və İran arasında beynəlxalq sənəd imzalanıb.
İkincisi Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsibir daha dəqiq formada təsdiq edir.
Üçüncüsü isə Saziş hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir. Yəni hər iki hidroqovşaqdan və su elektrik stansiyalarından istifadə yalnız Azərbaycana və İrana məxsusdur.
Bütün bunlarla yanaşı hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaqdır. Yəni su elektrik stansiyalardan 3-cü dövlətin istifadəsi mümkün deyil. Saziş və ya sazişin müddəaları ilə tanış olmaq istəyənlər e-qanun.az internet səhifəsinə daxil olaraq beynəlxalq sənədlə tanış ola bilərlər.
-Sizcə, bu qurğuların tikintisi hansı zərurətdən irəli gəlir və indiki geosiyası vıziyyətdə, İran-Azərbaycan münasibətlərinə bu məsələ necə təsir göstərə bilər?
-Qeyd edilən hidroqovşaqların tikilməsi məsələsi yeni məsələ deyil. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçmiş SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə isə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanmış və həmin Sazişə əsasən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilmişdir. Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istehsalatdan çıxarılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi tapşırığa əsasən müstəqil ekspert qrupu yaradılmış və layihələr yenidən işlənmişdir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra Azərbaycanla İran arasında bu istiqamətdə əməkdaşlıq dayandırılmışdır. Sonrakı dövr ərzində yuxarıda qeyd edilən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər İran tərəfidən aparılmışdır.
2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Və məhz iki dövlət arasında dostluq münasibətlərinin nəticəsində baş tutmuşdur.
-Nə üçün bu Saziş 4 il sonra mətbuatın gündəminə düşüb? Bunu səbəbi nədir?
-Görünür həmin ərazilərdə aparılan intensiv işlər Ermənistan və ölkəmizə düşmən mövqeyi tutanları qıcıqlandırıb. Eyni zamanda yerli ictimaitdə bu məsələ ətrafında gedən proseslərə nəzər saldıqda dövriyyəyə buraxılmış bir sıra fikirlərin məlumatsızlıqdan və qeyri-peşəkarlıqdan qaynaqlandığını demək mümkündür. Həmçinin bu məsələyə münasibət bildirən bir sıra “ekspertlərin” siyasi ve hüquqi savadının aşağı səviyyədə olmasıdır. Lakin bilərəkdən bu kampaniyada iştirak etmək və ya tərkib hissəsi olmaq yolverilməzdir.
Məsələ isə kifayət qədər aydın və birmənalıdır. 2016-cı ilin fevral ayında imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan və onu qəbul edən beynəlxalq sənəddir. Bu saziş dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını təsdiq edən sənəddir. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və qəbul edən istənilən fikir, bəyanat, beynəlxalq təşkilatların qətnamələri və xüsusən iki dövlət arasında imzalanmış beynəlxalq sazişlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir.
1-12-2018, 13:07
ABŞ, Kanada və Meksika arasında üçtərəfli yeni ticarət sazişi imzalanıb.
15-04-2020, 23:23
Azərbaycan hökuməti İran tərəfinə narahatlığını çatdırdı
20-12-2018, 13:46
İran prezidenti Türkiyədədir
5-08-2019, 14:56
SON DƏQİQƏ: İran Azərbaycanla sərhəddi bağladı - VİDEO
10-01-2019, 12:42
Azərbaycan ilə İran arasında sərhəd təhlükəsizliyinin təminatı məsələləri müzakirə olunub
22-04-2020, 22:13
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında iki məsələ müzakirə olunub
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı