Xocalı soyqırımı Peru mətbuatında geniş işıqlandırılıb
Perunun ən nüfuzlu KİV-lərindən olan “La Razón” və “Prensa 21” qəzetlərində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Faciəvi gecədən 29 il sonra: Xocalı soyqırımı - Azərbaycan xalqına qarşı cinayət” başlıqlı məqaləsi dərc olunub.Məqalədə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verən səfir, bu amansız qətliam zamanı onlarla azyaşlı uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə soydaşımızın yaralandığı və itkin düşdüyünü bildirib və bu qətliamın bir sıra aparıcı beynəlxalq media qurumları tərəfindən əyani sübutlarla işıqlandırıldığını qeyd edib.
Ermənistan tərəfinin Xocalını işğal etməkdə məqsədinin həyata keçirdiyi təcavüz prosesinin gedişində strateji üstünlük əldə etmək və növbəti işğallar üçün yeni imkanlar yaratmaq olduğun deyən səfir, təcavüzkar dövlətin 1994-cü ilə qədər Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, Xocalı soyqırımının da bu prosesdəki ən qanlı qətliam olaraq tarixə düşdüyünü bildirib. Eyni zamanda, Xocalıda dinc əhaliyə qarşı misilsiz amansızlıq törədilməsinin Azərbaycan xalqında qorxu yaratmaq məqsədi güddüyünü söyləyib və bu xüsusda, Ermənistanın keçmiş prezidenti, soyqırımının başlıca təşkilatçılarından olan Serj Sarkisyanın erməni tərəfinin Xocalıdakı cinayətlərinə dair etiraflarını xatırladıb.
İşğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsini tələb edən BMT qətnamələrinə 30 ilə yaxın bir dövr ərzində Ermənistan tərəfindən məhəl qoyulmaması və ATƏT çərçivəsində aparılan danışıqların Ermənistanın destruktiv mövqeyi səbəbindən nəticəsiz qalmasından sonra yenə də məhz Ermənistanın növbəti təxribatı səbəbindən meydana gəlmiş 44 günlük müharibə nəticəsində Azərbaycanın işğalda olan ərazilərini azad etməyə nail olduğunu bildirib. Qeyd edib ki, Ermənistan rəhbərliyinin qeyri-humanist xisləti və dövlət səviyyəsində terror siyasəti növbəti dəfə özünü göstərmiş, sözügedən müharibə ərzində Ermənistan silahlı qüvvələri yenə mülki insanları hədəf almış, münaqişə bölgəsindən kənarda yerləşən şəhərlərimizə endirdiyi ballistik raket zərbələri nəticəsində yüzlərlə dinc sakinimiz həlak olmuş və yaralanmışdır. Erməni vandalizminin azad olunmuş ərazilərimzdə də müşahidə olunduğunu deyən səfir, şəhər və qəsəblərimizdəki mülki infrastruktur və Azərbaycana aid tarixi-mədəni irsin 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyini diqqətə çatdırıb.
Qeyd olunanların fonunda regionda barışığın müşkül olmasına baxmyaraq, ərazisində 40-a yaxın müxtəlif etnik mənsubiyyətə malik insanların və fərqli dini etiqadların birlikdə sülh içində yaşadığı və bütün dünyada çoxmədəniyyətlilik ənənələri ilə tanınan Azərbaycanın sülh, dialoq və əməkdaşlıq xəttinə sadiq qaldığını, regionda tərəqqinin yeganə yolunun davamlı sülh olduğunu və bunun üçün Ermənistanın qonşularına qarşı ərazi iddiaları və təcavüzkar siyasətindən əl çəkməli olduğunu qeyd edib.
26-02-2021, 10:48
Meksika telekanalı və radiosunda Xocalı soyqırımı və regionda müharibədən sonrakı vəziyyət haqqında danışılıb
7-12-2020, 11:03
Ermənistan və Azərbaycan arasındakı atəşkəs Peru mətbuatında
24-02-2021, 10:56
Ermənistan cəmiyyəti Xocalı soyqırımını törədənləri ədalətə təslim etmədiyi müddətdə, bu cinayətin ağır yükünü çəkməyə davam edəcək - Səfir
28-08-2020, 11:17
XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
26-02-2021, 10:41
Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
23-11-2020, 10:54
Perunun ən çox oxunan qəzetində erməni təcavüzündən danışılıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı