Ermənistana qarşı hansı sanksiyalar tətbiq edilə bilər?
Bu günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlara atılan kaset bombalarına və ballistik raketlərə görə bu dövlətə qarşı BMT Nizamnaməsinin VII Fəslinə ("Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən xüsusi sanksiyalar qəbul edilə bilər.Bunu hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov söyləyib. O bildirib ki, bunun üçün beynəlxalq təhlükəsizliyin və sülhün qorunması məqsədilə BMT Təhlükəsizlik Şurasının Cənubi Afrikaya, keçmiş Yuqoslaviyaya, İraqa, Ruandaya, Somaliyə, Syere-Lionaya, Liviyaya və digər ölkələrə qarşı qəbul edilən sanksiyalarını qeyd etmək olar.
"Sanksiyalardan danışanda biz daha çox BMT Nizamnaməsinin 39-51 maddələrini qeyd etməliyik. Həmin sanksiyalar dövlətlərə hökumətlərin və ya hərbi qüvvələrin beynəlxalq hüquq və humanitar normaların pozulmasına, insanlığa qarşı cinayətlər törədilməsinə (soyqırımı) yönələn qərarlar verdiyinə görə tətbiq edilir. BMT Təhlükəsizlik Şurası ədalətin bərqərar olunması məqsədilə iqtisadi və diplomatik əlaqələrin pozulması, dəmiryol və nəqliyyat əlaqələrinin dayandırılması, xaricdə bank hesablarının dondurulması, beynəlxalq məhkəmənin (tribunal) yaradılması və digər sanksiyaları qəbul edib.
Ümumiyyətlə, Yuqoslaviya, Ruanda və digər tribunallar BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Tribunal – beynəlxalq statusa malik müstəqil məhkəmə orqanıdır.
1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarının mülki əhalisinə qarşı bakterioloji və zəhərli silahlardan istifadə etməsi faktına görə dəfələrlə Azərbaycan hökuməti tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət edilib. Bu günlərdə də Gəncənin və digər rayonların mülki əhalisinə kaset bombalar və raketlər atılması beynəlxalq humanitar normaları və 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarının müəyyənləşdirdiyi əsasları pozur.
Ermənistan hökumətini və silahlı qüvvələrini idarə edən şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistana qarşı iqtisadi və diplomatik məhdudiyyətlərin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının gündəliyində baxılması məqsədilə ətraflı hesabatlar hazırlanaraq təqdim edilə bilər.
Eyni zamanda, Avropa Şurasının Ermənistana qarşı siyasi və iqtisadi xarakterli məhdudiyyətlərin qəbul edilməsi mümkündür. Məsələn, Ermənistanla Avropa Şurasının ölkələri arasında nəqliyyat, rabitə, maliyyə əlaqələrinin pozulması, Ermənistan hökuməti rəhbərlərinin xarici ölkələrdə olan bank hesabların dondurulması, Avropa Şurası Parlament Assambleyasında iştirakının dayandırılması və s.
Beynəlxalq təşkilatların Ermənistana qarşı müvafiq qərarlar qəbul etməsi üçün Azərbaycan hökuməti tərəfindən vacib dəlillər və faktlar toplanılıb. Beynəlxalq hüquq prinsiplərinin, humanitar hüquq normalarının və insan hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası tərəfindən tədbirlər görülür. Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir.
Biz əminik ki, yaxın zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa ediləcək və mülki əhaliyə qarşı cinayətlər törədən şəxslər məsuliyyətə cəlb ediləcəklər. Bunun üçün bütün hüquqi və siyasi əsaslar var.
9-11-2018, 13:17
BMT rəsmisi dünyaya səsləndi:“ABŞ-ın sanksiyaları İran xalqına qarşı müharibədir, əhalinin qorunması üçün...“
13-10-2020, 15:43
Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 3 uşaq hər iki valideynini itirib - HESABAT
21-12-2018, 14:54
ABŞ İraqa İrana qarşı sanksiyalardan güzəştə gedib
17-06-2020, 11:39
ABŞ-dan müttəfiqinə qarşı GÖZLƏNİLMƏZ HƏRƏKƏT: vəhşiliyi bitirmək üçün...
9-10-2020, 11:40
"Qarabağ"ın kapitanı Henrix Mxitaryanın cavabını verdi
25-06-2020, 11:48
Dövlət Departamenti Azərbaycanın terrorizmə qarşı mübarizədə fəaliyyətini yüksək qiymətləndirir
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı