2018-də yalanla gündəmə gələnlər - Ərə getdi, qəza keçirdi...
Şou-biznes
Oxunub: 529
25 Ara 2018 | 15:44
2018-də yalanla gündəmə gələnlər - Ərə getdi, qəza keçirdi...2018-ci ildə toy, klip, dava xəbərləri ilə gündəmə gələnlər az olmayıb. Amma bunlar arasında özünü yalan xəbərlə gündəmə gətirənlər də yer alıb. Belə ki, haqlarında yazılmadığını görən, bir neçə məşhur il ərzində gah özünü ərə verib, gah xəstəxanalıq edib, gah da direktor vəzifəsinə yüksəldib.
Axşam.az yalan danışmaqla gündəmə gələn məşhurların siyahısını təqdim edir:

Bir neçə gün əvvəl saz ifaçısı Aqşin Tariyeloğlunun qəzaya düşdüyü və reanimasiyaya yerləşdirildiyi haqda xəbərlər yayılıb. Elə həmin gün sənətçinin atası və sənət dostları xəbərin yalan olduğunu və Aqşinin bunu özünü reklam üçün etdiyini açıqlayıb. Saytlar yazsın deyə, Aqşin özünü "xəstəxanalıq" edib. Hətta internetdən qəza vəziyyətində olan maşın şəkli tapıb, sosial şəbəkədə yayıb da.



Bu ilin iyulunda aktrisa Sevinc Əliyeva 24 yaşlı model Riad Abdulovla nikah bağladığını demişdi. Hətta Riad səhifəsində xanımın üzünü gizlədərək “Mən getdim, heç kimə demədən, üstümə düşməyin” şərhini yazıb. Sonradan məlum oldu ki, əslində, Sevinclə Riad evlənməyib və həmin kadrlar “Qayınana 2” filminin çəkiliş meydançasında lentə alınıb. Onlar senariyə uyğun olaraq kinoda ailə həyatı qurublar.




Müğənni Niyam Salami isə övladının olduğu haqda məlumat versə də, sonradan uşağın özünün yox, qardaşının olduğunu etiraf edib: “Uşağım varımdır... Daha 80 dənə uşağı hara törəyirəm? Varım, dövlətim hamısı onundur. Mən öləndən sonra, kef eləsin, dağıtsın. Gəlin açıq danışaq. Oğlum deyəndə ki, qardaşımın uşağıdır, elə bil öz balamdır. Yoxsa indi gəl, 40 yaşından sonra evlən. Baldız qayınana söhbətləri, o, onu niyə dedi, bu bunu niyə söylədi. Güc-bəla ilə Suraxanıda sakit başla söyüd ağacının altında oturub, ölümümü gözləyirəm”.



Əməkdar artist Aygün Bəylər bir müddət əvvəl yalandan ərə gedəcəyini demişdi. Xanəndə məclisin dəbdəbəli şəkildə keçiriləcəyini, 30 minlik gəlinlik hazırlatdırdığını, Türkiyədən 150 min dollara orkestr gətizdirəcəyini söyləyib. Amma bir müddət sonra Aygün piar üçün yalandan belə xəbər yaydığını bildirib. Müğənni hətta illər əvvəl uşağını dayə tərəfindən döyülməsi ilə bağlı yaydığı məlumatın da yalan olduğunu deyib.




Bu yaxınlarda yalandan toy xəbərini yayan müğənnilərdən biri də Mirkamil Kamilov olub. Mirkamil xaricdə özünə toy etdiyini, bunu valideynlərindən də gizlətdiyini söyləyib. Aradan bir neçə gün keçdikdən sonra isə müğənni xəbərin yalan olduğunu etiraf edib. Sonra sənətçi bir uşaq şəkli yayımlayıb və onun öz övladı olduğunu deyib. Hətta Mirkamil uşağı ilk vaxtlar tələf etməyi düşündüyünü, sonradan isə fikrindən daşındığını açıqlayıb.



Əməkdar artist Tünzalə Əliyeva illər əvvəl boşanma xəbərini yaymışdı. Aktrisa bu günlərdə açıqlayıb ki, həmin xəbəri yeni açılan verilişin piarı üçün edib. Bu yalan xəbər onun ailəsində problem yaradıb.




Müğənni Nadir Qafarzadə də yalan danışan sənətçilərdən olub. O, bir vaxtlar Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət Sarayının direktoru vəzifəsinə təyin olunduğunu demişdi. Hətta Nadir vəzifəsinin icrasına başladığını bildirmişdi. Amma bir gün sonra xəbərin yalan olduğu ortaya çıxmışdı.
5-11-2018, 18:52
Sumqayıtda məktəbli qız özünü asdı
7-11-2018, 16:16
Arzu Rəhimov kadrının oğlunun ölüm işini necə bağladı? - İlginc iddialar
16-12-2018, 20:18
"Xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır" - Zaurdan Mübarizə qarşı çıxan xanıma
5-11-2018, 15:27
Ebrunun Bakı konsertində yer qalmaqalı – Boş oturacaqlar
9-11-2018, 13:13
“Xəbərlər”i robot-aparıcı təqdim etdi – Dünyada ilk + VİDEO
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı