Bu sürücülər iki saatdan sonra dayanmalıdır: "Gözləri puldan yolu görmür"
Sosial
Oxunub: 355
8 Haz 2021 | 11:22
Bu sürücülər iki saatdan sonra dayanmalıdır: "Gözləri puldan yolu görmür" “Azərbaycan qanunvericiliyinə görə, sürücülər üçün 4 saatdan bir istirahət nəzərdə tutulub. Yəni sürücü maksimum 4 saat nəqliyyat vasitəsini idarə edə bilər. Amma yük maşınları və sərnişin avtobusları sürücülərinin iki saatdan artıq sükan arxasında olmaması tövsiyə olunur”.
Bunu nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Əvvəlcə onu qeyd edək ki, hər bir daşıyıcının qarşısında duran vəzifə təkcə sərnişin daşımaqdan ibarət deyil. Bunlarla yanaşı, sürücülərin gümrah və sağlam formada sükan arxasına əyləşməsi də vacibdir. Amma bu şərtləri kağız üzərində qəbul edən daşıyıcı kifayət qədərdir. Bəs, bu məsələdə cavabdeh kimdir? Uzaq yola çıxan avtobus sürücüləri maska taxmalıdırlar? Bu maskalar iki saatdan bir dəyişirmi? Ümumiyyətlə, uzaq yolda neçə saatdan bir istirahət olmalıdır?
Ekspert deyir ki, avtobusların fəaliyyəti ilə bağlı bir çox qaydalar, standartlar, nəqliyyat, yükdaşıma və sərnişindaşımalar haqqında qanunvericiliklə tənzimlənib.
“Bu qanunların icrası dövlət qurumlarının nəzarətindədir. Sərnişindaşıma fəaliyyətinə nəzarət isə Dövlət Avtomobil Nəqliyyat xidmətinə məxsusdur. Eyni zamanda, yol polisi də burada müəyyən bir rol oynaya bilir. Hər hansı təhlükə hiss etdikdə, qayda pozuntusu aşkarladıqda, bu barədə mütləq ölçü götürülməlidir. Amma bizim qaydalara görə, hazırda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər, eləcə də avtobusdakı sərnişinlər tibbi maskadan istifadə etməlidir. Maskanın iki saatdan bir dəyişilməsi ilə bağlı nə vətəndaşlara, nə də sürücülərə aid hələ ki bir standart qayda yoxdur. Sadəcə, tövsiyə olunur ki, tibbi maskaları tez-tez dəyişmək lazımdır. Çünki insanlarla ünsiyyətdə olurlar və təkcə özlərinin yox, həm də başqalarının həyatına cavabdehdirlər. Bunu kimin, necə təmin etdiyi məlum deyil. Bu məsələyə nəzarət olub-olmadığı da müəmmalıdır”.
Sürücülərin istirahət məsələsinə gəldikdə, deyə bilərəm ki, Azərbaycan qanunvericiliyinə görə, sürücülər üçün 4 saatdan bir istirahət nəzərdə tutulub. Yük maşınları və sərnişin avtobusları üçün tövsiyə olunur ki, iki saatdan artıq idarə etməsinlər. Bu sürücülərin özləri üçün vacibdir. Eyni zamanda onların cavabdeh olduğu neçə insan həyatına da öz təsirini göstərir. Yorğun sürücü təbii ki, qəza törədə, qaydaları poza, insanların həyatını riskə ata bilər. Ona görə də uzaq məsafələrə çıxan sərnişin avtobuslarının iki sürücüsü olur. Biri yorulduqda digəri onu əvəz edir. Ölkə ərazisində elə bir yer yoxdur ki, ora günlərlə yol getmək lazım olsun. Ən uzaq rayona avtobusla səyahət 6-7 saat çəkir. Sürücü iki dəfə istirahət etsə, bu normal hesab olunur. Əvəzedici sürücü də bu işdə ona dəstək olur”.
Amma fərdi qaydada sərnişindaşıma ilə məşğul olanlar da var. Ekspert bildirir ki, əsil problem də bununla bağlıdır:
“Onlar idarə etdikləri nəqliyyat vasitəsinə tək əyləşirlər. Köməkçi sürücüləri olmur. Sadəcə, hansısa bir sahibkarın tələbi ilə pul qazanamaq üçün yola çıxırlar. Belə olduğu halda onlar bəzən qaydaları da pozurlar. Avtovağzaldan çıxıb digər avtovağzalda dayanmırlar. Çox təəssüf ki, onlara nəzarət tam həyata keçirilmir. Bu işdə həm Dövlət Yol Polisi, həm də Dövlət Avtomobil Nəqliyyat Xidməti ciddi iradə nümayiş etdirməlidir. Nəzarət gücləndirilməlidir. Son zamanlar kiçik tutumlu mikroavtobusların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrində nə qədər insan həlak olub. Elə əsas səbəb də odur ki, sürücülər istirahət etmirlər. Hətta bəziləri gün ərzində iki dəfə bu işi icra edir. Dayanmadan rayona gedib-gəlirlər ki, daha artıq qazansınlar. Onların gözü, sadəcə pula yönəlib, yolu görmürlər. Nəticədə də belə qəzalar baş verir”.
9-09-2020, 10:23
Köhnə avtobusların xəttə buraxılması qadağan edilməlidir - Ekspert
31-05-2020, 12:50
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
19-05-2021, 10:33
Yol polisindən rayona gedib-gələn sürücülərə MÜRACİƏT
28-06-2020, 11:24
Avropa İttifaqı ölkələrinə aviauçuşlarla əlaqədar YENİ QAYDALAR
9-01-2019, 18:18
Sumqayıtda “Nəqliyyat könüllüləri” aksiyası davam edir
13-12-2018, 13:57
Maşını avtobusa çırpan sürücü məhkəmə qarşısında
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı