Mən də onların etiraz tədbirinə qoşulmaq məcburiyyətində qalacam, çünki, neçə illər başlarının altına yastıq qoymuşuq, daha yastıqlar da bitib, tükənib
"Kəndliyə və kənd təsərrüfatına daha çox diqqət lazımdır. Bu şəhəri, insanları, sizləri və bizləri dolandıran əli qabarlı kəndlilərdir. Bu torpağı da erməni işğalından azad edənlərin çoxu da o kəndçinin, o kasıbın balaları idi. O kasıbın balaları ki, Prezident İlham Əliyevə qəlbi və canı ilə bağlı oldu”.Bu fikirləri Milli Məclisdəki büdcə müzakirələrində deputat Razi Nurullayev MP söylədi. Deputat bildirdi ki, tarix boyu bütün imperiyaları da, varlı və kasıb dövlətləri də kasıb balaları saxlayıb, ucaldıb, qalib edib: “O kasıbın iş qurmaq üçün güzəştli kənd təsərrüfatı kreditinə ehtiyacı var. Güzəştlərdən bir neçə faiz fermer yararlana bilir. Vəsait azdır. Amma əksəriyyətin əsasən, 2 min manatdan 10 min manata kimi tam güzəştli kreditə ehtiyacı var. Daha gedib banklardan 17-29 faizə kredit götürüb öz evlərini öz əlləri ilə yıxa bilməzlər ki. Bəlkə yalan danışıram? Bu gün çətin vəziyyətdə olduğumuzu bilirəm. Amma nə zamansa problemimiz yoxdur deyilməsi də yadıma gəlmir. Bir il inflyasiya, bir il neft ucuzlaşdı, bir il büdcəni talayanlar çox olub, bir il daxili şok olub, o biri il xarici şok olub, digər il dünyada maliyyə böhranı olub, bu il pandemiya və zəfər ili, gələn il də işğaldan azad edilən torpaqların bərpası. Bəs nə zaman deyəcəyik ki, gəlin bu il də onilliklər boyu vətəndaşların arzusu olan niyyətləri həyata keçirək? Bu xalq saldo, profisit, defisit, ÜMD, daxili və xarici şok, subvenisya, dotasiya nədir bilmir, OPEC qaldırdı, OPEC endirdi başa düşmür. Bezib hər il eyni şeyləri eşitməkdən. Populizm olmasın, siyasi xal qazanmaq istəyir deməsinlər deyə, uşaq pulu sözünü tribunadan dilimə gətirmədim. Hərçənd ki, deputat seçkilərində əsas vədim uşaq pulu məsələsinin birinci plenar iclasda qaldırılması idi. Bu il daha keçdi, amma növbəti ilin büdcəsində uşaq pulu mütləq olmalıdır. Bu torpağı, bu vətəni saxlayan, bizə zəfər sevincini yaşadan, Ali Baş Komandanın əmirlərini müntəzəm yerinə yetirən o kəndçilərin, o kasıbların, 5-10 manat uşaq pulu tələb edənlərin övladları idi. Hər zaman belə olub, belə də olacaq”. Deputat bildirdi ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident də xalqın rifah içində yaşamasını istəyir: “Hökumətin işi isə bunu həll etməkdir. Daş-divar hörmək, rəng çəkmək, bəzək-düzək etmək, dövlət idarələrinə möhtəşəm, gözoxşayan idarələr tikmək lazımdır, amma xalqın rifah içində yaşaması daha vacibdir. Hörmətli nazirlərimizi, hökumət üzvlərimizi hər zaman dinləyirəm. Hər birisi o qədər gözəl danışır, deyirəm ki, bəlkə Yaponiyada yaşayıram, bəlkə yuxuya getmişəm, xəbərim yoxdur. Xalqın ehtiyacını, problemini, haqlı istək və arzularını bilmək üçün onun yanında olmaq lazımdır. Çində məmurları 10-15 gün kasıbların içində və elə onun evində yaşamaq üçün kəndlərə ezam edirlər. Bax bundan sonra Çin indiki vəziyyətə gəldi. Bizlər rahat kreslolarda, rahat isti otaqlarda onların nə çəkdiyini anlaya bilmərik. Quru, zinə torpaq üstündə yaşayan, evinin içində başına yağış tökən, aylarla ət üzünə həsrət qalan, övladına təhsil verə bilməyən ailəni başa düşmək və onun ehtiyacına uyğun işləmək üçün gərək onunla bir yerdə o kirli yorğan-döşəkdə yatasan, gərək onun kimi sənin də ayağın palçığa batsın, gərək onun kimi sənin də paltarından kərmə peçinin pis qoxusu gəlsin, gərək sən də qış günündə dişlərini soyuq su ilə fırçalayasan, ayda-ildə bir dəfə hamamda yuyunasan. Görünür, bunu etməsək xalqı başa düşə bilməyəcəyik”.
R.Nurullayev iclasda iştirak edən hökumət üzvlərinə xitab etdi: “Hörmətli hökumət üzvləri, Prezidentin qarşıya qoyduğu ümdə vəzifələrdən biri 2014-cü ilə kimi ölkənin tam olaraq qazlaşdırılması idi. Bu gün bütün ölkə boyu xeyli qazlaşdırılmayan kəndlər var. Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən İmişlinin də 10 kəndindən şikayətlər daxil olur ki, əgər qazlaşma həyata keçirilməsə etiraza qalxacaqlar. Mən də onların etiraz tədbirinə qoşulmaq məcburiyyətində qalacam, çünki, neçə illər başlarının altına yastıq qoymuşuq, daha yastıqlar da bitib, tükənib. Mən bunu vətəndaşlarımıza qarşı ədalətsizlik hesab edirəm”.
16-09-2020, 12:00
Deputat Razi Nurullayev: "Ümid edirəm ki, qazilərin həyat tərzinin yaxşılaşması, idman və yarışlarda iştirak etməsi üçün iş adamlarımız da vəsaitlərini əsirgəməyəcək"
11-04-2020, 12:14
Kənd təsərrüfatı məhsullarının Bakıya gətirilməsi üçün bunu etmək lazımdır - RƏSMİ
27-10-2020, 14:47
Deputat ölkəmizdəki Türkiyə “F-16”larının rolundan danışdı
4-09-2020, 15:37
Razi Nurullayev Baş Prokurorluğa çağırıldı - SƏBƏB
5-08-2020, 19:55
Deputat sərt danışdı: Milləti psixoz etmisiniz (VİDEO)
21-10-2020, 10:49
Güzəştli qaz limitini keçənlərin SAYI
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı