Qarabağın turizm potensialı belə tanıdılır
Dekabrın 1-də Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Türkiyənin ən böyük turizm tədbirlərindən biri hesab olunan “Uzakrota Online 2020” turizm sammitində çıxış edərkən Qarabağ, onun turizm imkanları və burada turizmin inkişafı perspektivləri haqda məlumat verib. Bildirib ki, gələcək planlarda Qarabağ regionunun yeni turizm destinasiyası kimi təqdimatı ərazidə təhlükəsizliyin təmini və infrastrukturun yaradılması proseslərindən sonra baş verəcək.Dövlət Turizm Agentliyindən verilən məlumata görə, “İnternetin destinasiya marketinqində rolu” panelində spiker qismində çıxış edən Florian Zenqstşmid, həmçinin iştirakçılara COVID-19 pandemiyası zamanı destinasiyaların marketinqində internetin və rəqəmsal alətlərin üstünlüyü, turizm sənayenin inkişafında innovativ strategiyaların tətbiqini, eləcə də turistləri cəlb etmək üçün destinasiyaların təhlükəsiz və dayanıqlı olması amillərinin vurğulanmasının vacibliyi haqqında danışıb.
Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan F.Zenqstşmid türkiyəli turistlərin Azərbaycana olan marağının artmaqda olduğunu bildirib.
Baş icraçı direktor Azərbaycanda pandemiya dövründə həyata keçirilən layihələr, o cümlədən “Azerbaijan 101” onlayn təlim platforması, Turizm Təlim və Sertifikasiya Mərkəzi, “Macəra yaxındadır” daxili turizm kampaniyası haqqında da məlumat verib.
Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva sərgi daxilində işgüzar turizmə həsr olunmuş konfransda “Yerli innovasiyalar vasitəsilə işgüzar tədbirlərin inkişafının cəmiyyətlər üzərində təsiri” mövzusunda çıxış edib.
O, təqdimatında işgüzar tədbirlər sənayesinin inkişafı üçün zəruri olan əsas faktorlar, o cümlədən təhsil səviyyəsinin artırılması, sənaye nümayəndələri üçün əməkdaşlıq və şəbəkələşmə imkanlarının yaradılması, dövlət tərəfindən sənayenin inkişafına dəstək verilməsinin üstünlüklərindən bəhs edib.
Sevda Əliyeva işgüzar tədbir, konfrans və sərgilərin cəmiyyətə nəinki maliyyə cəhətdən, həmçinin akademik və iqtisadi baxımından faydalı olmasını qeyd edərək Azərbaycan Konqreslər Bürosu tərəfindən yaradılan İşgüzar Tədbirlər Sənayesi Alyansı və Səfirlər Proqramı, pandemiya dövründə keçirilən hibrid tədbirlər, eləcə də gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulmuş beynəlxalq tədbirlər barəsində danışıb.
“Uzakrota Turizm Sammiti” turizm agentlikləri, hava yolları şirkətləri, hotellər, turizm sahəsində fəaliyyət göstərən startaplar və turizm sənayesi nümayəndələrini bir araya gətirən beynəlxalq sərgidir. Bu il onlayn formatda keçirilən sərgiyə MDB, Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrindən 100 mindən çox turizm mütəxəssisi və 300-ə yaxın spiker qatılıb.
31-01-2020, 11:37
Azərbaycan stendi Türkiyədə keçirilən sərgidə diqqət mərkəzindədir
29-05-2020, 10:40
Otellər və turizm obyektləri fəaliyyətini bərpa edir
1-12-2020, 10:45
Laçında rekreasiya, içki sənayesi və turizm üçbucağı yaradıla bilər
5-07-2020, 12:55
Turizmdəki itki 2,2 trilyon dollara çata bilər - Xəbərdarlıq
21-12-2018, 14:54
Prezident fərman imzaladı
17-01-2020, 13:27
Niderlandda turizm sərgisində erməni təxribatının qarşısı alındı - FOTO
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı