Baş infeksionist: “Sərt karantin rejimi ilə bağlı qərar veriləcək”
Sosial
Oxunub: 404
2 Tem 2020 | 12:58
Baş infeksionist: “Sərt karantin rejimi ilə bağlı qərar veriləcək” TƏBİB rəsmisi Yaqut Qarayeva belə izah edir ki, əgər 14 günlük sərt karantin rejimi tətbiq olunmasaydı, bu rəqəmlər gündəlik 1000 ola bilərdi. Halbuki sərt karantindən öncə yoluxma sayı 400-450 idi.
Həkimlər, professorlar isə bildirirlər ki, iki həftəlik sərt karantinlə heç bir müsbət irəliləyiş olmayacaq. Lakin gedişat və açıqlamalar daha 14 gün sərt karantin tətbiq olunacağına işarə verir.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də son brifinqdə eyham vurdu ki, karantinin uzadılması barədə rəylər var, yekun məlumat veriləcək.
O deməkdir ki, 5 iyuldan sonra da SMS icazə ilə yaşamağa davam edə bilərik. Fəqət Operativ Qərargahın yeni yanaşmalar, alternativlər ortaya qoymasına ehtiyac var.
Çünki sərt karantin rejimi yoluxmanın ciddi şəkildə azalmasına gətirib çıxarmır, digər tərəfdən, bir çox xidmət sahələrinin qapadılması əhalinin sosial vəziyyətini çətinləşdirir, iqtisadiyyata zərbələri artırır.
Hazırda xeyli sayda iş adamı, obyekt sahibi, kafe-restoranda işləyənlər çörəksiz qalıblar. Onların pandemiyaya görə üzləşdikləri problemlər hələ ki kompensasiya olunmur.
Bu baxımdan daha 2 həftə sərt karantin rejiminin uzadılması ciddi sosial gərginliyin yaranmasına səbəb ola bilər.
Hazırda sərt karantinin bitməsinə sayılı günlər qalıb, əgər uzadılmasa iyulun 5-dən SMS icazə ləğv oluna, postlar yığışdırıla bilər.
Respublikanın Baş infeksionisti, Operativ Qərargahın üzvü Cəlal İsayev "Yeni Müsavat”a bildirdi ki, sərt karantin rejiminin uzadılması istisna edilmir. Onun sözlərinə görə, qərar situasiyadan asılı olacaq.
C.İsayev qeyd etdi ki, hazırda 500-550 civarında yoluxma stabilləşmədən xəbər verir.
Onun fikrincə, daha çox yoluxma ilə üzləşə bilərdik: "Kimsə deyə bilər ki, sərt karantin dövründə yoluxmalar 500-dən yuxarıdır. Amma nəzərə alın ki, biz gündəlik 600-700 nəfərin yoluxması statistikası ilə üzbəüz qala bilərdik. Hazırkı rəqəmlər göstərir ki, stabilləşmə gedir, artım olmayıb. Yəni karantin rejimi sərtləşdirilməsəydi, vəziyyət daha da pisləşə bilərdi”.
Baş infeksionist hesab edir ki, insanların regionlara getməsinə şərait yaradılmalı, paytaxtın yükü azaldılmalıdır: "Bu təklifi əvvəl də vermişəm. Amma hər şeydən əvvəl tövsiyələrə əməl olunmasıdır. Sən sərt karantin tətbiq elə, insanlar əməl etməsinlər, təbii ki, yoluxmalar artacaq. Tövsiyələr də dəyişməz olaraq qalır - maska taxsınlar, yaxın təmasdan uzaq olsunlar, gigiyenik qaydalara riayət eləsinlər. Bu gün virusla mübarizə üçün başqa yollar yoxdur".
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev facebookda yazıb ki, bütün dövlət xəstəxanalarında COVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstəxanalarda bu müayinələrin münasib qiymətə-hamının maddı imkanı çatacaq qədər olması təmin edilməlidir: "100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 150 manatın müayinəyə necə versin? Bütün karantin rejimləri ləğv edilməlidir”.
Onun sözlərinə görə, insanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq, təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir: "Əgər bu təmin edilməsə, biz payız-qış aylarına bu karantin rejimi ilə daxil olsaq hamımız qırılacağıq. Çünki immunitetimiz sıfıra düşəcək. Broyler toyuqlarına dönürük.
Bütün qapalı məkanlarda maska geyinməyənlər, bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılarsa, bu problemin öhdəsindən tezliklə gəlmək olar".
Deputat Fazil Mustafa həmkarı Fəzail Ağamalının fövqəladə rejim elan olunması təklifinə münasibət bildirərkən isə deyib ki, ən sərt karantin rejimi tətbiq edilsə, yoluxma sayı xeyli azalar: "Lakin hazırda bunu etmək mümkün deyil. Çünki sərt karantin rejiminin tətbiq edilməsi insanların iş yerləri ilə bağlı problemin yenidən yaranmasına gətirib çıxaracaq. Məhdudlaşmaya getmək mümkündür, amma ən sərt karantin rejiminə keçmək hazırda heç də doğru qərar olmazdı”.
F.Mustafa vurğulayıb ki, mövcud şəraitdə vətəndaşların qoruyucu vasitələrdən istifadə edib, sosial məsafəni gözləmələri vacibdir: "Artıq maska taxmayanlar və karantin rejiminin tələblərini pozanlara qarşı cərimələr sərtləşdirilib.
Bununla belə, maska taxmayan, sosial məsafə gözləməyən insanlara cəmiyyətimizdə təzyiqlər olmalıdır. Yəni qadağalardan, cərimələrdən öncə insanlar özləri bir-birilərinə irad bildirməlidirlər".
Bu arada sərt karantin rejimi tətbiq olunan yerlərdə, xüsusən Bakıda elə gün olmadı ki, vətəndaşlar qaydaları pozmasınlar.
Baş Dövlət Yol Polisi İdarəsinin iyulun 1-də yaydığı məlumata görə, karantin rejimi qaydalarını pozan 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bundan başqa, Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla, 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 115-i rayon, 270-i paytaxt istiqamətinə olmaqla, 385, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 215-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla, 315 nəqliyyat vasitəsi geri qaytarılıb.
Ümumilikdə 800-dən çox nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
30-06-2020, 22:38
Xüsusi karantin rejimi daha iki həftə uzadıla bilər - VİDEO
9-06-2020, 16:54
Sərt karantin: bu şəxslərin maaşı kəsiləcək?
13-06-2020, 11:41
Uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər - TƏBİB
20-06-2020, 15:06
Sərt karantin rejimində jurnalistlərin fəaliyyətinə aydınlıq gətirildi
17-06-2020, 12:25
Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır - Baş infeksionistdən AÇIQLAMA
27-05-2020, 16:45
İyunun 1-də Azərbaycanda iri ticarət mərkəzləri açıla bilər - VACİB AÇIQLAMA
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı