Azərbaycanda koronavirusla bağlı TƏHLÜKƏ
Sosial
Oxunub: 492
3 Haz 2020 | 13:12
Azərbaycanda koronavirusla bağlı TƏHLÜKƏ Dünyada və Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Eyni zamanda ölüm sayları da yüksək olaraq qalmaqdadır.
Azərbaycanda iyunun 1-də 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 5 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2 086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
"Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev açıqlamasında deyib.
O bildirib ki, əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır.
Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik: "Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı 2 həftədən sonra görə bilərik”.
Əliyev bildirib ki, havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Onun sözlərinə görə, isti ölkələrdə də bu virus yayılıb: "COVID-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. Düşünürəm ki, iyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini 2 həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Çünki cərimələr tətbiq olunana qədər yoluxmalar olacaq. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər, amma pik həddin qarşısını almaq olmaz”.
Əliyev vurğulayıb ki, virus çoxdur və yayılmaqda davam edir: "Bəzi insanlar bunu ağır formada keçirir. Heç kim o insanların yerində olmaq istəməz. Bunu bir xəbərdarlıq və ya tövsiyə kimi qəbul edə bilərsiniz. İnsanlara virusa yoluxmadan bu bəladan qurtulmağı tövsiyə edirəm. Bunun üçün sadəcə, bəsit qaydalara əməl etmək lazımdır. Virus olsun, ya olmasın, gigiyena qaydalarına hər zaman əməl etmək lazımdır. Qapalı mühitdə maska taxmağın, qaydalara əməl etməyin, sosial məsafəni qorumağın hər hansı zərəri yoxdur, ancaq faydası var”.
Bəs ölüm halları niyə son zamanlar bu qədər artıqdır?
Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan tibb elmləri üzrə dosent Ədalət Rüstəm "Yeni Müsavat”a bildirib ki, son dərəcə ciddi bir durumdur və insanlar deyilənlərə əməl etməlidirlər: "Mən 15 gün müddətində koronaviruslu xəstələrin müalicəsi ilə məşğul oldum. Həmin müddət də, indi də diqqət edirdim ki, insanlar koronavirusa məhəl qoymurlar. Hətta testi pozitiv çıxanlar həkimlərlə dava edirdilər ki, bizi bura nə üçün gətirmisiniz? Yəni adamlar başa düşmürdülər ki, vəziyyətləri ağır olmasa belə, onlar ətrafdakılar üçün təhlükədir və virusu yayırlar. Deyim ki, indiyə qədər Azərbaycanda ölən xəstələrin hamısı ikinci xəstəliklərindən dünyalarını dəyişiblər. Yəni sağlam adam koronavirus tutub deyə vəfat etməyib. Sadəcə olaraq, koronavirus infeksiyası xəstənin əsas xəstəliyini sürətləndirir. İnsan əgər 1 ilə öləcəkdirsə, 2 aya dünyasını dəyişir. Buna görə də dəfələrlə dövlətlər bəyan ediblər ki, xüsusilə də yaşlı insanlar deyilənlərə əməl etsinlər. Təbii ki, gənclər və uşaqlar da qorunmalıdır. Çünki onlar daşıyıcı olub, xəstəliyi daha yaşlılara, digər xəstəliyi olanlara keçirə bilərlər. Bununla da həmin insanların həyatlarına son qoymuş olurlar”.
Həkim qeyd edib ki, xəstə sayı artdıqca vəziyyət ciddiləşir: "Reanimasiyalarda yer tapılmır. Bunun özü ciddi haldır. Əgər artım tempi bu cür davam edərsə, o zaman xəstələri saxlamağa yer olmayacaq. Sosial məsafə saxlayıb, əlləri dezinfeksiya etmək lazımdır. Daha nə olmalıdır ki, insanlar buna inansınlar? Dünyada vaksin tapılmasa da, koronavirusu müalicə üsulları mövcuddur. Ümumiyyətlə, vaksin sağaltmaq üçün yox, xəstəliyin qarşısını almaq üçündür. Bu gün müxtəlif dərmanlardan istifadə edilir və hər gün açıqlanan rəqəmlər də realdır. Bildirilir ki, məsələn, 100 xəstə sağalaraq, evə buraxılıb. Bu, həqiqətən də belədir. Plazma üsulu ilə müalicədən də istifadə edilir. Yəni sağalan xəstələrin qanından istifadə edilərək, vəziyyəti ağır olanlar müalicə edilir. Ancaq təəssüf ki, sağalan xəstələr plazma üçün müraciət etmirlər. Onların əksəriyyəti digər xəstələrin sağalmasına yardım göstərmirlər. Bu da məyusedici haldır”.(musavat.com)
18-04-2020, 20:23
Azərbaycanda koronavirusa 33 yoluxma faktı qeydə alınıb, 62 nəfər sağalaraq evə buraxılıb
10-04-2020, 22:34
Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlanıb, 58 nəfər sağalıb, bir nəfər ölüb
9-04-2020, 17:36
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlandı: 1 nəfər ölüb, 39 nəfər sağalıb
10-04-2020, 10:45
Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb
28-05-2020, 12:18
Bakıda 2 günlük çölə çıxmağa qadağa qoyulur? - AÇIQLAMA
18-04-2020, 20:34
Azərbaycanda xüsusi karantin rejimi mayın 4-dək uzadıldı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı