“Nənə öpməklə deputatlıq mümkün olsaydı, babalar çoxdan spiker idi…”
2020-ci il fevralın 9-da ölkədə Milli Məclisə növbədənkənar seçki keçiriləcək. Hazırda bütün ölkə ərazisində deputatlığa namizəd olan şəxslərin təbliğat-təşviqat kampaniyası gedir. Namizədlər ölkənin müxtəlif bölgələrində olur, öz seçiciləri ilə görüşür, söhbət edir, onları inandırmağa çalışırlar. Bu görüşlərin fonunda son günlər dəbə düşən bir “aksiya” sosial medianın gündəminə düşüb, insanların marağına səbəb olub. Belə ki, deputatlığa namizəd şəxslər getdikləri yerlərdə yaşlı nənələrin əllərini öpərək, onları qucaqlayaraq şəkillər çəkdirir və sosial şəbəkələrdə paylaşır.Bəs Azərbaycanda indiyə kimi seçkilərdə görünməmiş nənəöpmə trendi nə ilə bağlıdır? Qəfildən nə baş verdi, kimi suallara cavab axtarmaq üçün Qaynarinfo tanınmışlarla sorğu edib.
Yazıçı İlqar Rəsul nənəöpmə prosesini bu dəfə əsasən yaşlı nəsil-keçmiş deputatların başlatdıqlarını düşünür:
“Görünür, onlarda belə təəssürat yaranıb ki, seçkilərə yeni, daha iddialı və fərqli nəsil qatılır, indi quru-quru gedib seçicilərə nələrsə vəd verməklə könülləri xoş edə bilməyəcəklər. Ona görə də öz aləmlərində prosesə bir az rəng qatırlar bu addımları ilə. Cavanların da bəziləri onlara baxıb düşünür ki, yəqin bunlar indiyədək nənə əli öpməklə deputat seçiçiliblər, onlar da oxşar addım atırlar. Əslində burda ciddi bir qəbahət yoxdu. Əl öpmək gözəl davranışdı. İllah da böyüklərin, ixtiyar insanların əlini öpmək. Amma onu qarşındakının könünü xoş eləmək üçün deyil, öz məqsədinə çatmaq üçün edəndə, bu, kənardan hiss olunur və heç də etik görünmür.
Ona görə də mənfi təəssürat yaradır, kinayə, istehza doğurur, hətta tənqidə səbəb olur, lətifələr belə yaradır. Xüsusən də kütləvi hal alanda. Yenə də, bütün hallarda bu məsələdə ciddi bir qəbahət yoxdu”.
Yazıçı bununla belə qoca nənələrin əlini öpməklə nəyəsə nail olmağa inanmadığını əlavə edib:
“Məsələnin mahiyyətinə, yaxud perspektivinə gəlincə, deyə bilərəm ki, məncə məmləkətdə əl öpməklə deputat seçilmək üçün nənələr o qədər də uğurlu obyekt deyillər. Hər halda belə addımlar öz pozitivliyi və bəzi namizədlərin aşırı sadəlövhlüyünü üzə çıxarmaqla bu seçkiləri əvvəlkilərdən daha cəlbedici edə bilib”.
“Azərbaycan Avropa Hərəkatı”nın prezidenti Ramin Hacılının fikirlərinə görə, görünür, yenidən namizədliyini verən köhnə deputatlara xalqla işləmək tapşırılıb:
“Bizim köhnə deputatlarımız ki var idi, onlar xalqın səsi ilə yox, məhz dövlət resursları hesabına seçilmişdilər, o insanlara bu dəfə “belə olmayacaq” mesajı verilib və xalqla işləmək tapşırılıb. Bunu görəndə onların beyinləri işləməyib, fikirləşib ki, görən nə eləmək olar? Öz yaradıcılıqları olmadığı üçün xatılayıblar ki, Əkrəm İmamoğlu getdi camaatın əlini öpdü. Belə yadlarında qalıb. Ona baxıb, onun kimi etməyə çalışıblar. Yaradıcılığı olmayan insan kimdənsə, nədənsə nəsə götürüb onu tətbiq etməyə çalışır. Və bu da çox bayağı alınıb, çünki plagiat ediblər, guya ki, onlar gedirlər xalqın əlindən öpürlər, xalqa yaxındılar və s.”
Yazıçı Tural Cəfərov deyir ki, namizədlərin bir şeyi yaxşı başa düşmədiyini qeyd edib:
“Kamera insanın riyakarlığını da, səmimiyyətini də çox aydın göstərir. Yeni ideyadan, müasir düşüncədən məhrum olan bu namizədlər nənə öpməklə guya xalq sevgisini qazanmaq istəyirlər. Halbuki sevgi heç bir zaman bu cür oyunlarla qazanıla bilməz. Sevgi çox təbii bir hissdir, onu təqlid edə bilməzsən. Eləcə də səmimiyyət… Nənə öpməklə deputat olmaq mümkün olsaydı, babalar çoxdan spiker idi”.
Jurnalist Natiq Muxtarlı düşünür ki, nənələri öpənlərin əksəriyyəti qocalardır:
“Yəqin, gənclərə hələ də inanmırlar və güman edirlər ki, elə nənələrin sayəsində deputat seçilə bilərlər. Bunu başa düşdük, bəs elə isə babaları niyə öpmürlər? Olmaya, babaların seçkilərə təsiri yoxdur? Hə, ola bilsin elə nənələr vasitəsilə babalara da təsir etməyi fikirləşiblər. Nə deyirəm, çox ağıllı seçki texnologiyasıdır. Amma onu da nəzərə almaq lazımdır ki, bizdə babaların çoxu qısqancdır, nənələrin öpülməsi əks effket də verə bilər”.
25-01-2020, 10:30
Deputatlığa namizədlərin sayı açıqlanıb
27-01-2020, 13:57
Parlament seçkilərində namizədlərin sayı məlum oldu - Ən çox namizəd hansı dairədəndir?
25-01-2020, 14:05
“Kənd camaatı Elman Nəsirovun görüşünə əyilə-əyilə gəlib…“ – Tanınmış şair deputatı biabır etdi (FOTO)
17-01-2020, 16:44
YAP ödənişsiz efir vaxtından imtina etdi
23-01-2020, 15:20
"Çingiz Qənizadə mələk cildinə girməsin..." - Seçiciləri deputata ÇAĞIRIŞ ETDİ
27-01-2020, 12:54
Cavid Qurbanov Hacı Salayevi necə geri oturtdu? - Şok iddia
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı