Daxmada yaşayan ailəyə 70 qəpiyə görə “cəza” kəsilib - QALMAQAL
Paytaxtın Əliağa Vahid küçəsi 11, mənzil 14 ünvanında yaşayan Xalid Cavadov haqsız olaraq sosial yardımının kəsilməsindən şikayətçidir. AYNA-ya müraciət edən vətəndaşın sözlərinə görə, bu səbəbdən 5 nəfərdən ibarət olan ailəsi acınacaqlı vəziyyətə düşüb.“30 kv. metrlik sahəsi olan, nəmişlik, rütubət içində olan evdə yaşamaq mümkün deyil. Yağış yağan vaxtlar uşaqlar səhərə qədər oyaq qalırlar. Elə bil, evin içərisində deyil, küçədə otururuq, yağış evin içirisinə yağır. Uşaqların geyimlərini demirəm, yeməklərini belə, təmin edə bilmirəm. 6 ay idi ki, sosial yardım alırdım, bizə tam olmasa da, müəyyən qədər kömək olurdu. Onu da dayandırdılar”, - deyə şikayətçi bildirir.
Hadisə isə belə baş verib: “Qardaşımgilin evi bizimlə qonşuluqdadır. Lakin uzun müddət idi, orada yaşamırdılar. 3 ay əvvəl evlərinə qayıtdılar və evlərinin istilik sistemləri yox idi deyə, bizim evin qaz xəttindən özlərinə qaz çəkdilər, ayrıca sayğac və qaz üçün də “ASAN xidmət”ə müraciət etdilər. Müraciətə baxılana və müraciət təmin olunana qədər, yəni üç gün onlar bizim qaz xəttindən istifadə etdilər, çünki evdə körpə uşaqları var, soyuqda evlərində dayanmaq mümkün olmurdu. Həmin üç gün ərzində qazpulu heç 70 qəpik yazmamışdı. Həmin ərəfədə Nazirlikdən nümayəndələr gəldilər və bizə dedilər ki, “sizin qaz xəttindən qardaşınızgilə xətt çəkildiyi üçün sosial yardımınız dayandırılır””.
“Artıq üç aydır sosial yardım ala bilmirik, vəziyyətimiz çox acınacaqlıdır. Bizə kömək edin, sosial yardımın bərpa olunmasına yardımçı olun”, - deyə X.Cavadov bildirir.
AYNA əməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxlayıb. O, şikayətçinin özünün istifadə etdiyi qaz xəttindən qardaşıgilin evinə qaz xətti çəkdirdiyini deyib.
“Sosial müavinətin verilməsi və kimlərə şamil olmasına dair müəyyən şərtlər mövcuddur ki, həmin şərtlərdən kənara çıxmaq olmaz. Şikayətçinin sosial yardımının kəsilməsinin də səbəbi mövcud olan şərtlərdən kənara çıxması olub”, - Talıblı bildirib.
“Artıq qaz xətti ayrıdır və onlar qardaşı ilə birgə təsərrüfata malik deyillər, bu səbəbdən ünvanlı sosial yardım bərpa oluna bilərmi” sualımızda isə ƏƏSMN sözçüsü belə cavab verib: “Əgər şikayətçi pozduğu şərtləri aradan qaldırıbsa, sosial müavinət üçün yenidən müraciət edə bilər”.
Ümid edək ki, ailəyə təyin olunan ünvanlı sosial yardım bərpa ediləcək...
5-01-2019, 12:24
Nərimanovda 5 otaqlı mənzil yandı
1-01-2019, 12:46
Mingəçevirdə 4 otaqlı evdə partlayış baş verdi - XƏSARƏT ALANLAR VAR
1-01-2019, 15:27
Samuxda partlayış olub, yaralanan var
9-12-2018, 14:04
Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO
27-12-2018, 13:32
Cəlilabadda yanğın olub
29-12-2018, 14:16
Sabunçuda 3 otaqlı ev yandı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı