Təhqir olunan məktəbli qızın videosu SOS siqnalımız olmalıdır
Sosial
Oxunub: 192
20 Şub 2024 | 14:59
Təhqir olunan məktəbli qızın videosu SOS siqnalımız olmalıdır
156 saylı məktəbdə baş verənlərdən yazacam. Yazmalıyam, susa bilmərəm, amma o qədər qəzəbliyəm ki, haradan başlayacağımı bilmirəm.

Bir iki gün sonra ən ağır cinayətlər kimi bu hadisə də unudulacaq, cəmiyyət olaraq üzümüzü tutacağıq yeni-yeni heyrətamiz işlərə. Əminəm ki, bundan da betər hadisələr olacaq, biz isə bir neçə gün danışıb susacağıq, unudacağıq.

Həmyaşıdının alnına q... yazan, başında yumurta qıran, saçlarını kəsən o tərbiyəsiz, özündənrazı və etdiyindən zövq alan qız isə aylar sonra yenə sinif qarşısında olanları xatırlayıb lovğa-lovğa güləcək. Olanları ömrü boyu bir nəfər unutmayacaq - əzilən, təhqir olunan qız.

Bu hadisənin heyfini gələcəkdə öz balalarından çıxacaq. 10-15 il sonra kimsə o qızın niyə elə əsəbi, nevroz xəstəsi olduğunu anlamayacaq. Səbəb isə bu günümüzdə idi.
Məktəb minlərlə müxtəlif yuvalardan, fərqli-fərqli ailə tərbiyələri alıb gəlmiş uşaqları bir yerə yığırsa, burda dəmir nizam-intizamın, sərt mühafizə sisteminin olması şərtdir. Məktəb psixoloqu dayanmadan məktəblilərlə işləməli, şagirdlərdə özünə etibar yaratmalıdır, yoxsa müəllimlər otağında oturub kiminsə paltarını, toyunu, işini-gücünü müzakirə etməməlidir. Şagird problemini dərhal gəlib müəllimə, psixoloqa, valideynə şikayət etmir. Bunu görmək, hiss etmək lazımdır. Müəllim dərs verməklə işini bitmiş hesab etməməli, şagirdləri ilə sıx-sıx söhbət aparmalıdır.

Elina hadisəsini xatırlayın, sinif yoldaşları tərəfindən döyülüb, sonra idmana yazılmış o zəif oğlanı, Xırdalanda özlərini çoxmərtəbəli binadan atan qızları xatırlayın, unutduğumuz neçə-neçə puç olmuş körpə həyatları yada salmağa çalışın. Bu hadisələr gec qaldığımız, olanları görmədiyimiz üçün baş verib.

Uşaqlar ata-analarından çox yaşadıqları cəmiyyətə bənzəyərlər. Cəmiyyətin durumu göz qabağında. “Əhməd faciəsi”ndən ayılıb özümüzə gəlməmiş, potensial əhmədlərin videoları ilə qarşılaşırıq. Əhmədin şəkillərini paylaşıb, onu "AUE", “Yaxşı oğlan” elan edənləri eşitdik, “namus üstə baltalayıb, əcəb edib!” yazanları da gördük. Maşının arxasına "Qatil 78 leş" yazıb qorxu yaratmaq istəyən cahillərin, azyaşlı qızını döyən atanın, cibində bıçaq gəzdirib bu bıçaqla öyünən 14-15 yaşlı yeniyetmələrin videoları da çıxdı qarşıma tam bu günlərdə.

Baxdığımız filmlər, seriallar, sosial proqramlar hamısı qəddarlığı, vecsizliyi təbliğ edir. Sanki açıq tipli dəlixanada yaşayırıq. Biz böyüklər buna alışdıq, həyatı hələ tanımayan balacaları isə bu sərsəm dünyanın içinə tək buraxanda ya öldürən olacaqlar, ya öldürülən. Niyə bu baş verənlərə kar, kor, lal olmuşuq? Bataqlıqdayıq e, xəbəriniz var? Öz yaratdığımız bataqlıqda batırıq. Yanlış yaşam tərzinin, tərbiyəsizliyin, təbliğat maşınının qurbanları çoxalmadan tədbir görülməlidir. O əzilən mktəbli qızın səssizliyi SOS siqnalımız olmalıdır. Hədəfdə hamımız ola bilərik.
28-11-2023, 14:51
Dərsdə məktəbli qızı pəncərədən atdılar
27-04-2022, 16:45
Goranboyda şagird geyiminə görə təhqir olunaraq, məktəbdən qovulub: - “Yoxundur, get, nənənin tumanını geyin, gəl”
30-01-2022, 17:24
MÖCÜZƏ: Məktəbli qız 22-ci mərtəbədən düşdü, sağ qaldı
10-04-2022, 22:57
Məktəbli qız qarın ağrısından şikayət etdi: Hamilə olduğu üzə çıxdı
24-10-2022, 20:44
Nənəsinin pullarını oğurlayıb sinif yoldaşlarına payladı
5-11-2022, 11:36
Kənddə 42 yaşlı kişi məktəbli qızın qarşısını kəsib...
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı