Türkiyəli müəllim: Xocalı soyqırımı ilə bağlı heykəl düzəltmək mənəvi borcum idi
Siyasət
Oxunub: 507
6 Ock 2019 | 14:33
Türkiyəli müəllim: Xocalı soyqırımı ilə bağlı heykəl düzəltmək mənəvi borcum idiTürkiyənin Elazığ şəhərində yerləşən Fırat Universitetində sərgilənən Xocalı soyqırımı heykəli ziyarətçilərdə böyük maraq doğurur. Universitetin müəllimi Rüçhan Keçeci tərəfindən 2500 metal parçasından hazırlanan heykəl “Körpənin səssiz fəryadı” adlanır.

Rüçhan Keçeci AZƏRTAC-a açıqlamasında bildirib ki, bu abidəni düzəltməkdə məqsədi qeyri-adi bir sənət işi ilə diqqəti 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımına yönəltməkdir. Bu nadir əl işində Xocalı soyqırımı zamanı süngü ilə kürəyindən vurulan günahsız azərbaycanlı qadının həyat dramı nümayiş etdirilir. Müəllif qeyd edib ki, layihəni həyata keçirərkən Xocalı soyqırımının dəhşətləri hər an gözləri önündə canlanıb.

Planları barədə danışan Rüçhan Keçeci deyib: “Bir neçə ildir ki, əl işlərimi Türkiyənin ayrı-ayrı şəhərlərində təşkil olunan sərgilərdə nümayiş etdirirəm. Növbəti sərgidə Xocalı soyqırımını əks etdirən heykəl də nümayişə çıxarılacaq. Bundan başqa, ən yaxın zamanlarda əl işlərimdən ibarət muzey qurmaq niyyətindəyəm. Şübhə etmirəm ki, dəmir qırıntılarının dili ilə ifadə etdiyim Xocalı soyqırımı heykəli bu muzeyin ən cəlbedici eksponatı olacaq”.

Heykəltəraş “bu abidəni hansı hisslərlə düzəltdiniz” sualını belə cavablandırıb: “Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “biz bir millət, iki dövlətik” kəlamları nəsillərə örnəkdir. Azərbaycana səfərlərimizin birində Qubadakı Soyqırımı Memorial Kompleksini ziyarət etdik. Orada gördüyüm dəhşətli mənzərə məni qəlbən çox incitdi. Keçirdiyim acı hisslər çoxdan bəri Xocalı soyqırımı ilə bağlı görmək istədiyim bu işə təkan verdi. Bir sözlə, bu abidəni ortaya çıxarmaq Azərbaycanın təəssübünü çəkən türkiyəli olaraq “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına dəstək məqsədilə mənim mənəvi borcum idi”.
8-01-2019, 14:34
Mülazim Pahsa: Türkiyədə Azərbaycan həqiqətləri ilə bağlı təbliğat işini daha da gücləndirəcəyik
5-01-2019, 12:21
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Gate to Heaven” filminin prodüserlərinə etiraz məktubu ünvanlayıb
26-11-2018, 13:52
Xırdalanda ağac “soyqırımı“ - FOTOLAR/VİDEO
26-12-2018, 14:10
İrəvan teatrından “Xocalıya ədalət!” kampaniyasına töhfə
26-12-2018, 13:51
İntiqam Babayev: İnanırıq ki, gənc alimlərimiz müsabiqədə ölkəmizi uğurla təmsil edəcəklər
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı