Valideynlərin NƏZƏRİNƏ: Formalar məcburi deyil, izdihama ehtiyac varmı?
Siyasət
Oxunub: 338
5 Eyl 2022 | 21:14
Valideynlərin NƏZƏRİNƏ: Formalar məcburi deyil, izdihama ehtiyac varmı?Valideynlərin NƏZƏRİNƏ: Formalar məcburi deyil, izdihama ehtiyac varmı?
Yeni tədris ilinin başlamasına iki həftədən az vaxt qalır. Artıq valideynlər məktəbli geyimlərini əldə etmək üçün Bakı Tikiş Evinin mağazalarına üz tuturlar.

Müəssisə bir müddət öncə yuxarı sinif şagirdləri üçün geyimləri hələ hazır edə bilməyəcəyini açıqlasa da, BTE-nin qarşısında çəkilmiş görüntülərdən də aydın olur ki, yeni formaları almaq üçün hələ də böyük izdiham yaşanır. Belə görünür ki, valideynlərin çoxu şagirdlər üçün yeni məktəbli formalarının bu tədris ilindən məcburi olub-olmamasından xəbərsizdirlər.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.

Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev mətbuat üçün keçirdiyi brifinqdə də yeni formaların hələ məcburi olmadığını açıqlayıb:

“Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçməsi məqsədəuyğundur. Ancaq heç kimin səlahiyyəti yoxdur məcbur etsin ki, bu forma olmalıdır”.

Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı “Bravo” marketdə də satışa çıxarılır.

Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimlərin çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.

Nazirlər Kabinetinin qərarında 4 rəng üzrə forma tikilməsi təsdiq olunsa, hələ ki, yalnız iki rəngdən istifadə edilir.
3-09-2020, 09:24
Valideynlər məktəbli formaları almağa başladılar
6-09-2021, 11:12
Bakı şəhəri üzrə Təhsil İdarəsi ilin ən çətin həftəsində necə işləyir? - FOTOFAKT
17-08-2020, 11:47
Nazirlik: Yeni tədris ilinə hazırlıq məsələsi müzakirə olunur
22-04-2022, 22:48
DTX-nin Akademiyasında tədris olunan ixtisas digər ali məktəblərdə də olacaq
8-09-2021, 14:57
Məktəblər dərs ilinə necə hazırlaşır? - AÇIQLAMA
15-09-2020, 13:06
2020-2021 yeni tədris ilində hər birinizə uğurlar və müvəffəqiyyətlər arzulayıram
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı