Erməni rəsmilərinin müharibə QARABASMALARI - "İrəvan danışdıqlarına hakim deyil"
Siyasət
Oxunub: 352
11 Tem 2022 | 22:34
Erməni rəsmilərinin müharibə QARABASMALARI - "İrəvan danışdıqlarına hakim deyil"
“Mirzoyanın qorxudan quyruğunun əsməsi təsadüfi deyil. Bilirlər ki, daha əvvəllər olduğu kimi, Azərbaycan zaman-zaman erməni təxribatlarına yalnız adekvat deyil, həm də təsirli cavab verməyə daim hazırdır. Belə bir cavabın yetişdiyini İrəvan digərləri kimi yaxşı anlayır”. Dia.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Yunanıstan mətbuatına açıqlamasında beynəlxalq və erməni ictimaiyyətini yeni müharibə ilə qorxudaraq, dünyanın diqqətinin Ukraynaya yönəldiyi bir vaxtda Azərbaycanın “genişmiqyaslı təxribat həyata keçirə” biləcəyilə bağlı səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib:

“Mirzoyan müharibə ilə toqquşmanın dəqiq fərqini bilmir. Müharibənin baş verməsi üçün əks tərəfin rəqibə qarşı müəyyən hərbi potensialı olmalıdır. Belə bir potensialın erməni ordusunda olmasını isə müharibədən sonra ümumiyyətlə müşahidə etmirik.
Müharibənin ilk günlərində ermənilər hansısa müqavimət potensialı nümayiş etdirirdisə, Cəbrayıl və Hadrutun Azərbaycan Ordusu tərəfindən azad olunmasından sonra isə düşmən tərəfin belə bir potensialı yoxa çıxdı.

İlk həftədə artıq erməni ordusunun 1500 nəfərlik fərarisi vardı. Müharibənin sonuna doğru isə fərari sayı 10 minə çatdı. Yəni müharibənin sonunda ordusunun 25 faizi fərari olan və bundan 2,5 dəfə çox itkiyə məruz qalan Ermənistan ordusunun hansı müharibədən danışdığı bəlli deyil”.

Ə.Verdiyev qeyd edir ki, Azərbaycan İrəvan tərəfindən növbəti belə təxribatlara bir qədər daha geniş miqyasda cavab vermək hüququnu özündə saxlayır:

“Hər kəsə məlumdur ki, Ermənistan müharibənin başa çatmasından 20 ay keçsə də, öhdəlikləri hələ də yerinə yetirmir. Belə olan halda, İrəvan da anlayır ki, Azərbaycan erməni təxribatlarına uzun müddət təmkinlik nümayiş etdirmək niyyətində deyil.

Erməni təxribatlarının qarşısının alınması və onların bəyanatdan irəli gələn şərtləri tam yerinə yetirməsi üçün Azərbaycan növbəti belə təxribatlara bir qədər geniş miqyasda cavab vermək hüququnu özündə saxlayır”.

Ekspert bildirir ki, Ermənistanın bu tip bəyanatlarına beynəlxalq ictimaiyyət də ciddi reaksiya vermir:

“Çünki Azərbaycan informasiya müharibəsində İrəvanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini Avropa Şurasının Parlament Assambleyasında konkret şəkildə sübut edib”.




4-08-2021, 13:02
İrəvan yezidi kürd kartını aktivləşdirir - NƏ BAŞ VERİR?
20-10-2021, 09:04
"Azərbaycan dövləti Ermənistan ilə həmişə təzyiq və güc dili danışmalıdır" - Başqa yolu YOXDUR!
9-04-2022, 19:00
Ermənistan yeni müharibəyə hazırlaşır: Bunun nəticəsi nə olacaq? - GƏLİŞMƏ
27-11-2020, 16:30
Azərbaycanda hərbi vəziyyət ləğv olunur? - Açıqlama
3-12-2021, 10:31
KTMT-dən də, NATO-dan da olan İRƏVAN HARA GEDİR... - GƏLİŞMƏ
24-11-2021, 10:05
Ermənistan KTMT təmsilçisindən və Belarus prezidentindən nə istəyir? - GƏLİŞMƏ
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı