Kreml ssenarini dəyişdi: Araiki qızışdıran kimlərdir? - GƏLİŞMƏ
Siyasət / Dünya
Oxunub: 224
16 Nis 2022 | 19:35
Kreml ssenarini dəyişdi: Araiki qızışdıran kimlərdir? - GƏLİŞMƏ
Politoloq Cümşüd Nuriyev Publika.az-a müsahibəsində bildirib ki, Kremlin İrəvan və Bakı arasında münasibətlərin normallaşması üçün xüsusi nümayəndə təyin etməsinin səbəbləri var.

Müsahibəni təqdim edirik:

- Cümşüd müəllim, İqor Xovayevin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün Kreml tərəfindən xüsusi nümayəndə təyin edilməsi nədən xəbər verir?

- Əslində, Rusiyadan belə bir addım gözlənilməz idi. Çünki Rusiya daha çox Qarabağın dağlıq hissəsində sülhməramlıların əli ilə təxribatlara meyl edən bir istiqamət götürmüşdü. Amma 22 fevral 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanan ikitərəfli əməkdaşlıq bəyanatından sonra istiqamət dəyişib. Yəni əvvəlcə həmin ikitərəfli bəyanatı mən Azərbaycanı Rusiyanın gələcək bütün təxribatlarından qorumaq sənədi kimi qiymətləndirirdim. Amma indi bu sənədə başqa bir qiymət də verirəm; deməli, bu sənəd həm də Qarabağ məsələsinin həllinin sürətləndirilməsinə xidmət edir. 43 bəndlik razılaşma buna hesablanan bir sazişdir. Burada Rusiyanın Azərbaycanı özü üçün prioritet seçməsi heç də təsadüfi deyil. Moskva son hadisələr (Rusiya-Ukrayna müharibəsi) zamanı rəsmi Bakının nə qədər normal bir tərəfdaş, partnyor olduğunu gördü. Bundan başqa, Azərbaycan bu məsələlərdə sərbəst siyasət yürütdü. Nə Qərbin düşünülən və düşünülməyən sanksiyalarına qoşuldu, nə də Ukraynanı yalnız buraxdı. Azərbaycan dövləti öz xarici çıxarlarına, maraqlarına uyğun olaraq hərəkət etdi. Çünki Azərbaycan və Ukrayna ilə bağlı ayrıca qurum da mövcuddur. 1997-ci ilin oktyabr ayında Strasburq Bəyannaməsini məhz Ulu öndər yaratmışdı. GUAM adlı regional inteqrasiya təşkilatında da Azərbaycan həm Gürcüstan və Moldova, həm də Ukrayna ilə eyni qurumda təmsil olunur. Təbii ki, Azərbaycan buradakı maraqlarını da güdür. Bütün bunların fonunda görünən odur ki, Rusiya yeni xüsusi nümayəndə təyin etməklə bir sıra məsələləri nəzərdə tutub.

- Söhbət hansı nüanslardan gedir?

- Rusiya artıq Qarabağ məsələsində bu ərazilərin Azərbaycanın sərhədləri daxilində qalmasına qərar verdi. Bu, mənim şəxsi analizimdir. Ola bilər ki, bəzi şeylərdə yanılım. İkincisi, Rusiya tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının tərəfdarıdır. Moskva növbəti mərhələdə bunu həyata keçirəcək. Üçüncüsü, Rusiya birmənalı şəkildə demarkasiya və delimitasiya işlərini gündəmə gətirəcək. Yəqin ki, ilk növbədə delimitasiya işləri gerçəkləşdiriləcək, sonra sülh sazişi imzalanacaq. Bu da o deməkdir ki, İrəvan Bakı ilə sülh sazişinə imza atandan, Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra ölkəmizin daxilində, burada yaşayan etnik qrup kimi Qarabağdakı separatçı erməni qəbiləsinə hansı yanaşmanın olacağı ilə dövlətimizin Konstitusiyası ilə müəyyənləşəcək. Buna Azərbaycan Prezidenti qərar verəcək. Dövlətimizin Konstitusiyası imkan vermir ki, Azərbaycan federativ bir quruluş olsun. Ola bilər ki, onlarla bağlı hansısa mədəni muxtariyyət məsələsi müzakirə edilə bilər. Rusiya həm də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Eləcə də Moskva İrəvanın tez-tez öz mövqeyini dəyişməsindən artıq bezib. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan peşəkar siyasətçi deyil. Paşinyan axşam “hə” deyir, gecə yatır, yuxuda nə görürsə, deyir ki, “yox”, “bu olmaz”.

- Brüssel görüşündən sonra regionda fərqli yönlərdə hərəkətlilik nədən xəbər verir?

- Brüssel görüşündən sonra görünən odur ki, Nikol Paşinyan Rusiyanın nüfuz dairəsindən çıxmaq istəyir. Məhz Rusiyanın Kremli təmsil edən bir adamı birdən-birə ATƏT-dən Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə olaraq aparması, ona səlahiyyət verməsi ilə Moskva öz addımını qətiləşdirdi. Yəni həm də ATƏT-in “Fatihə”sini oxumuş oldu. Artıq ATƏT-in bir üzvünün belə bir addım atması o deməkdir ki, adıçəkilən qurumun bundan sonra heç bir statusu qalmayıb. Kreml onu da aradan qaldırdı. Ona görə də Brüssel görüşünün müsbət tərəfləri məhz bunlardır. Mənfi tərəflərinin olmasına isə mən inanmıram. Çünki Rusiya onsuz da kifayət qədər problemlə üzləşib. Ona görə də Kremlin Qərbə yolu bağlıdır. Şərqdə də Rusiyanı gözləyən yoxdur. Sadəcə onun Yaponiya ilə problemi var. Bircə Çin qalır, Rusiya gözəl bilir ki, Çin pusquda duran bir dövlətdir. İstənilən vaxt Rusiyanı məhv etməyə hazırdır. Ona görə də Moskvanın əsas tərəfdaşları Bakı və Ankara olacaq. Təbii ki, İranı da buraya qatacaqlar. Bu zaman “3+3” formatının aktuallığı yenidən gündəmə gələcək.

- Bəs bu formatdakı Gürcüstan “düyünü” necə olacaq?

- Ola bilər ki, Gürcüstanla müəyyən problemlər yaransın. Amma görünən odur ki, Gürcüstan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmadı. Müəyyən mənada Moskva və Tiflis arasındakı münasibətlərdə istiləşmə, yumşalma var. Yəni bu formatın həyata keçirilməsi, 3 müsəlman, 3 xristian dövlətinin bir araya gələ bilməsi Rusiyanın maraqlarına uyğundur və Kreml bu istiqamətdəki fəaliyyətini həyata keçirəcək. Ona görə də Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması üçün Rusiya tərəfindən İqor Xovayevin xüsusi nümayəndə ayrılması, onun perspektivdə Azərbaycanın əleyhinə hər hansı bir iş görməsi inandırıcı deyil.

- Sizcə, Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyanın son təxribatçı açıqlamalarının arxasında kimlər və hansı amillər dayanır?

- Əslində Araik Arutyunyanın sayıqlamaları daha çox Koçaryan-Sarkisyan dueti ilə bağlıdır. Bilirsiniz ki, Rusiyada müəyyən qüvvələr var. Onlar Putinin hazırda yürütdüyü siyasəti də qəbul etmək istəmirlər. Xüsusilə rus ordusunun Ukraynadakı məğlubiyyəti rus generalitetini çox çətin vəziyyətə salıb. Həmin generalitet bir növ Ukraynadakı məğlubiyyəti Qarabağda unutdurmaq istəyir. Platondan üzübəri hər kəs deyir ki, müharibəyə generallar getmir, döyüşə əsgərlər yollanır. Yəni burada da rus generaliteti çalışır ki, Qarabağda Araik Arutyunyanın dili ilə bir şey desinlər. Bütün bunlar boş şeylərdir. Arutyunyan kimdir ki, onun ağzının ölçüsü ilə nəyisə qeyd etsinlər. Ermənistanın təhlükəsizlik orqanının rəhbərinin Qarabağa gəlməsi sırf baş nazir Nikol Paşinyanın göstərişidir. Çünki Ermənistan saytları qeyd edirlər ki, Paşinyan Azərbaycan və Türkiyənin agentidir. Bu mənada onlar başlarını itiriblər. Düşünürəm ki, Abazyan Xankəndiyə məhz Arutyunyanla bağlı gəlib. Yəni Arutyunyan sayıqlamasın.

- Yəni İrəvan Bakının daha sərt addımlar atacağından qorxur?

- Onlar çox gözəl bilirlər ki, əgər Putinin mövqeyi bu məsələnin bitməsinə xidmət edirsə, Azərbaycan Ordusunun Qarabağın dağlıq hissəsində anti-terror əməliyyatları keçirməsi an məsələsidir. Artıq Ağdərənin üstü tam olaraq Azərbaycanın nəzarətindədir. Xocalı da, Xankəndi də hərbi nüfuz dairəsindədir. Ən azından iriçaplı olmasa da, kiçik və ortaçaplı silahlarla Azərbaycan Ağdərəni də, Xankəndini də birmənalı şəkildə məhv edə bilər. Ermənilər həmişə bu mənada dinc əhalidən istifadə edib təxribatlar törədirlər. Amma Azərbaycan Ordusu bu baxımdan çox tərbiyəli bir ordudur. Biz qadınlarla, uşaqlara heç vaxt vuruşmamışıq. Bu, bizim millətə xas olan xüsusiyyət deyil, ermənilərə xas olan xasiyyətdir. Harda olursa olsun, biz düşməni məhv etməyə qadirik. Ermənistanın indiki rəhbərliyi bunu çox gözəl başa düşür. Paşinyan elə-belə demir ki, mən Ukrayna səhvini buraxa bilmərəm. Yəni bu o deməkdir ki, Paşinyan Ermənistanın və Qarabağdakı ermənilərin Ukraynanın və oradakıların vəziyyətinə düşməsini istəmir. Ermənistanın baş naziri anlayır ki, əks halda Qarabağda bir nəfər də olsun erməni qalmayacaq. Ermənistanda Qarabağa avtobuslarla erməni daşıyırlar, amma bu o demək deyil ki, Qarabağda ermənilər var. Bu mənada Araikin sərsəmləmələrinə o qədər də fikir vermək lazım deyil. Paşinyan sərsəmləyib nə qazandı ki, separatçı qurumun “rəhbəri” də nə qazansın?! Bir sözlə, narahat olmağa dəyməz.
25-12-2021, 21:24
“Ciddi maneə yaradılmasa, Türkiyə-Ermənistan münasibətləri bərpa olunacaq” - GƏLİŞMƏ
14-04-2022, 21:25
Rusiya XİN: ATƏT-in Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı
20-08-2021, 10:27
Üçtərəfli görüş olacaq: Nə müzakirə ediləcək? - GƏLİŞMƏ
11-04-2022, 12:01
Rusiyanın Azərbaycanla bağlı planı NƏDİR? - "Prosesləri sabotaj etməyə çalışır"
11-09-2021, 00:07
Zaxarovanın “sülh danışıqları” mesajı: - “Kreml şərtlərə müdaxilə edə bilər”
1-12-2021, 22:04
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyaya sərf etmir” - Görünəni budur...
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı