Elman müəllim dövlətə şərik gedibmiş...
Siyasət / Hadisə
Oxunub: 207
15 Nis 2022 | 18:27
Elman müəllim dövlətə şərik gedibmiş...
capar.info : - Bu həftənin yadda qalan hadisələrindən biri 27 ildir Mərkəzi Bankın İdarə Heyətinə sədrlik edən Elman Rüstəmovun vəzifədən azad edilməsi oldu.

Cəmiyyət üçün bir qədər gözlənilməz qərar idi, keçmiş baş bankirin gedişi elə onunla bağlı Prezidentin təqdimatını müzakirə etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri üçün də sürpriz olub.

Əldə etdiyimiz məlumata görə, Komitə rəhbərliyin təcili tapşırığı ilə toplaşıb və E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyəti üzvlüyündən çıxarılmasını müzakirə edərək plenar iclasa tövsiyə edib.

Bank sahəsi üzrə ekspertlər Elman Rüstəmovu hədsiz ehtiyatlı, sərt, ətrafına bacarıqlı kadrlar toplaya bilən menecer kimi təsvir edirlər. Qeyd olunur ki, Mərkəzi Banka qədər bank sektorunda çalışmayan birisinin uzun müddət bu mühüm dövlət postunu tutması onun fövqəladə bacarığından xəbər verir.

Keçmiş baş bankir həm də biznesdə kifayət qədər "bacarıqlı" olub. Vəzifəsinə görə biznesdə birbaşa iştirakı qanunla qadağan olunsa da, E.Rüstəmov etibar etdiyi adamlar vasitəsi ilə maliyyə sektorunda və iqtisadiyyatın başqa sahələrində gəlirli şirkətlər formalaşdıra bilib.

Onlardan ən böyüyü və ən uğurlusu Azərbaycanın bank sektorunda birinci beşlikdə mövqe tutan, 30 ildə baş vermiş bütün təlatümlərdən salamat çıxan "Bank Respublika" ASC-dır. 2021-ci ilin son rübündə açıqladığı maliyyə göstəricilərinə görə, bankın cəmi öhdəlikləri və kapitalı 1 milyard 232 milyon manat təşkil edib. Nizamnamə kapitalı 67 milyon manatdır, ötən il əldə etdiyi xalis mənfəttin həcmi isə 19 milyon 523 min manat təşkil edib.
Mayın 30-da keçiriləcək "Bank Respublika" ASC səhmdarlarının növbəti ümumi yığıncağında dividentin bölüşdürülməsi və 2021-ci il üçün kənar audit yoxlamasının nəticələri müzakirə ediləcək.

Təxminən 20 milyon manat mənfəətin kimlərə çatacağına gəlincə, onların sayı elə də böyük deyil: Natiq Quliyev (51,15%), Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyası (16,60%), Elçin Quliyev (15,06%), Namiq Quliyev (7,41%), Şakir Rəhimov (5,45%), Almaniyanın Sparkassen İnternational Development Trust şirkəti (4,25%) və adları açıqlanmayan hüquqi və fiziki şəxslərdir (0,08%). Onlardan Şakir Rəhimov həm də bankın Müşahidə Şurasının sədri postunu tutur. İdarə Heyətinə isə Taryel İsmayılov rəhbərlik edir.

"Bank Respublika" ASC-nin əsas səhmdarı Natiq Quliyev Elman Rüstəmovun ən yaxın adamı hesab olunur. Biznes sektorundakı mənbələr keçmiş baş bankirin onunla birgə “Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” və “Bakı Sığorta” şirkətlərinə nəzarət etdiyini bildirirlər.


Qeyd olunur ki, Natiq Quliyev adıçəkilən şirkətlərin də əsas səhmdarıdır. Mənbə bildirir ki, Elman Rüstəmovun əsas yatırımlarından biri də Yaponiyanın məşhur "Mitsubishi", "Subaru" avtomobillərin Azərbaycana idxalı və satışını təşkil edən şirkətlərdir. Bu markalar satış sayına görə ölkənin avtoparkında birinci onluqda yer alır. Onların əsas müştəriləri yerli və xarici şirkətlər, səfirliklərdir.

Məlumata görə, keçmiş baş bankirin bir neçə tikinti şirkətində payı, şadlıq sarayları, habelə Türkiyə və Gürcüstanın daşınmaz əmlak sektorunda yatırımları var. Məsələn, "Planet" şadlıq sarayı onlrdan biridir. E.Rüstəmova yaxın şəxslər Çexiya, Monteneqro, Sloveniya kimi ölkələrin turizm sektoruna iri məbləğli investisyalar yatırıblar.

Məsələn, Elman Rüstəmovun Böyük Britaniyada yaşayan qızı Günel Rüstəmovaya məxsus "GYUNEL LIMITED" şirkətinin bu ilin yanvarında təqdim etdiyi maliyyə hesabatına görə aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir (şəkilləri aşğıda verilib. )

Onun vəzifədən çıxarılmasından dərhal sonra xalası oğlu, "Planet" şadlıq sarayının sahibi Talıb Quliyevin saxlanması cəmiyyətdə keçmiş baş bankirin vəzifə dövründə topladığı sərəvətə "əl qoyulacağı" barədə müzakirələrə yol açdı. Amma ekspertlər E.Rüstəmovun Baş nazirin müşaviri postuna təyin edilməsini əsas gətirərək onun sığortalandığını düşünürlər.

Beləliklə, daha bir çoxillik məmur vəzifədən böyük sərvətlə ayrıldı, üstəlik, 70 yaşında hökumətdə özünə yer edə bildi. Təəccüblü heç nə baş vermədi, son illər yüksək postunu itirən əksər məmurlar topdağıtmaz varidatlarını xərcləyib rahat yaşamağa davam edirlər...
"AzPolitika.info"
11-04-2022, 16:11
Elman Rüstəmov Mərkəzi Bankdan GED
11-04-2022, 16:29
Mərkəzi Bankın rəhbərliyinə gətirilən Taleh Kazımov kimdir? - DOSYE
3-12-2021, 11:55
"Bank Respublika"nın SİRLİ YÜKSƏLİŞİ... - İLGİNC İDDİALAR...
3-12-2021, 11:53
Baş bankir Avni Dəmirçini SEZƏ BİLMƏYİB? - İcazə verin, şübhələnək...
9-12-2020, 11:35
Elman Rüstəmov: “Azərbaycanın maliyyə sektoru daha sabit, dayanıqlı olmalıdır”
9-04-2020, 12:52
Milli Məclisin iclası başlayıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı