Qazi intiharları yenidən gündəmdə: - "Müharibə iştirakçıları bir təşkilatda cəmlənməlidir"

Ötən həftənin şənbə günü Gədəbəy rayonunun Çanaqçı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşmüş, Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və “Şücaətə görə” medalları ilə təltif olunmuş, 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu ad günündə özünü asaraq intihar edib. Ümumilikdə, İkinci Qarabağ Müharibəsindən sonra Vətən müharibəsi iştirakçılarının intihar və ya intihara cəhd halları artıb. capar.info - nın məlumatına görə, bu vəziyyətlə bağlı “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi, Birinci Qarabağ döyüşlərinin iştirakçısı Rey Kərimoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, qazilərin intiharı əksər hallarda maddi durumla bağlı olmur:
“Qazilər arasında intihar hallarının olması təəssüf doğurur. Müharibə çox ağır bir prosesdir. Bu prosesi yaşamayanlar onun dəhşətlərini anlaya bilməz. Ona görə də müharibədən sağ çıxmış və yaralanmış insanlar üçün bu vəziyyət çox çətin olur. Müharibədə elə hadisələr yaşanır ki, illər keçsə də, insanı rahat buraxmır. Mövzu həmin şəxslərin psixoloji durumu ilə bağlıdır. Bu gün dövlət Vətən müharibəsi iştirakçılarına kifayət qədər diqqət və qayğı göstərsə də, bəzi hallarda qazilər diqqətdən kənarda qalırlar və özlərinə qapanırlar. Eyni zamanda, müharibədə aldıqları travma özünəqəsdlə nəticələnir. Ən vacib məsələ qazilərin psixoloji dəstəyə ehtiyacının olmasıdır. Bunu hansısa psixoloqla həll etmək mümkün olmur. Qazi və veteranların bir yerdə çox olması, mütəmadi görüşlərin təşkili, hər il müxtəlif sanatoriyalara göndərilməsi problemi həll edə bilər. Həmçinin qazi və veteranların bir təşkilatda cəmlənməsi effektiv nəticə verə bilər. Birinci Qarabağ Müharibəsindən sonra da kifayət qədər psixoloji travma alanlar var idi. Həmin insanlar o vaxtı Qarabağ Əlillər Cəmiyyətində toplaşmaqla bir-birilərinə dəstək olurdular. Bu institutu yenidən formalaşdırmaq lazımdır. 2001-ci ildə Ramiz Mehdiyevin rəhbərliyi ilə Qarabağ Əlillər Cəmiyyəti ləğv edildi. Bu, Mehdiyevin bir oyunu idi. Yaradılan yeni struktur isə gözləntiləri doğrulda bilmədi və başqa məqsədlər üçün istifadə olunur. Ora artıq qazilərin ocağı deyil.
Ölkəmizdə Qazilər Xiyabanının salınmasına ehtiyac var. Rəhmətə gedən qazilərimizin hərəsi bir tərəfdə dəfn olunub. Ən azından, Bakıdakı qazilər eyni yerdə dəfn olunmalıdır. Eyni zamanda, qazilər üçün istirahət yerləri açılmalıdır. Ovaxtkı istirahət yerləri satılıb və imkanlı adamlar tərəfindən obyektlər tikilib. Qazilərin intihara cəhd etməməsi üçün onların bir yerdə cəmləşdirilməsi çox vacibdir”.
30-08-2021, 12:21
Qarabağ qazisi intihar edib - FOTO
12-01-2022, 19:10
Tovuzda icra nümayəndəsi intihar edib
23-11-2021, 09:25
Qaxda 64 yaşlı kişi intihar edib
25-08-2021, 13:31
Göygöldə ahıl kişi İNTİHAR ETDİ
6-12-2021, 12:47
Bakıda universitet yataqxanasında İNTİHAR
6-08-2021, 15:21
Canlı yayımda intihara cəhd edən qazi səbəblərdən danışdı: - “Gördüm ki, ölmürəm..."
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı