Ermənistanın öhdəliklərinə sadiq qalmaması bölgədə sülhün yaranmasına mane olur - Ekspert
Azərbaycan tərəfindən sülh sazişi barədə təklifin irəli sürülməsinə baxmayaraq, Ermənistan nəyin bahasına olursa-olsun, ən müxtəlif provakasiyalarla gərginliyi artırmağa, bölgədə münaqişə vəziyyətinin qaldığını görüntüləməyə və bununla da üçüncü qüvvələrin regiona müdaxiləsi üçün bəhanə yaratmağa çalışır.Bunu politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, lakin Azərbaycan Prezidentinin "CNN Türk" televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, sülh müqaviləsi ilə bağlı təklif masa üzərində uzun müddət qalmayacaq və müxtəlif istiqamətlərdən Azərbaycana qarşı həyata keçirilən təxribatların qarşılığı ən sərt formada veriləcək, 44 günlük müharibənin ədalətli nəticəsinin yaratdığı reallıqlar ölkəmizin üstün mövqeləri ilə daha da möhkəmləndiriləcək:
"Şübhəsiz ki, Ermənistanın təxribat xarakterli davranışlarını stimullaşdıran çoxsaylı səbəblər var. Bu səbəblərin sırasında, erməni cəmiyyətinin uzun illərdən bəri ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya kimi radikal və zəhərli ideoloji atmosferdə “nəfəs almaları”, erməni Qriqoryan kilsəsi, diaspor, öz fəaliyyətlərində terroru vasitə kimi seçən radikal millətçi təşkilatların apardıqları təbliğat, qonşularla normal münasibətlərin qurulmasının tərəfdarı olan sağlam düşüncəli insanların təzyiqlərə məruz qalması, məhv edilməsidir. Məhz bu və Ermənistandan bölgədə maşa kimi istifadə edən xarici qüvvələrin nəzarəti altında olan siyasətçilərin fəaliyyəti nəticəsində erməni cəmiyyəti zamanında regiondakı reallıqları qəbul edə bilməyib, miflərin arxasınca sürünüb, bu miflər darmadağın ediləndə isə ağır psixoloji sarsıntı içərisində qalıb".
Ekspert onu da əlavə edib ki, vaxtilə erməni xalqına həqiqəti demək istəyənlər Azərbaycan əraziləri işğalı üzərindən özlərinə siyasi karyera quran, böyük maliyyə imkanları qazanan müharibə cinayətkarları tərəfindən terrora məruz qalıblar və Ermənistanda regionda sağlam münasibətlərin qurulmasına xidmət edən bütün alternativ fikirlər “süngü” ilə qarşılanıb:
"Qonşularla normal münasibətlərin qurulması, müharibəyə son qoyulması çağırışları ilə çıxış edən erməni yazıçısı və ictimai-siyasi xadimi Vardqes Petrosyanın 1994-cü ildə yaşadığı binanın girişində qətlə yetirilməsi, Azərbaycanla sülh tərəfdarı olan siyasətçilərin 1999-cu ildə Ermənistan parlamentində terrora məruz qalmaları və buna bənzər çoxsaylı cinayət hadisələri Ermənistan cəmiyyətində həqiqəti demək istəyənlərin gözünü qorxudub, sağlam düşünməyi bacaran insanlar daim qorxu və basqı altında qalıblar.
Şübhəsiz ki, Ermənistanın təxribatlarının davam etməsində kapitulyasiyaya uğramış ölkəni yenidən silahlandırmağa, təcavüzkar qüvvələri yenidən ruhlandırmağa cəhd göstərənlərin “xidməti” də az deyil. Bəzi dairələrin “dovşana qaç, tazıya tut” siyasətini davam etdirməsi, öhdəliklərinə sadiq qalmamaları bölgədə davamlı və dayanıqlı sülhün yaranmasına mane olur. Məhz bu səbəbdən, Azərbaycanın sülh müqaviləsi təklifinin uzun müddət masa üzərində qalmayacağını hər kəs başa düşməli və nəticə çıxarmalıdır".
16-08-2021, 11:08
“Prezident çağırış etdi ki, daha bəsdir, Cənubi Qafqaza sülh lazımdır” - ŞƏRH
18-05-2021, 10:09
ABŞ Prezidentinin müşaviri Prezident İlham Əliyevə zəng edib
3-12-2020, 14:10
Ermənistan əsirləri heç bir şərt irəli sürmədən qaytaracağını açıqladı
12-11-2020, 13:44
1 960 türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır
9-01-2019, 13:49
Elçin Mirzəbəyli: Karaqandada baş verən son hadisə erməni millətçiliyinin simasının dəyişmədiyini sübut edir
9-10-2020, 13:30
Ermənistan İsrailin silah satmasını haqsız olaraq tənqid edir - Hikmət Hacıyev
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı