Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclası açan Milli Məclis Sədrinin birinci müavini, bu komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə Milli Məclisə eyni zərfdə daxil olmuş və hamısı birinci oxunuşda müzakirəyə təqdim edilmiş 4 qanun layihəsi daxildir. Dəyişikliklər cənab Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanıb.Bunlar Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında,İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsivə “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələlərdir.
Əli Hüseynli diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər ölkəmizdə məhkəmə-hüquq sistemində davam etdirilən islahatlarla əlaqədar olaraq hazırlanıb. Dəyişiklikləri hazırlayan işçi qrupuna Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev rəhbərlik edib. Ona görə də bu 4 qanuna təklif olunan dəyişikliklərlə bağlı o, özü məlumat verəcək.
Gündəlikdəki 4 qanun layihəsi barədə məlumat verən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib ki,mülki-prosessual qanunvericilikdə 160-dək maddəyə dəyişiklik təklif olunur. Əsas dəyişikliklər Yazılı icraatinstitutununtətbiqi, Məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, Elektron məhkəmə sisteminin tətbiqi, Müvəqqəti təminat tədbirlərinin görülməsi, İcrada dönüş institutunun yaradılması ilə əlaqədardır.
İşçi qrupunun təhlili göstərdi ki, məhkəmələrdə işlərin uzanmasının əsas səbəbi onların məhkəmələrə hazırlıqsız şəkildə təqdim olunmasıdır. Buna görə də məhkəməyə hazırlıq institutu gücləndirilməli, sübutlar hazırlıq iclasına təqdim olunmalıdır.Burada məqsəd işlərə prosessual qanunvericilikdə müəyyən olunmuş zaman çərçivəsində baxılmasını təmin etmək, vətəndaşların ədalət mühakiməsindən məmnunluq səviyyəsini artırmaq, eyni zamanda cavabdeh tərəflərə özünümüdafiəniqurmağa imkan verməkdən ibarətdir. Yeniliklərdən biri də videokonfransəlaqə sistemindən istifadə etməklə proseslərin həyata keçirilməsi imkanıdır. Bundan başqa, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur. Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur ki, buda intizamlandırıcı məqsəd daşıyır. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur.Dəyişikliklərdə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.
Qanun layihələri ətrafında aparılan müzakirələrdə çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Azay Quliyev, Tahir Kərimli və Vüqar İskəndərov təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu dəyişikliklər məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına yönəldilib.
İclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim olunan dəyişikliklərin iqtisadi aspektlərinə aydınlıq gətirib.
Müzakirələrin sonunda gündəlikdəki4 məsələnin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov və digər rəsmi şəxslər də iştirak ediblər.
28-04-2020, 23:07
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ İCTİMAİ MÜZAKİRƏLƏR KEÇİRİLDİ
2-11-2020, 14:39
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib
1-06-2020, 15:59
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi
25-06-2021, 10:00
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
9-09-2020, 11:39
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək
10-09-2020, 11:41
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı