Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə tədbirləri və prinsipial mövqeyi beynəlxalq səviyyədə təqdir olunur
Siyasət
Oxunub: 320
8 Nis 2021 | 10:33
Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə tədbirləri və prinsipial mövqeyi beynəlxalq səviyyədə təqdir olunur Azərbaycanın səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Artıq ölkəmizdə müasir səhiyyə infrastrukturu yaradılıb. Elektron səhiyyə platforması, eləcə də dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanın təmin edilməsi istiqamətində çox ciddi işlər aparılır. Məhz bunun nəticəsidir ki, bu gün bir çox ölkələrin COVID-19 pandemiyası səbəbindən çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycan bu pandemiyaya qarşı uğurlu mübarizə aparır.
Təsadüfi deyil ki, bu gün Azərbaycan pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir. Ölkəmizin irəli sürdüyü təşəbbüslər (2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası), humanitar və maliyyə yardımları dünya dövlətləri və beynəlxalq qurumlar tərəfindən təqdir edilir və nümunə kimi göstərilir.
Bu baxımdan, Prezident İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciətini xüsusi vurğulamaq lazımdır. Bilirsiniz ki, Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Dövlət başçısı bu müraciəti ilə bir daha həm Azərbaycanın pandemiya ilə qlobal mübarizədəki rolunu nümayiş etdirdi, həm də vaksinlərin dünya ölkələri arasında ədalət prinsipi ilə bölüşdürülməsinin vacibliyini qeyd etdi.
Azərbaycan Prezidenti vurğuladı ki, hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.
Dövlət başçısı, həmçinin bildirdi ki, COVID-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir. “Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik” - deyə, dövlətimizin başçısı qeyd etdi.
Bu müraciətlə Azərbaycan peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsini yenidən gündəmə gətirdi. Təsüdüfi deyil ki, builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunmuşdu. Bu mənada, peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Çünki bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. belə şəraitdə isə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.
Bu məsələyə xüsusi toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb: “Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir”.
Azərbaycan Prezidentinin bütün bu mövqeyi və fikirlərinə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən birmənalı şəkildə dəstək ifadə olundu. “Mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam” –deyə, o, Azərbaycan Prezidenti ilə həmfikir olduğunu vurğuladı.
Beləliklə, əminliklə söyləmək olar ki, Azərbaycanın pandemiya ilə mübarizə sahəsində həm yerli, həm də qlobal səviyyədə gördüyü işlərə beynəlxaq müstəvidə yüksək qiymət verilir.
28-06-2020, 14:03
"Dünya müharibəsi ilə müqayisə olunan şəraitdə həmrəyliyə ehtiyac var" - Prezidentin köməkçisi
5-09-2020, 11:53
BMT İlham Əliyevin qlobal təşəbbüslərini təqdir edir
3-09-2020, 13:59
NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin video konfrans formatında iclası keçirilib
7-05-2020, 14:00
Azərbaycan BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif etdi
5-05-2020, 12:59
Sahibə Qafarova: Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır
1-04-2021, 09:50
Prezident İlham Əliyev peyvəndin bütün ölkələrin xalqları üçün əlçatan olmasının vacibliyini önə çəkdi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı