“İrəvanda, Göyçədə, Zəngəzurda Azərbaycan irsini tanıtdırmaq imkanımız böyükdür”
“Həqiqətən də Azərbaycan tarixinin ən böyük irsi hazırda Ermənistan adlanan ərazilərdə mövcud olub. Bu, müəyyən bir dövr ermənilərin inkar etməyə çalışdıqları halda təxminən Ağdama Tiqranakert adıyla öz tarixlərinə süni şəkildə bağlayıb, onun üzərində qədimilik mənzərələri yaratmaq cəhdlərinə çox bənzəyir. İstər İrəvanın, istər Zəngəzur mahalının və istərsə də Göyçə mahalının tarixi toponomiyası oradakı mədəni irsin və dini abidələrinin hər birində Azərbaycan xalqının izləri, yaradıcılığı həyata baxışı ənənələri mövcud olub”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O təəssüflə qeyd edib ki, istər sovet dövründə və ondan sonrakı illərdə ermənilər büsbütün bu abidələri dağıtmağa çalışıblar: “Paralel şəkildə dağıdılması mümkün olmayan abidələr üzərində isə erməniləşmə əməllərini həyata keçiriblər. Şükürlər olsun ki, əlyazmalar itmədiyi kimi, tarix də ən azı kitablarda, bədii əsərlərdə və kino sənətində qorunub saxlanılır.
Azərbaycan bununla bağlı Vətən müharibəsindən öncə beynəlxalq arenalarda ciddi kampaniyalar aparmağa nail olub. Onu da demək lazımdır ki, həmin siyasətin nəticəsində biz ermənilər əleyhinə xüsusi qərarlar, aktlar qazana bilməmişik. Bunun da öz səbəbi var. YUNESKO son 3 ayda ölkəmiz əleyhinə siyasətin ön cəbhəsinə çevrilib. Başadüşüləndir ki, yumşaq güc siyasətində mədəniyyət çox mühüm alətdir. Belə olan təqdirdə onlar Qarabağ və ətraf ərazilərdə mədəni irsin, tarixin və xüsusilə də kilsələrin və məbədlərin qorunması tələbiylə bağlı Azərbaycan əleyhinə bir-birinin ardınca bəyanatlar verməkdədir.
Halbuki Şuşa və məlum ətraf yeddi rayonda hansısa erməni izi mövcud deyil. Onların Xudavəngə gəlişiylə bağlı atılan addımlar fonunda ölkəmizin özünün əks və ondan da irəli gedən daha güclü siyasəti olacaq. Bunu yaxın zamanlarda həm ölkə daxilində, həm də xaricdə görəcəyik. İrəvanda, Göyçədə həmçinin Zəngəzurda bütövlükdə ermənilərin yaşadığı ərazilərdə Azərbaycan irsiylə bağlı məsələləri daha sistemli şəkildə bundan sonra tanıtdırmaq, ermənilərin əleyhinə ciddi siyasi hüquqi qərarlar almaq və məhkəmələrə müraciət etmək imkanlarımız çox böyükdür”.
Deputatın sözlərinə görə, müşahidələr göstərir ki, ermənilər bütövlükdə Qarabağ və ətraf ərazilərdəki insan varlığına bağlı bütün izləri darmadağın edib:
“Prezident İlham Əliyev də çıxışlarında bildirib ki, “biz ermənilərə beynəlxalq müstəvidə dava açacağıq”. Artıq Avropa Məhkəməsində olan işlərimiz sübut edir ki, bu, gerçək hüquqi davadır. Ermənilər bilir ki, bütün bunlar 50 milyardlıq bir davaya çevriləcək məsələlərdir. Bunun konturları olaraq dedikləri odur ki, guya hansısa xristian abidələrini biz alban tarixinə bağlayırıq. Ona görə də qarşıdakı dövrdə xarici siyasət kursumuzda ən böyük hədəflərdən biri qeyd edilən məsələlər olmalıdır. Çünki bu, bizim həmin ərazilərə gerçək bağlarımızı sübut edən ən yaxşı indikatordur”.
5-11-2020, 10:40
Şuşanın bütün abidələri türk-müsəlman dünyasının ruhunu daşıyır
3-12-2020, 10:56
Ermənilər Laçında doqquzuncu əsrə aid abidəyə saxta “tarixi lövhələr” yerləşdiriblər
23-09-2020, 11:26
Tarixçi: Ermənilər Azərbaycanın qədim alban və xristian abidələrini məhv edirlər
24-09-2020, 10:48
Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər
22-12-2020, 14:02
YUNESKO mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir - XİN
7-01-2021, 09:57
Nizaminin əlyazmalarının tapılmasına böyük diqqət ayırmalıyıq - İnstitut direktoru
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı