Ermənistan üçün tək şans - Bataqlıq, yoxsa aydınlıq?
Dünən Moskvada günün, ayın, hətta ilin əsas gündəmini təşkil edən bir görüş keçirildi. Azərbaycan, Rusiya və Ermənistan liderləri bir araya gələrək həm regionun, həm də buradakı dövlətlərin gələcək istiqamətini, Ermənistanın isə bundan sonrakı müqəddəratını təyin etdilər. Görüşün nəticəsi kimi qəbul edilən bəyanat isə məhz 10 noyabr bəyanatında əksini tapan məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirdi.Çünki hər üç ölkənin başçsı regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin mərhələli bərpası ilə bağlı üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklədi. İşçi qrupu prioritet qismində dəmir yolu və avtomobil yollarını, həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcək. Bu qrup kommunikasiyaların açılması üçün dəqiq vaxt, qrafik müəyyən edəcək və bu kontekstdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-i birləşdirəcək koridorun təmini üçün lazımi tədbirlər görəcək.
Beləliklə, cığalçı və işğalçı xarakteri ucbatından uzun illərdir regiondan təcrid edilən Ermənistan artıq haqq yoluna gəlmiş sayılır. Və Ermənistan üçün bu yol məhz Qarabağdan, onun aid olduğu Azərbaycandan keçir. Daha öncə nədən doğru yola gəlmirdi və ya gəlmək istəmirdi?! Baxmayaraq ki, hələ Dağlıq Qarabağ və ətraf ərazilər işğal altında olanda Azərbaycan dəfələrlə bəyan etmişdi ki, işğala son ver və təcrid durumundan xilas ol. Amma Ermənistan işıqlı dünyaya əlində şamla baxdı. Közərən işıqda isə “Böyük Ermənistan” qədər ümidlər vardı. Amma Azərbaycanın dəmir yumruğu onun onurğa sütununa saplananda bütün işartılar söndü, görünən tək şey bataqlığın dibi idi...
Heç vaxt strateji düşünə bilməyən Ermənistan artıq anlayır ki, bataqlıqdan çıxmaq və acından ölməmək üçün böyüklərin dizindən yapışmaq lazımdır. Əlbəttə, bu təfəkkürlə yalnız Ermənistan keçinə bilər. Baş nazir Nikol Paşinyan bəyanatında nə dedi? Dedi ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir: “Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. Bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq”.
Azərbaycan və Rusiya üçün isə regional təhlükəsizlik, ictimai-siyasi sabitlik və normal qonşuluq əlaqələri daim prioritet olub. Təbii olaraq, iqtisadi maraq da öz yerində. Rusiya Prezidenti Vladimir Putin bəyanatında bu görüşü son dərəcə vacib və faydalı hesab etdi. “Çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam. Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək” - dedi.
Eləcə də Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir...
Beləliklə, bütün bunlara görə, bir ömür boyu Ermənistan həm Azərbaycana, həm də Rusiyaya minnətdar olmalıdır. Onsuz da Qarabağ mövcud Ermənistan hakimiyyəti üçün bir yük idi. Nikol Paşinyan özü etriaf etməsə də ölkəsinin daxilində qondarma da olsa başqa bir “hakimiyyət” istəmirdi, özü də onu saymayan, hesablaşmayan, əksinə təhdid altında saxlayan bir “hakimiyyət”. Bu biabırçı vəziyyət onun üçün bir növ üz qarası idi. Amma Paşinyan dövlət sütunlarının, ordunun və siyasi karizmanın məhvi hesabına bu ləkədən qurtula bildi. İndi onun üçün tək bir şans var – Azərbaycanın ərazi bütövlüyü və onun təhlükəsizliyi! Yalnız buna təhdid yaratmadığı müddətcə ölkəsini bataqlıqdan çıxara və bundan sonrakı bəlalardan qurtula bilər...
Elgün MƏNSİMOV
12-01-2021, 09:46
Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti bəyanat imzalayıblar
12-01-2021, 10:05
Prezident İlham Əliyev regionda yeni reallıq yaratdı - Moskva görüşünün təfərrüatları
29-12-2020, 10:14
Ermənistan üçtərəfli razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir - Türkiyə XİN
12-01-2021, 09:56
Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər
2-12-2020, 11:43
Naxçıvanla quru yolu Avropaya yeni qapımız olacaq - Deputat
10-10-2020, 10:43
Azərbaycan və Ermənistan arasında bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunur
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı