Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər
Siyasət
Oxunub: 370
13 Kas 2020 | 14:10
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər Noyabrın 12-də Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.
Görüşdə işçi qrupunun rəhbəri Soltan Məmmədov qeyd edib ki, Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir. 2010-2017-ci illərdə bu qrupa hazırda Azərbaycanın I vitse-prezidenti olan Mehriban xanım Əliyeva başçılıq edib. Heydər Əliyev Fondunun xətti ilə Fransada bir sıra mühüm layihələr həyata keçirilib. VI çağırış Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna 20 deputat daxildir.
Soltan Məmmədov daha sonra Azərbaycanın Vətən müharibəsi haqqında qonaqlara məlumat verərək deyib ki, sentyabrın 27-də işğalçı Ermənistanın dinc yaşayış məntəqələrimizə hücumundan sonra əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu qısa müddətdə uzun illərdir işğal altında saxlanılan torpaqlarımızın xeyli hissəsini azad etdi. Təəssüf ki, həmin günlərdə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Fransa neytrallığını qoruya bilməyib və birtərəfli mövqe ifadə edib. Bu da Azərbaycan cəmiyyətində böyük narazılıq doğurub.
İşçi qrupun rəhbəri erməni silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizdəki dinc yaşayış məntəqələrinə, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətlər barədə konkret faktları qonaqların diqqətinə çatdırıb.
Görüşdə çıxış edən Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber həmin günlərdə Azərbaycan həqiqətlərini dünyada yaymaq istiqamətində və Fransadakı erməni diasporuna qarşı apardıqları informasiya və təbliğati işlər barədə danışıb. O, mətbuatda və sosial mediada yaydığı bir sıra məqalələrlə bağlı ermənilərdən 20 mindən çox mənfi reaksiya, hətta təhdid dolu mesajlar aldığını bildirib.
Sonra görüşdə Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Mişel Viale fikirlərini bölüşüb, bəzi həmkarlarının laqeyd və ya birtərəfli mövqeyinə görə təəssüflərini ifadə edib. Vurğulayıb ki, dostluq qruplarının vəzifəsi belə hallarda öz münasibətini bildirməkdir. Mişel Viale 10 noyabrın Azərbaycan tarixində mühüm hadisə olduğunu söyləyib.
Görüşdə qeyd olunub ki, fransız deputatların Gəncəyə və Bərdəyə nəzərdə tutulmuş səfərləri baş vermiş hadisələri yerindəcə öz gözləri ilə görüb obyektiv gerçəkliklə tanış olmağa imkan verəcək.
Söhbət zamanı parlamentlərarası əlaqələrin, dostluq qruplarının əməkdaşlığının daha da möhkəmlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun katibi Jan-Lük Reitser, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, işçi qrupun üzvlərindən Sevinc Fətəliyeva, Kamal Cəfərov və Tural Gəncəliyev iştirak ediblər.
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
27-12-2018, 13:37
Parlamentin Dostluq Qruplarının yeni rəhbərləri seçiləcək
11-06-2020, 11:36
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
8-09-2020, 12:55
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək
30-09-2020, 10:27
Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri Azər Kərimli İtaliya parlamentinin üzvlərinə təşəkkür məktubları ünvanlayıb
23-07-2020, 16:36
ÇEXİYA PARLAMENTİ İLƏ ƏLAQƏLƏRİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı