Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib
Oktyabrın 29-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib. Komitənin sədri Bəxtiyar Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cəbhə xəttində vəziyyət barədə fikirlərini açıqlayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev xarici mediaya müsahibələrində son hadisələrlə bağlı həqiqətləri və ölkəmizin mövqeyini aydın şəkildə dünya ictimaiyyətinə çatdırır. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi aparır. Doğma torpaqlarımızı erməni-faşist işğalçılardan azad edir. Azərbaycan əsgəri öz torpağı uğrunda vuruşur. Bu, haqq mübarizəsidir! Komitə sədri bildirib ki, oktyabrın 28-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinə dinc sakinlərin sıx hərəkətdə olduğu əraziyə “Smerç” tipli ballistik raket zərbələrinin edirilməsi nəticəsində 21 nəfər həlak olub, çox sayda yaralılar var. Bu hərbi cinayətdir. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan ordusu ancaq legitim hərbi hədəflərə atəş açır.
Sonra komitə sədri qeyd edib ki, iclasın gündəliyinə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” üçüncü oxunuşda sənədlərin müzakirəsi daxil edilib.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı Bəxtiyar Əliyev vurğulayıb ki, qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Qeyd edilib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımız, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrində davam etdirmək imkanları yaranacaq.
Bildirilib ki, “Peşə təhsili haqqında” qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır.
İclasda komitənin sədr müavini Musa Qasımlı, deputatlar Etibar Əliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Rafael Hüseynov, Pərvin Kərimzadə, Tamam Cəfərova bu sənədlərin əhəmiyyəti barədə danışıb.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
16-06-2020, 14:50
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
22-04-2020, 22:09
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib
7-05-2020, 21:47
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
17-06-2020, 11:54
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
13-07-2020, 16:29
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı