Milli Məclisin Sədri Sahibə Qafarova Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada iləgörüşüb
Oktyabrın 9-da Milli Məclisin Sədri Sahibə Qafarova Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri CuniçiVadailəgörüşüb. Qonağı salamlayan Milli Məclisin Sədri onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirən Spiker hazırda ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini qeyd edib. Xüsusilə, iqtisadiyyat və investisiya sahəsində geniş əlaqələrimizin olduğu məmnunluqla vurğulanıb.Spiker Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsində ölkə parlamentlərinin rolunu xüsusi vurğulayıb. O, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında bəzi faktları Yaponiya səfirinin diqqətinə çatdıran Sahibə Qafarova ötən dövr ərzində münaqişəyə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumat verib. Sədr 1994-cü ildə atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Ermənistan tərəfinin bu sazişə və digər beynəlxalq öhdəliklərinə əməl etmədiyini, bu günə qədər də təxribatlarını davam etdirdiyini vurğulayıb. O bildirib ki, son zamanlar bu təxribatlar daha da artıb. Spikerin sözlərinə görə, Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatların ardınca, sentyabrın 27-də növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum edib. Ermənistan yenə də mülki vətəndaşları hədəfə alır, Gəncə, Mingəçevir şəhərləri işğalçı ölkə tərəfindən raketlərdən atəşə tutulur. Sahibə Qafarova deyib ki, Ermənistanın intensiv raket atəşinə tutduğu şəhər və rayonlarımızda strateji nəqliyyat, enerji infrastrukturu yerləşir. Bu da Ermənistanın işğalçılıq siyasətinin bütün regionu hədələdiyini və digər region dövlətləri üçün də təhlükə mənbəyi olduğunu göstərir.
Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Şanlı Ordumuzun həyata keçridiyi əks hücum əməliyyatları barədə də səfiri məlumatlandıran Spiker qeyd edib ki, dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, işğal altında olan bəzi ərazilərimiz artıq azad edilib. Milli Məclis Sədri vurğulayıb ki, Azərbaycan əsgərləri öz torpaqlarında döyüşür və bizim heç kəsin torpağında gözümüz yoxdur. Azərbaycan xalqı öz torpaqlarının azad olunmasını istəyir.
Sahibə Qafarova bir məsələni də diqqətə çatdırıb ki, Ermənistan tərəfindən xarici terrorçu qruplaşmaların üzvlərinin, muzdluların Azərbaycan Ordusuna qarşı döyüşmək məqsədilə işğal altındakı torpaqlarımıza göndərilməsi təşkil olunur. Bu da beynəlxalq hüquqa zidd olmaqla, beynəlxalq təhlükəsizliyinpozulmasına şərait yaradan amildir.
Ölkəmizdə yeni fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir CuniçiVadaAzərbaycanın sabit, təhlükəsiz və dinamik inkişaf edən ölkə olduğunu bildirib. O, ölkəsinin parlamentinin rəhbərliyinin salamlarını Milli Məclisinin Sədrinə çatdırıb. CuniçiVada ölkələrimiz arasında münasibətlərin məmnunluq doğurduğunu söyləyib.
O, Yaponiya səfirliyi tərəfindən həyata keçirilən "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində keçirilən layihələr haqqında məlumat verərək ümidvar olduğunu bildirib ki, gələcəkdə bu layihələr Azərbaycanın bütün regionlarında həyata keçiriləcək.
Görüşün sonunda Spiker Sahibə Qafarova səfir CuniçiVadanın fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töfhə verəcəyinə inandığını bildirib.
24-07-2020, 20:54
Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib
10-07-2020, 13:14
Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
30-09-2020, 10:32
Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib
5-09-2020, 16:55
AZƏRBAYCAN-PAKİSTAN PARLAMENT SƏDRLƏRİNİN VİDEOKONFRANS FORMATINDA GÖRÜŞÜ OLUB
7-10-2020, 10:05
Milli Məclisin Sədri Sahibə Qafarova ilə Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay arasında telefon danışığı olub
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı