Elman Nəsirov: "Düşmən əsgəri əyilə-əyilə gəzmir, artıq o dizi üstə sürünür"
Son hadisələr fonunda ilk növbədə terminologiyada dəyişiklik edilməlidir. 1988-ci ildən Ermənistan Azərbaycana təcavüzə başlayıb. Bu münaqişənin 1988-ci ildən 2020-ci ilin sentyabrın 27-ə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi adlandırılması reallığı əks etdirirdi. 27 sentyabrda erməni silahlı birləşmələri bütün cəbhə boyu atəşkəsi pozub hərbi təxribata əl atdı. Onların təxribatlarına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyatlardan sonra münaqişənin mahiyyəti dəyişdi. Artıq bu, sözün həqiqi mənasında müharibədir. Ona görə də artıq Ermənistan-Azərbaycan müharibəsi adlandırılmalıdır. Eyni zamanda vətən müharibəsi kimi qiymətləndirilməlidir.Demokrat.az bildirir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, bu müharibənin gedişatında Azərbaycan Silahlı Qüvvələri öz qələbələrini davam etdirir:
"Hazırda bütün beynəlxalq təşkilatlar və bir sıra dövlətlər sanki əzbərçilik formasında səsləndirirlər ki, bu münaqişənin hərbi həll yolu mövcud deyil. Paşinyanın da dilindən bu ifadə düşmür. Amma bu münaqişənin hərb yolu var və dünya tarixi də sübüt edir ki, belə münaqişələrin 99 faizi hərbi yolla öz həllini tapıb. Bu gün hərb yolu yoxdur deyənlər, 30 ildə niyə bu münaqişəni həll etməyiblər? Qorxaqlar, hərbi gücü olmayanlar bu ideyanı müdafiə edirlər. Paşinyan da ona görə bu yoldan qaçır ki, hərbi gücə malik deyil. O artıq Azərbaycan ordusunun gücünü görüb.
Eyni zamanda "bütün müharibələr sülh ilə yekunlaşır" ifadəsində də düzəlişə ehtiyac var. Bütün müharibələr qalib və məğlub tərəflərlə yekunlaşır - olmalıdır. Qalib, məğlubu sülhə məcbur edir. Ona görə də, ordumuz düşmən üzərində qalibiyyətə nail olub. Bundan sonra düşmənlə sülh müqaviləsi imzalanmayacaq, o sülhə məcbur ediləcək”.
Elman Nəsirov vurğulayıb ki, indiki müharibə vəziyyətində strateji tərəfdaş ifadəsi özünü doğrultmur:
"Müttəfiq, düşmən və neytral mövqe sərgiləyən dövlətlər mövcuddur. Strateji tərəfdaş kimə deyirik? Müharibə gedir. Burada bir dövlətin taleyi həll olunur. Ya dövlətimizin yanında yer al, ya neytral dayan, ya da düşmən tərəfdə dur. Bu gün faktiki olaraq bəzi dövlətlər və onların siyasi liderləri özünü Azərbaycanın düşməni kimi aparır. Onların sırasında Fransa Prezidenti Emmanuel Makron başda dayanır. ATƏT-in Minsk Qrupunda təmsil olunan Fransanın rəhbəri Makron açıqlamasında belə deyir: Biz imkan vermərik ki, Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağı geri alsın. Bu məntiqdə olan bir dövlətlə və onun rəhbəri ilə hansı dialoqdan danışmaq olar. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr dövlətidir. O qərəzsiz, tərəfsiz olmalı, obyektiv mövqe nümayiş etdirməlidir. Amma tələm-tələsik Rusiya Prezidenti Vladimir Putinə zəng vurur, ABŞ Prezindenti Donald Trampla danışır. E.Makron başda olmaqla, Fransa dövləti birmənalı şəkildə işğalçı Ermənistanın yanındadır və onu müdafiə edir”.
Deputat qeyd edib ki, Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi indi həqiqət anıdır:
“Həmin bu həqiqət anında biz görük ki, dostumuz düşmənimiz kimdir. İşğalçı Ermənistanın baş naziri Azərbaycanın qədim şəhəri olan Şuşa şəhərində yallı gedirdi, şərab içirdi. Bu gün güclü ordumuz onun bu hərəkətlərini burnundan gətirir".
Nəsirov vaxtilə sosial şəbəkələrdə onu fikirlərinə görə tənqid edənlərə də cavab verib:
“Vaxtilə sosial şəbəkələrdə məni tənqid edənlərə üzümü tuturam. Mən söyləyəndə ki, erməni əsgəri Azərbaycan əsgərindən qorxur, ona görə səngərdə əyilə-əyilə gəzir. Bəli, bu sözlər mənim sözlərim idi. Onu tez-tez xatırlayırdınız! İndi nə deyirlər? Əmin oldunuz ki, ermənilər Azərbaycan əsgərindən qorxur, əyilə-əyilə gəzir. İnandınız ki, ordunun şərəfi olan hərbi bayraqlarını belə atıb qaçır. İndi düşmən əsgəri daha əyilə-əyilə gəzmir. Erməni əsgəri artıq səngərdə uzanıb, başını belə qaldıra bilmir. Əvvəllər qorxusundan əyilirdisə, indi dizi üstə sürünür. İndi reallıq budur. Sosial şəbəkələrin dırnaqarası qəhrəmanları görüm indi nə deyəcəklər”.
25-01-2020, 14:05
“Kənd camaatı Elman Nəsirovun görüşünə əyilə-əyilə gəlib…“ – Tanınmış şair deputatı biabır etdi (FOTO)
23-09-2020, 11:23
Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək
2-09-2020, 12:58
Tomas Qolts: İşğal olunmuş ərazilərə qanunsuz köçürmə hərbi cinayətdir
27-07-2020, 12:13
Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində yenidən yanğın törətdi
28-09-2020, 10:50
Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
1-01-2019, 11:56
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdə qalırıq
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı