Avropa Parlamenti ilə Milli Məclis arasında video-konfrans keçirildi
İyulun 21-də Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri Cavanşir Feyziyevin təşəbüsü ilə Avropa Parlamentinin üzvləri və Milli Məclisin deputatları arasında video-konfrans keçirilib. Video-konfransda Avropa Parlamentindən Latviyalı deputat Andris Ameriks, Polşalı deputat Riçard Çarnezski, Bolqarıstanlı deputat İlhan Küçük, Xorvatiyalı deputat Ruza Tomaşiç və İspaniyalı deputat Herman Terç, Milli Məclisdən isə millət vəkilləri – Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avronest PA üzrə nümayəndə heyətinin rəhbəri Azər Kərimli və Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev iştirak ediblər.Video-görüşdə həmçinin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Baş katibi Riçard Milsom, Alyansın siyasi direktoru Temistoklis Astenidis, “European Journal” mətbuat orqanının baş redaktoru Naved Xan və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev iştirak ediblər. Görüşü Cavanşir Feyziyev açaraq konfrans iştirakçılarına Ermənistan hərbi qüvvələri tərəfindən iyul ayının 12-də Azərbaycan-Ermənistan sərhədindətörədilmiş təxribat və onun nəticələri haqqındageniş məlumat verib. Millət vəkili bildirib ki, Ermənistanın bu addımı atmaqda məqsədi danışıqlar prosesini ləngitmək, mövcud status-kvonu mümkün qədər uzatmaq və bu müddət ərzində işğal etdiyi Azərbaycan ərazilərini qeyri-qanuni məskunlaşdırmaq, münaqişəyə Ermənistanın daxil olduğu KTMT üzv dövlətlərini cəlb etmək və Azərbaycanla KTMT üzv dövlətləri arasında münasibətlərə xələl gətirmək olub. Bundan əlavə, millət vəkili qeyd edib ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan sərhədində strateji yüksəklikdə yerləşən Azərbaycan Sərhəd Qoşunlarının mövqeyini tutmağa cəhd göstərib və bununla da Azərbaycandan Avropaya istiqamətlənmiş neft və qaz kəmərlərini, həmçinin nəqliyyat-kommunikasiya infrastrukturunu nəzarətə götürmək məqsədi güdüb.
Avropa Parlamentinin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatı qətiyyətlə pisləyib, təxribat zamanı hərbi qulluqçuların və mülki şəxslərin həyatını itirməsinə görə dərin təəssüf keçirdiklərini bildirib və həlak olanların ailə üzvlərinə başsağlığı ifadə ediblər. Avropalı deputatlar münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların mövcud vəziyyəti haqqında suallar veriblər. Onlar öz çıxışlarında xatırladıblar ki, Avropa Parlamenti tərəfindənqəbul edilmiş QətnamədəŞərq Tərəfdaşlığı ölkələrindəki münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Avropalı deputatlar bu münaqişənin davam etməsində kənar güclərin də maraqlı ola biləcəyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verdiklərini, Avropa Parlamentinin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsində maraqlı olduğunu bir daha təsdiq ediblər. Avropalı deputatlar Azərbaycanı Avropa üçün siyasi cəhətdən etibarlı qonşu, iqtisadi cəhətdən isə getdikcə daha əhəmiyyətli bir tərəfdaş hesab etdiklərinibildiriblər.
Millət vəkilləri Azər Kərimli və Tural Gəncəliyev də Ermənistanın davamlı xarakter alan təxribatları və nail olmağa çalışdığı məqsədləri haqda fikirlərini bölüşüblər. Millər vəkilləri həmçinin ATƏT-nin Minsk Qrupu çərçivəsində uzun illərdir davam edən və heç bir nəticə verməyən danışıqlar prosesinin getdikcə daha az ümidverici olduğunu qeyd ediblər.
Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı adından qurumun Baş katibi Riçard Milsom söz alaraq Ermənistanın təcavüzkar siyasətini ciddi şəkildə qınadıqlarını, Alyans olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam və qeyd-şərtsiz dəstəklədiklərini bəyan edib və qurumun bu məsələ ilə bağlı Bəyanat yaydığını diqqətə çatdırıb.
Milli Məclisin Beynəlxalq Münasibətlər şöbəsinin müdir müavini Babək Ağayevin moderatorluğu ilə keçirilən video-konfransda sonda hadisələri yaxından izləmək üçün yaxın vaxtlarda növbəti bir görüşün keçirilməsi qərara alınıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
19-06-2020, 23:46
Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
15-06-2020, 17:34
Milli Məclisin Gənclər və idman komitəsi “15 iyun Milli Qurtuluş Günü” ilə əlaqədar gənclərlə onlayn konfrans keçirib
22-04-2020, 22:13
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında iki məsələ müzakirə olunub
11-06-2020, 15:59
Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi
11-06-2020, 16:08
İlk dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirilib
2-06-2020, 17:25
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı