Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Məğlubiyyət Ermənistan tərəfinin taleyidir!”
Siyasət
Oxunub: 427
14 Tem 2020 | 18:41
Milli Məclis Sədrinin müavini Adil Əliyev:  “Məğlubiyyət Ermənistan tərəfinin taleyidir!” Bu gün bütün dünyanın koronavirus kimi bir xəstəliklə mübarizə aparır, təəssüf ki, bizim mübarizəmiz yalnız bu infeksiya ilə deyil varlıqları ilə Cənubi Qafqazın və bütün dünyaya bəlasına çevrilmiş Ermənistan adlı bir dövlətlədir. Rəsmi rəqəmlərə baxdıqda Ermənistanın düşdüyü vəziyyətin çətinliyini dərk etmək çox aşkardır. Pandemiyanın yayılmasının qarşısının alınmaması, ölkədə gedən intriqalar, Ermənistan hakimiyyətinin yarıtmaz fəaliyyətini pərdələmək üçün düşmən özünün “ənənəvi” taktikasına yenidən əl atdı.
Ayın 12-dən etibarən cəbhənin Tovuz rayonu istiqamətində öz təxribatçı fəaliyyətini həyata keçirməyə cəhd etdi. Çox qısa bir zaman kəsiyində Milli Ordumuz tərəfindən düşmənin hücumunun qarşısı alındı və düşmən xeyli sayda itki verərək geri çəkilməyə başladı. Ayın 12-də başlayan təxribat zamanı düşmən alınan cavabdan nəticə cıxarmayaraq yenidən artilleriya silahlarından istifadə etsə də, ordumuz tərəfindən bu cəhdin də qarşısı çox böyük qətiyyətlə alındı, düşmənin müxtəlif təyinatlı hərbi texnikası, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edildi. Baxmayaraq ki, Ermənistan tərəfi Tovuz rayonu ilə yanaşı, Naxçıvan Muxtar Respublikası istiqamətində də təxribatlarını davam etdirir, həmçinin bu təxribatlar zamanı yalnız mövqelərə deyil, xislətlərinə uyğun olaraq mülki əhalinin yaşadıqları ərazilərədə artilleriya silahlarından atəş açırlar.
Düşmən təxribatı zamanı Milli Ordumuzun hissələri Şanlı Tariximizə uyğun olan böyük şücaət göstərir və hazırda da Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən üzərlərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqlə gəlirlər. Belə ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Təhlükəsizlik Şurasının iclasında, ölkə başçısı bir daha bildirdi ki, şəhidlərimizin qisası layiqincə alınmış, ölkəmiz bir santimetr belə öz ərazisini verməmişdir.
Baş verənləri təhlil etdikdə məlum olur ki, Ermənistan rəhbərliyi faktiki olaraq ölkədə olan hərc-mərcliyi aradan qaldırması mümkün deyil, eyni zamanda iqtisadiyyatı çökmüş Ermənistanın pandemiyadan bu qədər əziyyət çəkməsi hakimiyyəti xalqın qarşısında yenidən çıxılmaz vəziyyətə salmışdılar. Bu səbəbdən də baş verənləri pərdələmək məqsədilə Ermənistan silahlı birləşmələri təxribatlara əl atmışdır. Ermənistan beynəlxalq təşkilatlara müraciət edərək ərazidə atəşkəsin bərqərar olmasını yalvarsalarda, özləri açıq şəkildə ərazimizdə təxribat törədirlər. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyində faktiki olaraq xaotik situasiyadadır, çünki bir tərəfdən xahiş edirlər ki, ərazidə atəşkəs elan olunsun, digər tərəfdən isə özləri təxribat törədirlər.
Lakin, istər döyüş meydanında Aprel döyüşləri, istərsə də siyasət meydanında Valdayda, Moskvada, Aşqabadda olduğu kimi düşmən yenə məğlub olmuşdur. Məğlubiyyət artıq Ermənistan dövlətinin taleyidir və onlarda bu taleylə barışmalıdır, görünən odur ki, artıq barışırlarda.
Hazırda Silahlı Qüvvələrimiz tarixi bir missiya həyata keçirir və hərbi qulluqçularımız üzərlərinə qoyulan vəzifələri canları bahasınada olsa həyata keçirirlər. Eyni zamanda hər birimiz bu cür vəziyyətdə riayət etməli olduğumuz vəzifələr var:
İlk növbədə Ermənistan tərəfindən təxribat başlandığı andan ölkəmizin aidiyyəti qurumları tərəfindən fasiləsiz rəsmi məlumatlar yayılmağa başladı və bu müddət ərzində informasiyasız qaldığımız 1 saat belə olmadı. Bu səbəbdən də hər kəs yalnız rəsmi məlumatlara istinad etməli, əsassız məlumatlara inanmamalı, həmçinin bu cür məlumatların yayılmasından cəkinməlidir.Düşmənə vurulmuş zərəri Ermənistan etiraf etmədiyi bir halda, Azərbaycan ordusunun sərrast vurduğu hədəflərin videomaterialları da çox qısa bir zamanda ictimaiyyətə təqdim edildi.
Belə ki, bu müharibə həm də informasiya müharibəsidir, düşmənin informasiya müharibəsi zamanı əlavə olaraq dezinformasiyanı ötürməsi, olmamış hadisələri olmuş kimi qələmə verməsi, habelə köhnə və ya həqiqəti əks etdirməyən məlumatları yaymasına şərait yaratmamalıdır.
Milli Ordumuza aid olan məlumatları paylaşmamalı, hər birimiz təmkinli olmalı, veriləcək əmr və göstərişləri vaxtında icra etməyə hazır olmalı, pandemiya dövrünündə tələblərini nəzərə alaraq dövlət orqanlarının işlərini çətinləşdirən hallara yol verməməliyik. Düşmən yalnız müharibəni cəbhədə aparmır, bu müharibənin bir hissəsi həmdə onların “əlaltıları” vasitəsilə həyata keçirilən təxribat siyasətidir.
Bugün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz qüdrətli dövrünü yaşayır, təkcə ölkə başçısının Birləşmiş Millətlər Təşkilatının növbədənkənar sessiyasının çağrılması təşəbbüsünə dünyanın 130-dan artıq ölkəsi qoşulmuşdur. İnkişafımız xarici siyasətlə yanaşı, eyni zamanda ordu quruculuğuda daxil olmaqla bütün sahələrdədir, güclü ordumuz və güclü dövlətimiz var. Ordumuz bütün növ müasir silahlarla təmin edilmiş, tam şəkildə komplektləşdirilmiş, hazırda nəinki Cənubi Qafqazın eyni zamanda dünyanın ən güclü ordularından biridir.
Bugün bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır, qəbul edir, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilə biləcəyini bildirir, habelə Ermənistanın iyul ayının 12-dən başlayaraq törətdiyi təxribata münasibət bildirən bütün ölkələr Türkiyə, Pakistan və digər dövlətlər Ermənistanın Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini bugünə qədər icra etmədiyini, təxribat siyasətindən əl çəkmədiyini, Azərbaycanın öz ərazinin haqlı olaraq bütövlüyünü qoruduğunu bildirir, dəstək nümayiş etdirirlər.
Bugün torpaqlarımızın müdafiəsi zamanı Ordumuzun generalı, polkovniki və digər yüksək rütbəli zabitləri, öz tabeçiliyində olan hərbi qulluqçu ilə birlikdə qəhrəmancasına ciyin-ciyinə döyüşür, torpaqlarımızı müdafiə edir və şəhidlik mərtəbəsinə yüksəlirlər, onların qisasları düşməndən dərhal alınır və canları bahasına qoruduqları Vətənləri onlara minnətdardır.
Vətənimizin müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımıza bir daha Allahdan rəhmət, yaxınlarına səbr və yaralılarımıza şəfa diləyirik.
24-06-2020, 18:04
Milli Məclis Sədrinin müavini Adil ƏLİYEV: “Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur”
13-07-2020, 13:29
MN: Azərbaycan Ordusunun baş leytenantı şəhid olub, düşmən itkilərini gizlədir
13-07-2020, 13:19
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən danışdı
14-07-2020, 18:32
Milli Məclisinin sədri Sahibə Qafarova Altınbek Mamayusupova, Qabriela KuevasBarrona, Valentina Matviyenkoya müraciətlər ünvanlayıb
10-04-2020, 10:56
Düşmən atəşkəs rejimini 24 dəfə pozub
8-01-2019, 14:34
DSX: Yanvarın əvvəlindən “Qazax” sərhəd dəstəsinin döyüş məntəqələri düşmən bölmələri tərəfindən 81 dəfə atəşə tutulub
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı