Anar Məmmədov: Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi
Siyasət
Oxunub: 485
19 Haz 2020 | 23:50
Anar Məmmədov: Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi “Uğurlu xarici siyasətin nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı Avropa ölkələri Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsini xarici siyasətlərinin prioritet istiqamətləri hesab edirlər. Belə vəziyyətdən məharətlə istifadə edən Azərbaycanın milli maraqları çərçivəsində atdığı addımlar onun ümumilikdə Avroatlantik məkana, buraya daxil olan dövlətlərlə qarşılıqlı əlaqələrini möhkəmləndirməkdədir. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin münaqişənin həlli istiqamətində növbəti qələbəsi kimi qeyd olunmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov bildirib ki, “Şərq tərəfdaşlığı" proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd edir. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videofarmatda keçirilmiş Sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın "Şərq Tərəfdaşlığı"nın fəal tərəfdaş ölkəsi olduğunu, Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğuladı. Həmçinin ölkə başçısı öz çıxışında 30 ilə yaxın bir müddətdə müharibə şəraitində yaşayan Azərbaycanın sosial-iqtisadi inkişafından söz açaraq, işğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafda böyük nəticələr əldə etdiyini diqqətə çatdırdı.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev bir daha vurğuladı ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir: “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir”.
Ermənistanın Baş naziri Nikol Paşinyanın əsassız və gülüş doğuran faktlarla replikasına münasibət bildirən Prezident İlham Əliyev yenidən söz alaraq çıxış etdi: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın Baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar”.
Amma erməni nazirin yalanını bir beynəlxalq tədbirdə üzünə vuranda onun effekti tam fərqli olur. Dünənki videokonfrans da bu səbəbdən yaddaqalan oldu. Yeri gəlmişkən, Ermənistandakı siyasi etirazlar Paşinyanın başında çatlayacaq istiqamətdə inkişaf edir.
“Ermənistan baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir. Bir daha qeyd edim ki, Paşinyanın “Şərq Tərəfdaşlığı” sammitində yenidən danışması və Prezident İlham Əliyevin ona “yerini göstərməsi” yuxarıda qeyd etdiyim səviyyə fərqini bir daha ortaya qoydu. Paşinyan və ondan əvvəlki “yan”lar başıpozuq terrorçu dəstələrdən fərqlənmirlər”-deyə, deputat qeyd edib.
17-01-2020, 13:53
Prezidentin köməkçisi: "Azərbaycanın ərazi bütövlüyünə dair Avropa İttifaqının mövqeyini alqışlayırıq"
19-06-2020, 23:30
Milli Məclisin Sədr müavini Adil ƏLİYEV : “Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir”
14-12-2018, 12:02
Sankt-Peterburq sammiti: İlham Əliyevin şəxsi nüfuzu və səmimi tərəfdaşlığı
27-05-2020, 12:12
Estoniya prezidenti İlham Əliyevi təbrik etdi
28-12-2018, 12:39
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Madriddə də qeyd edilib
1-01-2019, 12:06
Prezident İlham Əliyev: Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı